Мювлана ъялаляддин


Şeyxə tənə vuran şəxsin hekayəsinin davamı və müridin də ona cavabı



Yüklə 2,29 Mb.
səhifə24/27
tarix21.10.2017
ölçüsü2,29 Mb.
#7050
1   ...   19   20   21   22   23   24   25   26   27

Şeyxə tənə vuran şəxsin hekayəsinin davamı və müridin də ona cavabı

O xəbis, Şeyx dalınca hərzə sözlər deyirdi,

Ağlı zəif olanlar, əyri görər deyirdi!

Onun çirkin işinin, olmuşam şahidi mən,

Şərab içən şəxsdir o, əməli pis əzəldən!

Onu bir yığıncaqda, əylənəndə görmüşəm!

O təqvadan məhrumdur, müflisliyin bilmişəm!

Əgər inamın yoxsa, gecələr qalxıb, yoxla?!

Şeyxin fisqi- fücurun,390 əyani baxıb, yoxla?!

Gecə şahid aparıb, bu deşik, budur dedi!

Onun hiylə, məkrini, eyş- işrətin gör dedi!

Gündüz vaxtı fəndinə, gecə pis əmələ bax!

Gündüz Mustafa kimi, gecə Bu Ləhəbə bax!

Gündüzlər Abdullah tək, onun çağrılar adı!

Gecə «nouzən- billah», camlardan alır dadı!

Şahid Şeyxin əlində, dolu bir şüşə gördü,

Ey Şeyx, sənində varmı, meylin pis işə, sordu?!

Ey Şeyx, deyirdin cama, şərab tökülsə əgər?!

Divlər sidikləyərlər, onu içənə qədər?!

Şeyx dedi ki, canımı, elə doldurmuşlar ki?!

Yerləşməz daxilinə bir üzərlik dənəsi!

Nəzər et, heç bu yerdə, bir zərrə yerləşərmi?!

Yalan söz eşitmisən, yalan söz düzləşərmi?!

Camı yox, şərabı yox, məlum deyil zahirdə.

Belə söz Şeyx barədə, təkrar eyləmə, bir də!

Mey camı varlığıdır, ey avara, bu Şeyxin!

Onda yerləşə bilməz, «div sidiyi», ey bidin?!

Onun varı- dövləti, Haqq nurundan güc alır!

Sınmış bədənin camı, Mütləq Nurla ucalır!

Günəş Nuru düşərsə, təzə nəcis üstünə,

O nuru qəbul etməz, həmən nəcis özünə!

Şeyx özü bəyan etdi, nə mey, nə də cam deyil.

Gəl sən əyil aşağı, gözünlə bax, ətrin bil!

Şahid endi aşağı, saf, billur balı gördü.

Düşmən sanki kor oldu, rəngi qaraldı, durdu.

Qoca Şeyx belə dedi:- Ey müridim, pənahım?!

Get mənimçin «mey» axtar, bəyan olsun «günah»ım!

Mənə bu əziyyətdir, lakin məcbur olmuşam,

Ifrat aclıq əlindən, əziyyətdə qalmışam!

Zərurət zamanında, hər bir murdar pak olar!

Kafərlərin başına, lənətlər bir xak391 olar!

Bütün küp olan evi, mürid gəzib- dolandı,

Şeyxə görə hər küpdən, daddı ağzı dadlandı.

Nə qədər gəzdisə də, tapa bilmədi şərab.

Bütün küplər doluydu, kəhrəba tək şəhdinab392

Mürid dedi:- Ey rindlər, bu necədir, nə haldır?!

Heç bir küpdə şərab yox, hamısı təzə baldır?!

Bütün rindlər o Şeyxin, yanına toplaşdılar!

Başlarına döyərək, yaş töküb, ağlaşdılar!

Gəl bizim xərabata, ey sən Ali- amal Şeyx?!

Qədəminlə dəyişsin, meyimiz olsun bal, Şeyx?!

Sən nəcisdən ayırdın, meyləri, şərabları?!

Canı nəcisdən ayır, yox eylə əzabları!

Cahan bütün ağzacan, olarsa qanla dolu?!

Haqqın halal sevəni, keçərmi heç o yolu?!
Ayişənin Həzrəti Məhəmməd Səlləllahu əleyli Vəsəlləmə -«Namaz qılmağa yerin yoxdumu, hər yerdə namaz qılırsan?!»- deməsi hekayəsi
Həzrəti Peyğəmlərə, Ayişə dedi, bir gün,

-Ya Rəsulullah nədən, gah aşikar, gah gizlin?!

Harda olarsa- olsun, Namazını qılırsan?!

Napak, alçaq evində Namazla bir olursan?!

Hər bir çirkin uşağın murdarlığın bilirsən?!

Hara gəldi murdarlar, kirdarlığın393 bilirsən?!

Layiq olmayan yerdə, Namazını qılırsan?!

Bu sirri mənə aç Sən, nədən belə olursan?!

Peyğəmbər cavab verdi:- Zəlil olanlar üçün?!

Haqq nəcisi pak edir, dəyişir onlar üçün!

Get bax səcdəgahlara, Haqqın lütfüylə dolmuş,

Yeddinci göyə qədər, təmizlənib, pak olmuş.

Eşit diqqətli ol bir, həsədi tərk eylə sən.

Yoxsaİblisə dönüb, düşəcəksən dilə sən!

Həsədsiz zəhər yesən, dəyişib, şəkər olar!

Həsədlə şəkər yesən, yediyin zəhər olar!

Özün dəyişdiyiyçin, əməl yerinə düşmüş,

Kərəminə tuş olmuş, odu nura dəyişmiş!

Yalnız Haqqın əmriylə, quşlar Əbabil394 olar!

Fillərlə cəngə çıxar, məğlub olan, fil olar!

Nəhəng düşmən ordusun, quşcuğazlar məhv etdi.

Bu iş Haqqın işidir, çünki düşmən səhv etdi!

Əgər şübhələnirsən, özünü təqsirli bil,

Dayanmadan get oxu, «sureyi- əshabi- Fil»!395

Onunla cəng eyləyib, baş- başa versən əgər,

Sən ona qalib gəlsən, məni adlandır «kafər»!


Siçanın dəvənin ovsarını çəkməsi və heyrətə gəlib qürrələnməsi
Bir siçan bir dəvənin, ovsarın396 ələ aldı,

Yola düşərək çəkdi, onu ardına saldı!

Dəvə də tabe olub, onun dalınca getdi,

Siçan dedi:- Güclüyəm, pəhləvanam, fəxr etdi,

Qəlbindəki bu fikri, dəvəyə bəyan etcək,

Dedi:- Elə edərəm, olarsan sən «sevincək!»

Dəvə bir qədər gedib, bir çay ilə rastlaşdı,

Fil tək bədənli dəvə, xar oldu, acizləşdi,

Siçan çayı görən tək, mat qaldı, yava- yava.

Dedi:- Ey dağın, çölün, rəfiqi olan dəvə?!

Neçin belə dayandın, mat- mat baxırsan nədən?!

Çaya gir, cəsarətlə, keç sən qorxu bilmədən!

-Sən mənə yol göstərən, həm də ki, rəhbərimsən,

Yol ortasında qalma siçan, şiri- nərimsən!

Siçan dedi:- Ey dostum, bu çay dərindir- dərin,

Mən qorxuram, qərq olam, yoxlayaq gəl hər yerin.

Dəvə dedi:- Ey dostum, baxım suyun həddinə.

Tələsik addım atdı, görsün suyun həddi nə?

Dedi:- Sən ey kor siçan, su dizimə qədərdir.

Neçin heyrətdəsən sən, bu sənə dərdi- sərdir?!

Dedi:- Sənçin qarışqa, mənçin əjdahadır, bil,

Dizdən- dizə fərqlər var, mənə qanbahadır, bil!

Su sənin dizindənsə, mənə bax barı, ey dost,

Mənim başımdan ötər, yüz gəz397 yuxarı, ey dost!

Dəvə dedi:- Ey siçan, daha küstaxlıq etmə!

Özündən razı olub, belə axmaqlıq etmə!

Sən məni, özün kimi, siçana tay eylədin,

Dəvə ilə siçanın gücün bir pay eylədin!

Siçan dedi:- Ey dəvə, tövbə etdim Xudama!

Məni də çaydan keçirt, səs ver mənim sədama!

Dəvənin rəhmi gəldi, dedi:- Gəl yaxın mənə,

Tullan otur belimdə, möhkəmcə sıxın mənə!

Çaydan keçmək fikrim var, çətin deyil bu əməl,

Yüz min sən tək siçanı keçirərəm, sən də gəl!

«Rəsul» olmamısansa, sən get özün yolunla,

Bir gün keçə biləsən, tələdən öz zorunla.

Sultan olmamısansa, rəiyyət yoluyla get,

Gəmiçi deyilsənsə, tək getməkdən həzər et!

Kamil şəxs deyilsənsə, təklikdə dükan açma,

Əli təmiz ol daim, işdə həddini keçmə!

Qulluqdan əgər azad, olmamısan, qul tək qal,

Atlasdan paltar geymə, şır- şındır əyninə sal!

Sakit otur, qulaq as, Quran oxunan zaman,

Bəlkə Haqq tərəfindən, əhv olunasan, nadan!398

Əgər danışsanda sən, tövbə şəklində danış,

Şahənşahla miskin tək, fəqir dilində danış!

Hiylə, kinin əvvəli, şəhvətdən bəhrələnir,

Şəhvətin möhkəmliyi, adətdən bəhrələnir!

Adətdən bəhrələnən, pis xislət olsa möhkəm,

Bir kəsə hirslənəndə, vurmağa qalar həkəm,

Sən gülə tikan olsan, şübhəsiz bir gün o da,

Gülündən əlin çəkər, olar düşmən bir gəda!

Bütpərəstlər bütlərlə, söhbət etdiklərindən,

Bütə zidd olanlara, baxarlar gendən- gendən!

Iblis də əvvəl- əvvəl, yüksək məqamda olmuş,

Adəmi kiçik saymış, səcdə etmədən qalmış.

Demiş məndən rütbəli, daha yüksək olmalı,

Mənim kimi olanlar, ona meylin salmalı,

Təkəbbür bir zəhər tək, ruh onun padzəhəri,

Ruhunu pak saxlasan, şəkər edər zəhəri.

Dağlar ilanla dolu, olmuş olsa da əgər,

Daxilindəki ruhun, olar ona padzəhər.

Təkəbbürlük səninlə həmsöhbət olsa həmən,

Nə qədər məğlub etsən, olacaq köhnə düşmən.

Xasiyyətin əksinə, bir şəxs danışsa əgər,

Daxilindəki kinlər, qalxar göylərə qədər.

Düşünərsən o məni, xislətimdən döndərir,

Özünü mənə başçı, olan kimi hiss edir.

Pis xasiyyət olmasa, dikbaşlıqla bir yerdə,

Ziddlə, alov olarmı, parlaqlıqla bir yerdə?!

Möhkəmlənmiş şəkildə, olmasa pis xasiyyət,

Alovlu atəşkədə, yaradarmı ziddiyyət?!

O öz ziddi olanla, ehtiyatla davranır,

Onun ürəyindəcə, özünə yer qazanır.

Onun pis xasiyyəti, dayaqlı olduğundan,

Qarışqa olan şəhvət, dönüb, oldu bir ilan!

Şəhvət ilanın öldür, doğulduğu ilk gündə!

Yoxsa «ilan şəhvət»in, olar əjdaha sonda!

Lakin hər kəs görərsə, qarışqa tək «ilan»ın?!

Sən tövbənə sahib ol, dişlərin çək «ilan»ın!

Əgər qızıl olsa, mis deməz heç vaxt, mən misəm,

Qəlbin şahı olmasa, ürək deməz müflisəm.

«Iksirə» xidmət eylə, mis xidmət eyləyən tək,

Ey ürək, dildarından, cövrə döz, cəfalar çək!

Əhli- dilin dildarı, kimdir yaxşıca öyrən,

Dünya gecə- gündüzü kimidir, qoca, öyrən!

Az tut eyiblərini, haqq bəndəsinin, dayan!

Sən şahı oğurluqda, ittiham etmə, oyan!

Yoxsa olacaqsan sən, heçlərin- heçlərindən,

Divlərdən kənara qaç, dini öyrən dərindən!




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin