Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«عن سفيان قال: قال بعض اصحابنا عن الحكم بن عتيبه عن عبدالله بن مسعود قال: نسختها العدة و الطلاق و الميراث»



Yüklə 1,13 Mb.
səhifə34/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   30   31   32   33   34   35   36   37   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

«عن سفيان قال: قال بعض اصحابنا عن الحكم بن عتيبه عن عبدالله بن مسعود قال: نسختها العدة و الطلاق و الميراث»
Sufyan demişdir:
Bir qrup ravi Həkəm ibn Uteybədən, o da Abdullah ibn Məsuddan nəql edir ki, dedi: “Mütə nikahını talaq, iddə və irs ayələri nəsx etmişdir.”197
Bu hədisin sənədinin bir neçə qüsuru var:
1) Sufyan bu hədisi adları məlum olmayan ravilərdən nəql edir. Bu insanların kimliyi dəqiq məlum deyil. Bu hesabla hədisin sənədində ravi adları ləğv olunmuşdur.
2) Bu hədisi Həkəm ibn Uteybə bilavasitə Abdullah ibn Məsuddan nəql edir. Amma ibn Məsud 32-ci hicri-qəməri tarixində dünyasını dəyişmişdir.198 İbn Uteybə isə 50-ci hicri-qəməri tarixində dünyaya gəlmişdir.199 Yəni o, İbn Məsudun vəfatından 18 il sonra dünyaya göz açmıçdır. Bu halda İbn Uteybə Abdullah ibn Abbasdan birbaşa hədis nəql edə bilərmi? Bu , hədisin yalandan İbn Abbasa aid eildiyindən xəbər vermirmi?
Yuxarıdakı hədisin mətnində və sənədində azacıq dəyişiklik etməklə onu başqa bir hədis şəklində İbn Məsuda aid etmişlər. Hədis belədir:
«عن حجاج بن ارطاة عن الحكم عن اصحاب عبدالله عن عبدالله بن مسعود قال: المتعه منسوخه نسخها الطلاق و الصداق و العدة و الميراث»
Həccac ibn Ərtahdan o da Həkəm ibn Uteybədən, o da Abdullahın əshabı vasitəsilə Abdullah ibn Məsuddan nəql etdi. Abdullah dedi:
Mütə nikahı nəsx olunmuşdur. (Aradan qalxmışdır.) Mütəni talaq, mehriyə, iddə və miras ayələri nəsx etmişdir.200
Bu hədisin sənədinin də bir neçə cəhətdən qüsuru vardır:
1) Bu hədisin sənədi haqqında müzakirələrimizdə "yalançı" və "müdəllis" adı ilə məşhur olan bir şəxs, yəni cənab Həccac ibn Ərtahın adı çəkilir. Bu hədis ravisi adətən şiə və sünni rical alimləri tərəfindən zəif qələmə verilən şəxslərdəndir.
2) Bu hədisdə öncəki rəvayətin əksinə olaraq Həkəm ibn Uteybə birbaşa İbn Məsuddan nəql etmir. Hədisdə İbn Məsudun şagird və ravilərinin məchul şəkildə adı çəkilir. Bu fərdlərin kim olduğu məlum deyil. Iki hədisin eyni olmasına və hər ikisinin İbn Uteybədən və İbn Məsuddan nəql olunmasına baxmayaraq sənəddə olan dəyişiklik hazırkı hədisin zəif və uydurma olduğunu göstərir.
3) Sünni alimi İbn Həbban öz “Əs-siqat” kitabında, habelə şiə alimi Kəşşi öz rical kitabında İbn Uteybənin zəif olduğunu qeyd etmişlər.201
Bu iki hədisin mətnlərinə də irad tutmaq mümkündür:
1) Bu iki hədisin anlatdığına görə müvəqqəti nikah daimi nikahdan öncə olmuşdur. Yəni daimi nikahın şəriətdə qəbul olunmasından öncə müvəqqəti nikah talaqsız və mehriyəsiz mövcud idi. Daimi nikah yuxarıdakı xüsusiyyətlərlə şəriət tərəfindən qəbul olundu. Müvəqqəti nikah isə nəsx edildi. Bu sözləri müvəqqəti nikahın haram və nəsx olunduğunu iddia edən heç bir kəs qəbul edə bilməz. Çünki bu halda İslam peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) və o həzrətin səhabələrinin bütün nikahlarını müvəqqəti bilməmiz lazım gələr. Bu da gerçəkliyin ziddinədir.
2) İrs və mehriyə ayələri "Nisa" surəsində mütə ayəsindən öncədir. Məlum olduğu kimi ayələrin nazil olma tərtibi bu surədə qorunmuşdur. Bəzi alim və təfsirçilərin də bunu təsdiqlədiklərini əlavə etsək, necə deyə bilərik bu ayələr (nəsx olan ayədən öncə nazil olmalarına baxmayaraq) mütə ayəsini nəsx etmişdir.
Bu dediklərimiz İbn Məsuda isnad edilən uydurma hədislərin cavabı idi.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin