فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه الی اجل مسمی Ibn Abbasa dedim:
- Biz bu ayəni belə oxumuruq.
O, dedi:
- Allaha and olsun, Allah-taala ayəni belə nazil etmişdir.
Əhli sünnə alimlərindən Beyhəqi öz “Sünən” kitabında Məhəmməd ibn Kəbdən belə nəql edir:
«عن محمدبن كعب ان ابن عباس قال: كانت المتعة في اول الاسلام و كانو يقرؤون هذه الآية (فما استمتعتم به منهن الي اجل مسمي»83 Məhəmməd ibn Kəb nəql edir: İbn Abbas deyərdi ki, müvəqqəti nikah İslamın əvvəllərində vardı. “Fəməstəmtətum” ayəsini hamı “ila əcəlin musəmma” ilə qiraət edərdi.
İbn Kəsir öz təfsir kitabında yazır:
« و كان ابن عباس و ابي ابن كعب و سعيد بن جبير و السدي يقرؤون «فما استمتعتم به منهن الي اجل مسمي فاتوهن اجورهن فريضة» و قال مجاهد نزلت في نكاح المتعة»84 İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr və Suddi mütə ayəsini “ila əcəlin musəmma” ilə qiraət edirdilər. Mücahid demişdir: “Bu ayə mütə barəsində nazil olmuşdur.”
Qurtubi öz təfsirində yazır:
«قال الجمهور انّ المراد نكاح المتعة الذي كان في صدرالاسلام و قرأ ابن عباس و ابي ابن كعب و سعيد ابن جبير فما استمتعتم به منهنّ الي اجل مسمي فآتوهن اجورهن فريضة»85 “Cumhur (alimlər) demişlər ki, bu ayədə müvəqqəti nikah nəzərdə tutulmuşdur. Bu nikah İslamın ilk çağlarında vardı və İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr bu ayəni “ila əcəlin musəmma” cümləsi ilə qiraət edərdilər.”
Yuxarıda deyilənlər mütə nikahına aid ayənin nazil olması haqqında idi. İnşaallah, bu ayə barədə “Müvəqqəti nikah sünnədə” başlığı altında daha geniş danışacağıq.
Müvəqqəti nikah sünnədə Keçən söhbətlərimizdə mütə nikahı və onun təfsiri haqqında danışdıq. Indi isə mütəni peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və məsum imamların (əleyhimus-səlam) sünnəsində araşdırmağı lazım bilirik.
Hər iki məzhəbin kitablarındakı hədislərə əsasən, müvəqqəti nikah haqqında olan hədisləri bir neçə hissəyə bölmək olar:
Mütə nikahının İslamın ilk çağlarında şəriət tərəfindən bəyan olunduğunu göstərən hədislər.
Mütə nikahının Peyğəmbərin vəfatından sonra, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin bir hissəsində nəsx olunmadığını (silinmədiyini) və caizliyini təsdiqləyən hədislər.
Mütənin Ömər tərəfindən qadağan (haram) olunduğunu açıq-aydın göstərən hədislər.