Мювлана ъялаляддин


Zülnun və müridlər hekayəsinə qayıdış



Yüklə 2,29 Mb.
səhifə15/27
tarix21.10.2017
ölçüsü2,29 Mb.
#7050
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

Zülnun və müridlər hekayəsinə qayıdış

Onlar elə ki, onun yaxınlığına çatdı,

Ehey kimdir, kim gələn?! Qışqırıb səs ucaltdı!

Ədəblə söylədilər, sənə dost olanlarıq,

Hal-əhval tutmaq üçün gəldik bura bir anlıq.

Necəsən söylə necə?! Elmin ağlın dəryası!

Bu nə böhtan, varmıdır, səndə cünun havası?!

Zibilliyin tüstüsü, Gün üzün ala bilməz,

Ünqa, çirkin qarğaya, heç məğlub ola bilməz.

Bizdən gizlətmə bunu, eylə bəyan bu sözü,

Biz səni sevənlərik, gizlətmə bizdən, düzü.

Özünə həbibləri uzağa qovma belə,

Bu işin üstün örtmək, yalan gətirər dilə.

Dostların arasında sirrlər, bir qalmaqaldır,

Ey elmi, ağlı dəniz, bu nə təəccüblü haldır?!

Sirri gətir araya, ey bizə padşah olan!

Sən bizə aysan olma, buludlar altda qalan.

Biz sadiq həbibinik, səni sevən olmuşuq,

Iki aləmdə sənə ürək verən olmuşuq.

Sirrini dotlarından sən heç vaxt gizlətmə, dost,

Aramızda sirr nədir, canlara qəsd etmə, dost.

Onların məqsədini Zülnun elə ki, bildi,

Dostlarını yoxlamaq qərarına, tez gəldi.

Söyüşə başlayaraq mənasız sözlər dedi,

Dəlilər tək surətin əyib, söyüşlər dedi.

Sıçrayıb, daş, ağacı atdı onlara tərəf,

Döyülmək qorxusundan, hamı qaçdı səf-səf.

Qəhqəhə çəkib güldü, başını yırğaladı,

Dedi: - Ey dad bu dostlar, hara qaçdı, hardadı?!

O dostu dost kimi gör, dost üçün candan keçsin,

Dostdan gələn əzabı, can-başla qəbul etsin.

Dost dostun əzabından inciyib, qaçmamalı,

Dostun əzabda görən, uzaqdan keçməməli.

Xoş gündə dostluq etmək, dostluq göstərmək deyil,

Bəla-afət zamanı möhnəti dostluq tək bil.

Dostcasına əzabın özünə qəbul eylə,

Üz çevirmə dostundan, düzünə qəbul eylə.

Yaxşı dost, atəş kimi onun içində bəla,

Xalis qızıl atəşdə olur yaxşı, xoşliqa.

Xacənin Loğmanın zirəkliyini yoxlaması

Loğman yalnız deyildi, əziz, saf ürək bəndə,

Gecə-gündüz işləyib, olmuşdu zirək bəndə.

Xacəsi iş zamanı onu önə çəkirdi,

Oğlundan da irəli, dönə-dönə çəkirdi.

Baxma ki, Loğman özü bir bəndəzadə idi.

O da Xacə kimiydi, özü azadə idi.

Bir şah, dedi bir şeyxə, söhbət vaxtı diliylə,

Sən gəl, bu gün Şahından bir bəxşiş tələb eylə.

Dedi: - Ey şah yoxmudur səndə bir abır-həya?

Bu təklifi edirsən, məni almırsan saya.

Mənim iki köləm var, ey sən bəndeyi-həqir,186

Həmin o iki kölə sənə hakim, həm əmir.

Şah dedi: -İki nədir, mənə gətirir zillət?!

Dedi: - Biri tamahdır, digəri isə şəhvət.

Şah o şəxs ola bilər, o şahlıqdan vaz keçmiş,

Ayla, Dədə Günəşə nur saçmağı bəxş etmiş.

Xəzinə o şəxsdə var, xəzinədən utanır.

«Varlığa» o şəxs sahib, varı o düşmən sanır!

Loğmana xacə olmuş, zahirdə xacə kimi,

Həqiqətdə Loğmana bir bəndəzadə kimi.

Cahanda buna bənzər ziddiyyətlər hədsizdir,

Nəzərlərində gövhər, çöpdən də qiymətsizdir.

Biyabanı, həqiqət aşkarlayan saymışlar,

Adları bədnam edən, qəlb ağlayan saymışlar,

Bir qrup insanların, məşhur libasları var,

Ona qəba deyərlər, xalq içrə xasları var.

Bir qrupu onlardan dönmüş fəndgir zahidə,

Nur lazımdır, cəsuslar dönsün pak bir zahidə.

Pak olan nur lazımdır, təqlid, cövrdən qaçasan,

Ki, tanısın O, səni, əməlsiz nur saçasan,

Ağlın gücüylə çıxsın xəbisliklər qəlbindən,

Özü saflaşıb, qalsın, nağd görsün qəlbi nədən.

Xalis olan bəndələr olmuş «elamül-ğiyub»

Cahanda canlar isə olmuş «cəsusul-ğülub».187

Qəlbin içindən gələr ürək bir xəyal kimi,

Yanında kəşf olunar, onlar sirli hal kimi,

Sərçənin bədənində güc-qüvvət necə olar?!

Qızıl quşun ağlından dərs alsa uca olar!

Hər kim vaqif olarsa, O, «Hu»188nun sirrlərindən,

Məxluqatın sirrləri təsir etməz dərindən.

Hər kim səmalar üstdə, bacararsa qalmağı,

Yerdə də çətin olmaz, onun məkan salmağı.

Əgər Davud ovcunda muma dönərsə dəmir,

Ey zalım, sən başa düş, Onun üçün mum nədir?!

Loğman bəndə olsa da, sanki bir xacə idi,

Bəndəliyi zahirən ona dibaçə189 idi

Xacə naməlum yerə, birdən gedərsə əgər,

Özünün libasların, quluna geyindirər.

O qulun libasını özü geyərsə əgər,

Bəndə olan qulunu, bir imama çevirər.

Qabaqda olan zaman, bəndə tək yeriyəndə,

Agah olmamalıdır, ondan ayrı bir bəndə.

Deməlidir, ey bəndə məclis başında əyləş,

Tutum ayaqqabını, qul tək, sənsə fikirləş.

Sən yekəlik göstərib, mənə söyüşlər göndər,

Məni böyük bilmə heç, məndən üzünü çöndər.

Sənə xidmət etməyi, tərk etmək fikrindəydim,

Uzaq olasan deyə, fənd gəlmək fikrindəydim.

Xacələr bu formada göstərmiş bəndəliklər,

Ki, guman eyləsinlər, onlar səbirlidirlər.

Xacəlikdən gözü tox, doyaraq çox bezmişlər,

Işləri hazırlayıb, nəticəsin düzmüşlər.

Bunlar bəndələrdirlər, hava onların əksi,

Özlərini etmişlər, ağlın-canın xacəsi.

Xacələr gələ bilər, biçarəlik yoluna,

Bəndə bəndəlik sevər, nə lazım, çəp yol ona?!

Ki, desin aləm belə, gah da ki, aləm elə,

Bunların əksi olan, tərtiblər gələr dilə.

Loğmanın xacəsinin əhvalı gizlin bizə,

Vaqif olub bilirdi, sonra dəyirdi gözə.

Sirri bilib sürürdü, sevinərək ulağın,

Məsləhət üçün qalıb, süzürdü solun-sağın.

Onu azad edirdi, elə birinci gündən,

Eşidib həzz alırdı, Loğmanın sevincindən.

Çünki Loğman kam almış, bilir kamın yerini,

Heç kimsə başa düşmür, o cavan şir sirrini.

Yaxşı olar, sirrini sözündən gizlədəsən,

Daha yaxşı, sirrini özündən gizlədəsən.

Işini pünhan eylə, sən özün öz gözündən,

Işin salamat qalsın, gözünün bəd üzündən.

Işini təslim eylə, muzdunu da təhvil al,

O vaxt özsüz-özündən, bir əşya oğurla, qal.

Yaralı insanlara, tiryəki atdırarlar,

Sonra oxun ucunu, təndən çıxartdırarlar.

Ölüm vaxtı əzabın, bu yolla azaldarlar,

Beləcə məşğul edib, canını da alarlar.

Çünki hansı fikrə ki, qəlb tapşırmaq istəsən,

Səndən bir şey gizlicə, oğurlayarlar asan.

Nəyisə fikirləşib, oxuyaraq öyrən sən,

Oğru çıxıb qaçacaq, sakitcə bilmədən sən!

Xülasə məşğul ol sən, məşğulluğun saz olsun.

Səndən bir şey alsalar, onun vəzni az olsun.

Tacirin aldığı mal, suya düşüb olsa tar190

Gəmi yüküylə birgə, dəniz dibinə batar.

Kim ki, daha aşağı, dənizə əysə başın,

Əli yükə tez çatar, yaxşı görər öz işin.

Çünki bir şey ki, tamam su altına batsa, lap,

Çalış azı burax sən, daha yaxşısını tap.

Bu nağd olan imana itaət etməyi qan!

Ki, sən Haqqın yanına, xəcil qayıtmayasan!

Sən özün nağd olanı, yaxşı qorusan əgər,

Hərisliklə, qəfləti div götürüb, yox edər!


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin