Мювлана ъялаляддин


Gəmidə oğurluqda müttəhim olunan, Şeyxin möcüzələri



Yüklə 2,29 Mb.
səhifə25/27
tarix21.10.2017
ölçüsü2,29 Mb.
#7050
1   ...   19   20   21   22   23   24   25   26   27

Gəmidə oğurluqda müttəhim olunan, Şeyxin möcüzələri

Dərviş libaslı bir Şeyx, bir gəmiyə minmişdi,

Bir şəxsin yatağına, bilmədən söykənmişdi.

Həmin şəxs yatan zaman, qızılları yox oldu,

Hamını axtardılar, şübhəlilər çox oldu!

Dedilər burda yatan, dərvişi də axtaraq,

Pul sahibi dərdindən, oyatdı, etdi soraq.

Dedi: -Mənim pul kisəm, bu gəmidə itmişdir!

Hamını axtarmışıq, növbə sənə çatmışdır.

Xirqəni soyun görək, tez ol, çıxart sən, baxaq!

Paltarını yoxlayaq, işin sonuna çıxaq!

Dərviş dedi: -Ya Rəbbim, bu rəzillər, mən qula?!

Acı sözlər dedilər, onları tənbeh elə!

Ey bütün qəmlilərin, qayğısı olan Tanrı!

Ey bütün nəfslilərin, nəfsini alan Tanrı!

Ey bütün duaların, cavabın verən Tanrı!

Ey bütün möhnətlərin, savabın verən Tanrı!

…Elə ki, o dərvişin, qəlbi riqqətə gəldi,

Eyni vaxtda hər yerdən, sudan başlar yüksəldi!

Yüz minlərlə balıqlar, dəniz dibindən, birdən,

Ağızlarında dürrlər, göründülər hər yerdən!

Hər birində olan dürr, bir mülkə xərac idi.

Haqqın möcüzəsiydi, sanki bir «merac» idi.

Bir neçə dürr atıldı, Şeyx dürrü görcək durdu,

Özünə yer eyləyib, bir kürsüdə oturdu!

Gəmi kapitanı tək, taxtında yer eylədi,

Onun göyərtəsindən, camaata söylədi.

Sizin bu gəminizi, almışam mənə kardır!399

Indi burda nə oğru, nə də dilənçi vardır.

Çıxıb getsin gəmidən, kim istəyir bu anda,

Mən burada Haqqımla, bir yerdəyəm amanda!

Indi oğruyam deyə, töhmət vuranım yoxdur!

Nə də nuxtam əlində, qanmaz soranım yoxdur.

Gəmi əhli səsləndi, sən ey böyük xoş kəlam?!

Nədən sənə verildi, bu gözəl ali məqam?!

Dedi: -Sizin kasıba, töhmət vurmağınızdan!

Haqqın hürriyyətinə, qurğu qurmağınızdan!

Allah göstərməsin ki, etməyim, Şaha təzim,

Kasıblardan bədgüman olmamışam əzizim.

O nəfsi tox kasıblar, o təqvalı fəqirlər,

Ona təzim etməyə, gəzdilər layiq yerlər.

O kasıblıq deyildir, pıçıltı eyləməkçin.

Haqqdan qeyri «varlığa», dualar söyləməkçin!

Neçin müttəhim deyim, özümü suçlu sanım?!

Haqqın yeddinci göydə, xəzinəsin mən danım?!

Müttəhim olan nəfsdir, şərəfli ağıl deyil!

Müttəhim olan hissdir, bir nurdur, nağıl deyil!

Nəfs özü parıldasa, vur al parıltısını!

Şah demək «sözlə» deyil, mat olmalıdır sonu.

Parlayan nuru görcək, möcüzə hesab edər.

Nur yox olandan sonra, bir xəyalə bənzədər.

Möcüzəni görməklə, həqiqəti tanıdı,

Gecə-gündüz gözlərin, həqiqətlər canıdı.

O yer, pak gözlülərin məkanı olmalıdır,

Heyvan gözlü şəxslərin, kanı olmamalıdır!

Həya-abru içində, qəribə hissə malik,

Yerləşərmi heç tovuz, dar quyuya ey salik.400

Əgər mənə deməsən, davam eylə işinə?!

Yüzdən birin deyərəm, tük tək dəyər dişinə!
Şeyxin hüzurunda, sufilərin çox danışan həmməsləklərini söymələri
Sufilər, bir sufinin, əməlini əydilər,

Şeyxin hüzurundaca, dalınca çox söydülər!

Xanəgaha gedərək, şeyxə dedilər aman!

Sən o sufiyə söylə, əl çəksin canımızdan!

Dedi: -Gileylər nədən, neçin edirsiz ah-zar?!

Dedilər: -Bu sufinin, üç ağır xisləti var!

Sözü çox danışandır, zır-zır zırıldar, deyər.

Yeyəndə də iyirmi şəxsin, yeməyin yeyər!

Əgər yatsa, yatmağı, «Əshabi-Kəhf» yuxusu,

Deyərək şişirtdilər, yalanları, çoxusu!

Şeyx gəldi o sufinin, yanına bilsin, necə?!

Vasitəçilik etsin, ziddiyyət olsun incə!

Xeyirli bir iş üçün, vasitəçilik etmək,

Sanki haqqı qorumaq, nahaqq əksinə getmək!

Qeyri-üzvi maddələr, çirklənərsə nə olar?!

Xalqın öz bədənləri, xəstəliklərlə dolar!

Öz əqrəbalarına çox baş çəkib, incitmə,

Sonda fəraq yaradar, söz yəqin, şübhə etmə!

Musanın nitqi olmuş daim əndazəsində,

Yaxşı dostları demiş: -Söz de, vaxt vədəsində!401

Həmin o uzunçuluq, Xızra rəqib yaratdı,

Dedi: -Get-get uzaq ol, çox danışdın, söz atdı!

Xızır dedi: -Ey Musa, səbr et, çox danışırsan!

Çox demə vüsal hanı, daha həddi aşırsan!

Ey Musa sən uzaq ol, uzunçuluq edirsən!

Mənimlə qalırsansa daim kar, lal otur sən!

Getmək istəyirsənsə, mənimlə cəng eyləmə,

Bağladığın peymanı, qırdın yalan söyləmə!

Sən get onlara sarı, onlar özün kimidir.

Sənin aşiqlərindir, sözü, sözün kimidir!

Namaz üstə nagəhan, murdarlanmısan yenə,

Sənə deyər tələs, get, təharət vacib sənə.

Təharətə getməsən, sanki boş əməldəsən.

Çünki namazın getmiş, yalançı təməldəsən.

Gözətçi yatanları, qorumaqçın parlamış.

Balıqlara gözətçi, ehtiyacı qalmamış.

Libasa bürünənlər, tamaşaya bəzəkdir,

Lüt üryan canlar isə, təcəllaya bəzəkdir.

Ya üryan olanları, tərk eylə, qabağa get,

Ya da ki, onlar kimi, özünü lüt-üryan et!

Lüt-üryan olmağı sən, bacarmırsansa əgər?

Libasını az eylə, özün ortabab göstər!



Xanəgahın Şeyxindən bir kasıbın üzr istəməsi

Həmin kasıb nəhayət, Şeyxlə hal-əhval etdi.

Üzrünü cəriməylə, ödəyib kəmal402 etdi!

Şeyxin hər sualına, dolğun cavab verirdi,

Xızrın cavabları tək, cavab, savab verirdi!

Həmin dolğun cavablar Kəlimin403 bilimləri,

Xızrı şadlandırırdı, Rəbbinin elmləri!

Həll olundu müşküllər, qalmadı ah-zarları,

Hər müşkül arxasında, göründü açarları.

Xızırdan dərvişin də, bir mirası var idi.

Şeyxin kömək etməklə, çox arası var idi!

Dedi: -Yol yarı olmuş, nə hikmətin var söylə!

Yarı yol bilinəcək, hikmətli işləriylə!

Arxın suyu, dəvəyə, az miqdar tək görünər,

Lakin siçanlar üçün, okyanlar tək görünər!

Əgər hər hansı şəxsə, dörd çörək pay verilsə,

Yarısı sayılacaq iki, ya üçün yesə!

Əgər dördün də yeyib, söyləsə ki, yarıdır,

O bir ördək kimidir, nəfsi onun, varıdır.

Hər kimin iştahası, onca çörəklikdirsə,

Yarısı onda olar, onun beşini yesə!

Əlli çörəklik olsa, əgər mənim iştaham?!

Onun altı külçəsin, sənə bağışlamaram!

Sən cəmi onca rükət, namazınla yorğunsan,

Mən beş yüz rükətimlə, yorğun olmaram, asan!

Birisi Kəbəyədək, payi-piyada gedər,

Başqası məscidə dək, gedəndə nalə edər!

Birisi pak olmağa, canını vermək istər,

Başqası can verərək, bir külçə çörək istər!

Bu yarımçıq olmaqlıq, müəyyən həddə qədər,

Bunun əvvəl, axırın, sonluğu məlum edər.

Əvvəl-axır, cəm olub, belə sonluğa gələr,

Təsəvvürdə ortaqlıq, yarımlığa yerləşər.

Hər iki tərəfin də, aqibəti yoxdursa,

Miyanəlik haradan, görünər basa-basa?!

Əvvəl-axır elmini, hər kim öyrənsə, bitməz.

Dedi: -«Dərya mürəkkəb, olsa yenə də, yetməz».404

Yeddi dəniz birləşib, mürəkkəb olsa əgər

Elminin bitməsinə, yox ümid, əhli bəşər.405

Bağlar-meşələr əgər, olsa hamısı qələm,

Rəbbin sözləri bitməz, bilsin, dünyavü-aləm!

Bütün hədsiz-hesabsız, yazılar fanilikdir,

Bu hədis bizim üçün, əbədi baqilikdir!406

Mənim bu vəziyyətim, bəzən yuxuya bənzər,

Yuxum azmış yuxu tək, gizli yerləri gəzər!

Gözüm yatsa da mənim, qəlbimi sən oyaq bil,

Mənim bekar şəklimi, işlə birgə sayaq bil!

Rəsul belə söyləmiş: -Zahir, gözlə görünər,

Qəlbin daxili isə, Rəbbimizə bilinər!

Gözün ayıq olsa da, qəlbin yuxuda uçur,

Mənim gözümsə yatmış, qəlbim «qapılar» açır!

Mənim qəlb yelkənimdə, əlavə beş duyğu var,

Qəlbdə olan hiss üçün, hər iki aləm aşkar!

Sən öz zəifliyini, mənə baxıb, sayma düz?!

Səninçin gecə olan, mənimçin olmış gündüz!

Səninçin zindan olan, mənimçin bir bağ kimi,

Gözün görür, mənimçin, olmusan fərağ407 kimi.

Ayağın altda palçıq, mənçin dönüb, gül olmuş.

Səninçin matəm olan, nəvayi-bülbül olmuş!

Yerdəyəm sənlə sakin, bir məhəldə durmuşam.

Yeddi göyü gəzərək, Rəbbi-Cəlil sormuşam!

Səninlə həmnişindir, mənim kölgəm, özüm yox,

Düşüncələrdən üstün, düşüncəmin həddi çox!

Adi düşüncələrdən, geridə qalmamışam.

Fikirlər hakimiyəm, məhkumu olmamışam.

Bütün xalqlar, millətlər fikirlərin quludur.

Onunçun xəstə qəlblər, qəm-kədərlə doludur.

Qasida, özümü mən, düşüncəyə vermişəm.

Çünki ortabablıqdan, çətinliklər görmüşəm.

Mən quş tək göylərdəyəm, fikirlər milçək kimi,

Uca göy məkanına, milçək çata bilərmi?!

Qasida, enərəm mən, zirvələrdən düzənə!

Qoy ayağı şikəstlər, çatsınlar mənə yenə.

Əgər acığım tutsa, alçaq sifətlilərə,

Murad mələyi kimi, uçaram zirvələrə!

Qanadlarım cücərmiş, özümün öz zatımdan,

Başqa qanadı üstün, tutmaram qanadımdan.

Cəfəri Təyyar408 üçün uçmaq bir adət kimi,

Cəfəri Tərrar409 üçün, uçmaq bir alət kimi.

Zövqü olmyayan kəsin, yanında səna410 kimi,

Dünyanın Rəhbərinin yanında məna kimi.

Boş sözlər dava kimi, dikbaş şəxsin yanında,

Boşsa, dolusa qazan, birdir, milçək önündə!

Daxilə düşən tikə, gövhərə döndüyüyçün,

Bacardıqca ərinmə, ye, sirab ol özünçün.

Şeyx də bir gün şübhəni, dəf etmək məqsədiylə,

Ləyənə başın əydi, ləyən doldu dürr ilə.

Ağıl gövhərlərini, hamı duydu, dərk etdi,

Qoca, cavan, kəm ağıl, hər biri idrak etdi.

Çünki mədənə düşsə, çirkli, mikroblu tikən,

Hulqununa qıfıl vur, kilidini gizlət sən.

Kimin loğması dolsa Rəbbi-Cəlil nuruyla,

Hər bir şeyi yeyərsə, halal olar barıyla!
Dava etmək onun özünün sədaqətini sübut etmək üçün olduğunu bəyan edən şəxsin davası haqda
Sən mənim canım ilə, aşınasansa əgər,

Bu dava etmək olmaz, sadiqliklə səsləşər.

Desəm ki, gecə yarı, sənin yanındayam mən,

Gecələrdən qorxma sən, mən də sənin özünəm!

Bu iki bəhs etmənin, yanında məna olmuş,

Çünki sənin qonşunun, səsi aşina olmuş!

Yaxınlıqla qonşuluq, iki məna mövzusus,

Yaxşı qanan yanında, o, bir dana411 mövzusu!

Yaxınlıq avazıyla, şəhadətlər göstərir,

Ki, bu dəmdə, bu anda, dostluqdan xəbər verir.

Qonşunun səs ləzzəti, onun avazı, səsi,

O əziz yar sidqinə, şəhadətin zümrəsi.

Yenə, ilhamsız axmaq cəhalət həvəsindən,

Yadın səsin ayırmır, öz əhlinin səsindən.

Onun yanında olar, danışığın qayəsi,

Onun cəhli olacaq, inkarının mayəsi.

Zirək şəxsin yanında, onun daxili nurlu,

Həmin şəxsin oxşarı, özün tutar qürurlu!

Ərəbcə söhbət açdı, ərəb dilli bir adam,

Dedi: -Ərəb xalqının, dilini bilirəm tam!

Ərərbcə danışmağı, mənalarla doludur.

Baxma həmin danışmaq, mübahisə yoludur,

Ya bir katib yazacaq, kağızı aram-aram,

O katibin xəttini, əbcədlə oxuyaram.

Bu yazılar olsa da, mübahisə yaradan,

Yazan özü şahiddir, mənalar aslı ondan.

Ya deyəcək bir sufi, dünən görmüsənmi sən?

Gecə yarı yuxuda, daima səcdə edən?!

Yuxu görən zamanda, mən idim sənə deyən.

Səninlə yuxuların, şərhi-halın söyləyən.

Qulaq as, qulaqları, həlqəli tək dinlə sən.

Bu sözlər rəhbərindir, yad eylə qəlbinlə sən.

Əgər yadına düşsə, yuxudakı sözlərim.

Daha qədim sirrlərin, möcüzəsin, al görüm.

Baxma ki, dava edər, daha dərinə gedər,

Can sahibi dərk edib, biliklə qəbul edər.

Əgər hikmət, mömini, azdıran olmuş olsa?!

Eşitdiyin o zəhər, pozduran olmuş olsa?!

Şübhəsiz o özünü, onun yanında tapar,

Necə olacaq deyə, şübhələnər, səhv yapar.

Susuz olan bir şəxsə, necə deyərsən tələs?!

Bu qədəh suyla dolu, al suyu iç, sən tələs!

Təşnə heç söləyərmi, get mənlə dava etmə?!

Ayrıl məndən uzaqlaş, məni binəva dava etmə!

Ya şahidlik, ya sübut göstərərək, şahid ol,

Ya de bu axar suyun, növündəndir abid ol,

Ya südəmər uşağa, ana tək söylə oğul,

Gəl körpə, mən anayam, südüm vardır, ayıq ol!

Uşaq deyər anaya, gətir sən mənə sübut,

Sənin südünlə doyum, məni qucağında tut.

Hər bir ümmət qəlbində, Haqq ləzzətdir, məzədir,

Peyğəmbərin surəti, avazı, möcüzədir!

Peyğəmbər çöl-bayırdan, səsin ucaltsa əgər?!

Ümmət canı daxildən, ona səcdə eyləyər!

Çünki səsinin növü, fərqlidir bu dünyada,

Heç bir canın qulağı, almamış belə səda!

O qəribdir zövqlərdən, avazı olmuş qərib.

Haqqın dilindən eşit, «Inni fəinni ğərib»412!


Yəhya Peyğəmbər vəİsa Peyğəmbərin analarının qarnında ikən bir-birlərinə səcdə etmələri
Yəhyaya, olan zaman, öz anası hamilə,

Bir gün oturmuş idi, üzbəüz Məryəm ilə!

Yəhyanın öz anası, Məryəmə bir sirr dedi,

Hamilə olmasından danışdı, bir-bir dedi:

-Məryəm, bətnində olan, mütləq «Şahı» mən gördüm!

Ululəzm Peyğəmbəri, nurlu «mahı»413 mən gördüm!

Mən Səninlə üzbəüz, oturduğum zamanda,

Bətnimdəki səcdəni, hiss etdim həmin anda!

Bu «döl», O «dölə» qarşı, səcdə ilə baş əydi,

Onların səcdəsindən, dişim –dişimə dəydi!

Məryəm dedi: -Mənim də bətnimdəki uşaqdan,

Səcdəni hiss eylədim, bütün bu işlər, Haqqdan!




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin