Naqilsiz Şəbəkələrin Arxitekturası



Yüklə 419,21 Kb.
səhifə10/55
tarix01.01.2022
ölçüsü419,21 Kb.
#104230
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   55
Antena tipi - Antenanın tipi onun radiasiya formasını, yəni radio-dalğalarının yayılma şəklini bildirir. Üç tip antena vardır: Çox istiqamətli, iki istiqamətli və tək istiqamətli. Çox istiqamətli antenalar geniş sahəli şəbəkələr üçün uyğundur. Bu tip antenalar radio-dalğalarını bütün istiqamətlərdə yayır. İki istiqamətli antenalar radio-dalğalarını iki istiqamətdə yayır. Belə antenaların istifadə olunduğu yerlərə misal olaraq universitet koridorları və tunellər göstərilə bilər. Tək istiqamətli antenalar isə nöqtədən nöqtəyə əlaqənin qurulmasında istifadə olunur. Bu tip antenaların istifadə yerlərinə misal olaraq isə geniş küçə və ya çayın fərqli tərəflərində olan binalar arasında əlaqənin yaradılması göstərilə bilər.

Qazanc - Antenanın, yayımlanan siqnalı artırma miqdarını göstərir. Antenanın qazancı vahidi dBi, yəni desibeldir. Adi xarici antenaların qazancı 3-7 dBi olur. İstiqamətləndirilmiş antenaların qazancı isə 24 dBi-yə qədər yüksəlir.

Bunlar antenanın dalğanı göndərməsi ilə əlaqəli bir neçə xüsusiyyəti idi. Antenanın dalğanı qəbul etməsi ilə əlaqəli xüsusiyyətləri də demək olar ki, yuxarıdakılar ilə eynidir.

İndi isə bəzi antena növlərinə nəzər salaq. Aşağıdakı şəkildə onların bəziləri göstərilmişdir.

Şaquli - Bu, çox yayılmış çox istiqamətli tipdə olan antena növüdür. Vertical antena bir çox istehsalçı tərəfindən satılır. Onlar qazanclarına görə fərqlənirlər. Satışda 10 dBi qədər yüksək və ya 3 dBi qədər kiçik qazanclı antenalara rast gəlmək olar. Bu növ antenaların qazancı onun həcmi və qiyməti ilə düz mütənasibdir, baxmayaraq ki, 802.11 üçün istifadə olunan antenaların həcmi xüsusi ilə kiçik olur.

Nəzərə almaq lazımdır ki, vertikal antenalar yalnız horizontal müstəvidə çox istiqamətlidirlər. Yəni onlar dalğalarını yalnız maili müstəvidə yayırlar. Buna görə də yüksək binalarla əhatə olunmuş ərazidə bu növ antenanın istifadə edilməsi məqsədəuyğun deyildir.



Dipol - Bu növ antenaların səkkizə bənzər şəkilli şüalama forması var. Dipol antenalar koridorlar kimi dar və uzun ərazilər üçün idealdır. Fiziki olaraq onların vertikal antenalardan fərqi yoxdur. Demək olar ki, vertikal antenalar şaquli olaraq qurulmuş dipol antenalardır.

Yagi - Bu növ antenalar yüksək qazanclı və tək istiqamətli antenalardır. Onlar, qismən də klassik televizor antenalarına bənzəyirlər. Yagi antenanın üzərində paralel metal elementlər yerləşdirilib. IEEE 802.11 standarı üçün istifadə edilən Yagi antenaları 12-18 dBi-lik qazanca sahib olurlar. Onların istifadə eidlmək üçün quraşdırılması parabolik antenalara nisbətən daha asandır, baxmayaraq ki, daha həssas və diqqət tələb edəndirlər.

Parabolik - Bu, çox yüksək qazanclı antena növüdür. Qazancının çox yüksək olması səbəbiylə (ticari məqsədlə 802.11 üçün istəhsal olunmuş antenalarda 24dBi-dən yüksək olur) onlar həm də çox kiçik şüa genişliyinə sahibdirlər. Bu növ antenalar əsasən binalar arasında əlaqənin yaradılması üçün istifadə olunur. Son istifadəçilər üçün isə əlverişli deyil. Satışda 20 mildən daha uzaq məsafəyə dalğa yaya bilən parabolik antenalar mövcuddur. Parabolik antenaların istifadədən əvvəl qurulması olduqca çətindir. Bu zaman böyük dəqiqlik tələb olunur. Qurulduqdan sonra isə yerindən tərpənməyəcək şəkildə bərkidilməlidir, çünkü külək və ya başqa bir səbəbdən yaranan kiçik bir yerdəyişmə antenanın işinin pozulmasına səbəb ola bilər.

Yüklə 419,21 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin