«كان معاوية يسكته الحلم و ينطقه العلم. فقال كذبت يا زهري بل كان يسكته الحصر و ينطقه البطر»148 Dəlillər və sübutlar bunu göstərir ki, Zöhri Əhli-beytə qarşı düşmənçiliyi ilə yanaşı onların fəzilət və mənaqibini xüsusilə də Həzrət Əlinin (əleyhis-səlam) fəzilətlərini gizlədərdi.
Əhli-sünnə alimlərindən olan İbn Həbban bu barədə yazır:
«لستُ احفظ لمالك و لا للزهري فيما رويا من الحديث شيئاً من مناقب علي » Malik və Zöhridən nəql olunan hədislər içində Həzrət Əlinin (əleyhis-səlam) fəzilətində bir hədis tapmadım.149 Ibn Əsakir yazır:
«عن جعفر بن ابراهيم الجعفري قال: كنت عند الزهري اسمع منه فاذا عجوز قد وقفت عليه فقالت يا جعفري لاتكتب عنه فانه مال الي بنياميه و اخذ جوائزهم، فقلت من هذه؟ قال اختي رقيه خرفت، قال خرفت انت كتمت فضائل آل محمد » Cəfər ibn İbrahim Cəfəri nəql edir ki, Zöhridən bir hədis öyrənirdim, qəflətən qoca bir qadın irəli gəlib dedi:
- Ey Cəfəri, Zöhridən hədis nəql etmə. Cünki onun Bəni-Üməyyəyə meyli var və onların hədiyyəsini alır.
Mən:
- Bu qadın kimdir?- deyə soruşdum.
- Mənim bacım dəli olub,- deyə Zöhri cavab verdi.
Bacısı:
- Sən dəli olmusan, Əhli-beytin fəzilətlərini və mənəvi keyfiyyətlərini gizlədirsən?- deyə ona cavab verdi.150 Kəbi öz kitabında yazır:
“Zöhri Bəni-Mərvanın havadarlarından olmuş və heç vaxt Əlinin (əleyhis-səlam) fəzilətlərini zikr etməmişdir.”151 O, hədis nəqlində də diqqətli olmamışdır və ondan nəql olunan hədislərin əksəriyyəti mürsəldir. Belə ki, əhli-sünnənin görkəmli alimləri bu həqiqətə etiraf etmişlər.
Yəhya ibn Səd Əl-Qəttan bu xüsusda yazır:
Zöhrinin mürsəl hədisləri mürsəl hədislərin ən pisi və şiddətlisidir. O, adını çəkmək istəmədiyi hər kəsin adını silmişdir.152 Zəhəbi bu barədə yazır:
Zöhrinn mürsəl hədisləri böyük bir problemdir. Çünki o hədisin ravisini hətta iki-iki pozmuşdur. Bəzilər onu yalnız səhabələrin adlarını hədis sənədlərindən sildiyini söyləmişlərsədə bu doğru deyil. Belə ki, o, digərlərinin adlarını da hədis əsnadından pozmuşdur.153 Onun nəql etdiyi hədislərdə “təqdim” və “təxir” də müşahidə olunmaqdadır. O, bu işi də adi bir iş sayırdı. Əbu-Yunis bu barədə yazır:
Zöhridən təqdim və təxir barəsində soruşduqda o:
- Təqdim və təxir Quranda caiz ola-ola hədislərdə niyə caiz olmasın?-deyə cavab verdi.154 Sualımız budur ki, Əməvilərə bu qədər bağlı olan və saray ruhanisi olan bir şəxsdən hədis nəql etmək doqrudurmu? Allahın rəsulu buyurmadımı: