Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


كتب ابن لهيعه فقال ضعيف قبل آن تحترق و بعد ما احترقت



Yüklə 1,13 Mb.
səhifə32/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   28   29   30   31   32   33   34   35   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

كتب ابن لهيعه فقال ضعيف قبل آن تحترق و بعد ما احترقت185
Söz açdığımız hədisin sənədində Abdullah ibn Ləhiədən savayı Musa ibn Əyyub adında bir şəxs də vardır və zəif sayılır. O, Misirdə şəriət hökmlərində “qiyas”ı186 yaradan ilk şəxsdir.
Hədisin mətnində də müsəlmanların cümlə qəbul etdikləri qəti fikirlərə uyğun olmayan mətləblər vardır. Çünki hədisin isbat etmək istədiyi məsələ budur ki, İslamda ilk öncə mütə nikahı mövcud olmuş və bütün müsəlmanlar mütə nikahından istifadə edmişdir. Daha sonra daimi nikah yaranmış və müvəqqəti nikah nəsx olmuşdur. Bu isə qeyri-məqbuldur.
Bu hissədə də bu miqdarla kifayətlənib digər səhabələr barəsində söz açmaq istəyirik.
2. İmran ibn Həsin
Mütə nikahını halal olmasına və onun peyğəmbər tərəfindən nəsx olunmamasına etiqad bəsləyən məşhur şəxslərdən biri də İmran ibn Həsindir. O, peyqəmbərin tanınmış səhabələrindən idi. Yuxarıda əhli-sünnə alimlərindən olan İbn Həzmin sözlərini nəql etdik və dedikki, o, böyük səhabə İmran ibn Həsinin mütə nikahının halal olmasını və nəsx olmamasını açıq-aydın bəyan etmişdır. Əhli-sünnənin digər alimi Qurtubi Tərtusidən nəql etdiyi cümləsində İmran ibn Həsinin adını mütə nikahını halal bilənlər sırasında çəkmişdir. Bu etiraflar və əlimizə çatmış hədislər İmran ibn Həsinin mütə nikahı barəsində olan fikirlərini bizə açıqlayır və inkar etməyə bir yer qoymur. Bu böyük səhabənin rəvayətlərini öncə zikr etdiyimiz üçün yenidən yazmağa ehtiyac duymuruq.
3. Cabir ibn abdullah Ənsari.
Mütə nikahının halallığına etiqad bəsləyən və öz dediyinə görə həm peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) həyatı dövründə və həm də onun vəfatından sonra bu nikahı yerinə yetirən görkəmli səhabələrdən biri də Cabir ibn Abdullah Ənsaridir. Cabir, İbn Həzm, Abdullah ibn Qudamə və başqa məşhur əhli-sünnə alimlərinin təsdiqlədiyi kimi mütə nikahını halal bilən və ona peyğəmbər sarıdan qadağan qoyulmadığına etiqad bəsləyən şəxsiyyətlərdən olmuşdur. Bu böyük səhabədən nəql etdiyimiz hədislər də əhli-sünnə alimlərinin bu barədə dedikləri məsələni aydınlaşdırır. Nəql etdiyimiz hədislərin içində “Biz peyğəmbərin, Əbubəkrin və Ömərin zamanında mütə edirdik” kimi cümlələr bizim sözlərimizə bir sübutdur.
Biz Cabir ibn Ənsarinin mütə nikahı barəsində olan hədislərini öncədən nəql etdiyimiz üçün bu miqdarla kifayətlənib hədislərin təkrarından vaz keçirik. Lakin bu böyük insana isnad edilən uydurma hədislərə cavab verməyi özümüzə borc bilirik.
Bildiyiniz kimi Cabir ibn Ənsari peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin içində ən görkəmli şəxsiyyətlərdəndir ki, mütə nikanının caizliyini isbat edən hədislərin əksəriyyəti ondan nəql olunmuşdur. Lakin bir qrup insanlar bu hədisləri zəif göstərmək və Ömərin təhrimini yozmaqla uydurma hədislərə əl atmış və çalışmışlar ki, hədis uydurmaqla Cabirin caizliyi çatdıran hədislərini sual altına alsınlar. Ona görə də bu məsələyə aydınlıq gətirmək üçün bu hədisləri nəql edib onlar barəsində təddqiqə başlayırıq.
«عن صدقة بن عبدالله عن سعيد عن اسماعيل بن اميه عن محمد بن المنكر عن جابر بن عبدالله الانصاري قال: خرجنا و معنا النساء التي استمتعنا بهن حتي اتينا ثنية الركاب فقلنا يا رسول الله  هؤلاء النسوة اللاتي استمتعنا بهن فقال رسول الله  هن حرام الي يوم القيامة فودعتنا عن ذلك فسميت بذلك ثنية الوداع و ما كانت قبل ذلك الاثنية الركاب»
Sədəqə ibn Abdullahdan ... o da Cabir ibn Abdullah Ənsaridən nəql edir ki, belə dedi:
Biz mütə bağladığımız qadınlarla birlikdə evdən çıxaraq yola düşdük və “Səniyyətur-rukb”187-a çatdıq. Orada peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) dedik ki, bunlar bizim siğə etdiyimiz qadınlardır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dedi:
- Bunlar sizə qiyamət gününədək haramdırlar.
Bu sözdən sonra onlar həmin məkanda bizdən ayrıldılar. Bu səbəbdən bu məkan “Səniyyətul-vida”188 adı ilə məşhurlaşdı. Belə ki, bundan öncə “Səniyyətur-rikab” adı ilə tanınmışdı.189
Hədisin səhih və ya qeyri-səhih olduğunu aydınlaşdırmaq üçün onun mətnini araşdırmadan öncə ilk növbədə sənədini təhlil edirik.
Hədisin sənədində Sədəqə ibn Abdullahın adı çəkilir. Rical alimləri onu “zəif” bilmiş və onun etibarsız bir şəxs olduğunu açıqlamışlar.
Əlməd, Buxari, İbn Nəsim, Yəhya, Nisayi, Darqutni190, Əqili, İbn Sirri və Zəhəbi191 bu fikirdədirlər ki, Sədəqə ibn Abdullah zəif ravidir. Müslim və Əqili onu “münkirul-hədis” də adlandırmışlar. Əqili yazır:
“O, Sədəqə ibn Abdullah Səmin Şamidir. Vəlid ibn Müslim ondan hədis nəql etmişdir. İbn Abdullahın hədisləri zəif və münkir hədislərdəndir. Onlardan faydalanmaq qeyri mümkündür.”192
Hədisin mətninə də irad tutmaq olar. Onun mətninin nöqsanlarını üzə çıxarmaq üçün aşağıdakı məsələlərə işarə etmək lazımdır.
1) Bu hədis Cabir ibn Abdullahdan mütə nikahının halallığını çatdıran çoxsaylı hədislərlə ziddir. Aydındır ki, belə hallarda səhih və mütəvatir hədislərə zəif və vahid hədislərin müqabilində üstünlük verilir.
2) Bu hədisin mətn və məzmunu Əbu Hüreyrədən bu hadisə haqqında nəql olunan hədisin mətni ilə uyğun deyil. Əbu Hüreyrənin hədisində deyilir:
Biz Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə Təbuk döyüşündə idik. Səfərə çıxıb Səniyyətul-vidaya çatdıq və bir qrup qadının ağladıqlarını gördük. Onlardan nə üçün ağladıqlarını soruşanda:
- Onlar siğə etmiş və ərləri evlilik zamanı qurtarandan sonra onları tərk edib getmişlər. Ağlamaqlarının səbəbi də budur, - dedilər.
Bu vaxt peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:
- Mütə nikahı haramdır,- və ya dedi- mütəni daimi nikah, mehriyə, iddə və irs aradan qaldırdı.
Lakin Cabir ibn Abdullahın hədisində "Səniyyətul-vida" adının yerinə "Səniyyətur-rikab" işlənmişdir. Habelə Cabirin hədisinıə əsasən Səniyyətul-vida adı öncədən mövcud deyildi. Lakin Əbu Hüreyrənin hədisinə görə mütə nikahının təhrimindən və onların hərəkətindən sonra bu məkanın adı Səniyyətul-vida olaraq qaldı. Cabirin hədisində qadınların ağlayıb-sızlamasından bir xəbər yoxdur. Amma Əbu Hüreyrənin hədisində qadınların ağlamasından danışılır. Əbu Hüreyrənin hədisində deyilir ki, mütə nikahı daim, mehriyə, iddə və irsi aradan qaldırdı. Lakin Cabirin hədisində belə bir cümlə gözə dəymir. Bu sadaladıqlarımız sözü gedən iki hədisin mətnləri arasındakı uyğunsuzluğlardır.
Məlumdur ki, belə hallarda hətta səhih bir hədis Cabirdən nəql olunan çoxsaylı hədisləri gücdən sala bilməz. O ki, qaldı gördüyünüz zəif hədisə, məsələ aydındır.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin