ایاماَ معدودات فمن کان منکم مریصاَ او علی سفر - ayəsində qeyri-adi halda (xəstə və ya səfərdə) olan bəzi müsəlmanlar, külli (bütün) müsəlmanlara tətbiq olunmuşdur.
فاذا امنتم فمن تمتع بالعمره الی الحج - şərif ayəsi həccin üç qismindən birini məqsəmin (həccin) əslinə tətbiq etmişdir. Bu kimi digər ayələr də mövcuddur.79 ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة ان الله كان عليها حكيما Ayənin sonuncu hissəsində buyurulur: “Əgər əqd tərəfləri (kişi və qadın) öz razılıqları ilə mehriyənin miqdarını sonradan azaldıb çoxaltsalar, eybi yoxdur.” Yuxarıdaki ayənin təfsirində digər bir ehtimal da vardır: “Müvəqqəti evlənmədən sonra iki tərəfin evlilik müddəti və ya mehriyə məbləğini artırmaq barəsində sövdələşmələrinin eybi yoxdur.”
Ayənin sonunda buyurulur: “Allah bəndələrin məsləhətindən agah və öz qanunvericiliyində həkimdir.”80 Yuxarıda dediklərimiz ayənin qısa təfsiri izahı idi. Lakin bu ayənin geniş və ətraflı təfsiri üçün əshab, tabein və təfsirçilərdən bəzilərinin fikirlərini açıqlayacağıq.
Şərif ayə əshab, tabein və təfsirçilərin dilində Şiə və əhli-sünnənin mötəbər kitablarında İbn Abbas kimi böyük səhabə, Mücahid81, Suddi və başqa tabeinin sözü gedən ayəni müvəqqəti evlənmə kimi təfsir etmişlər. Onlar təkid etmişlər ki, bu ayə müvəqqəti nikah barəsində nazil olmuşdur. Hətta bu kitablarda İbn Abbas və digərlərinin ayədə nəzərdə tutulanları izah etmək üçün bir kömək kimi
الی اجل مسمی - cümləsini özlərinə məxsus qiraətlərinə artırmaları da qeyd olunmuşdur. Hakim "Müstədrək"də Əbu Sələmədən belə nəql edir:
«ابوسلمه قال: سمعت ابا نضرة يقول قرأت علي ابن عباس رضي الله عنهما «فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة» قال ابن عباس «فما استمتعتم به منهن الي اجل مسمي» قال ابونضرة فقلت ما نقرأها كذلك فقال ابن عباس والله لا نزل الله كذلك»82 Əbu Nəzrə dedi:
İbn Abbas üçün فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه ayəsini qiraət etdim. İbn Abbas dedi:
- Ayəni belə oxu: