1. Mütə nikahının İslamın ilk çağlarında şəriət tərəfindən bəyan olunduğunu göstərən hədislər. Bu hissədə mütə nikahının İslam dininin ilk illərində şəriət tərəfindən təsdiqləndiyini, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabının və müsəlmanların ona əməl etdiklərini göstərən hədislərdən danışacağıq.
عن عبدالله بن مسعود قال: كنا نغزوا مع رسول الله ليس لنا نساء، فقلنا الا نستخصي؟ فنهانا عن ذلك ثم رخص لنا ان ننكح المراة بالثوب الي اجل86، ثم قرأ عبدالله:«يا ايها الذين آمنوا لا تحرموا طيبات ما احل الله لكم87 Abdullah ibn Məsud dedi:
“Biz Allahın rəsulu ilə birlikdə cihadda idik. Yanımızda qadın yox idi. Biz:
-Ey Allahın rəsulu, biz özümüzü xacə (axta) etməyək? – dedikdə o, bizi bu işdən çəkindirdi və bizə qadınlarla bir libas müqabilində müəyyən müddətə qədər evlənməyə icazə verdi. Sonra buyurdu:
لاتحرموا طیبات ما احل الله لکم – "Allahın sizə halal etdiklərini özünüzə haram etməyin."
«عن مسلم القرشي: قال دخلنا علي اسماء بنت ابي بكر فسألناها عن متعة النساء فقالت : فعلناها علي عهد النبي » Müslim Əl-Qürəşi deyir:
Biz Əbubəkrin qızı Əsmanın evinə getdik və ondan qadın mütəsi haqqında soruşduq. O,:
- Bu işi biz Allahın rəsulunun zamanında gördük- deyə cavab verdi.88 عن ابي سعيد الخدري قال: «كنا نتمتع علي عهد رسول الله بالثوب Əbu səid Xudri dedi: “Biz Allahın rəsulunun zamanında bir libas müqabilində mütə nikahı edirdik.89 «عن ابي بصير قال: سألت ابا جعفر عن المتعة فقال : نزلت في القرآن «فما استمتعتم به منهن ...» Əbu Bəsir deyir: İmam Sadiqdən mürtə haqqında soruşdum. İmam:
- “Fəməstəmtətum” ayəsi mütə barəsində nazil olmuşdur – dedi.90 «عن ابي مريم عن ابي عبدالله قال: المتعة نزل بها القرآن و جرت بها السنه من رسول الله» Əbi Məryəm imam Sadiqdən nəql edir ki, o həzrət buyurdu: “Mütə haqqında Quran ayəsi nazil oldu və bu Allah rəsulunun da sünnəsində icra olunmuşdur.”91 Bu hədislər mütə nikahınin İslamın ilk çağlarında şəriət tərəfindən qəbul olunduğunu aydın nümayiş etdirir və onlardan məlum olur ki, bu nikah İslam dininin ilk illərində səhabələr və müsəlmanlar arasında digər dini hökmlər kimi qəbul və icra olunmuşdur. Bu hissə təxminən bütün müsəlmanlar arasında hamılıqla məqbul hesab olunmuş və ixtilaflı məsələ mütənin nəsx olunub-olunmamasındadır. Biz hazırda bu miqdarla kifayətlənərək sonrakı hissədə araşdırmalarımıza davam etdirəcəyik.