Qrammatik normalar. Dilin qrammatik quruluşunun nitq prosesində fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə axıcılıq, rəvanlıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi baxımından məqbul sayılan əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik kateqoriyaların işlənməsi və s. ilə bağlı qaydalar daxildir. Qrammatik normalara aşağıdakıları misal göstərək. Söz kökündən sonra əvvəlcə sözdüzəldici (söz yaradan), sonra isə sözdəyişdirici şəkilçi (qrammatik funksiyanı yerinə yetirən) işlənir. Məsələn; arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, xeyli adam, dörd göz otaq əvəzinə beş qələmlər, xeyli adamlar, dörd göz otaqlar demək düzgün sayılmır. Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına malik olur: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və feli xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir.
Deyilənlərdən əlavə digər kateqoriyaların, məsələn, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və sairənin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar mövcuddur.
Orfoqrafik normalar. Orfoqrafiyanın bir termin kimi mənası söz və qrammatik formaların vahid və sabit yazı qaydalarının məcmusu, toplusu deməkdir: “Orfoqrafiya – yazılı dil vahidlərinin yazılışını təmin edən qaydalar sistemidir” . Milli dilimiz üçün cəmiyyət tərəfindən qəbul edilən orfoqrafik qaydalar xalqa, milyonlara xidmət edir. Bu qaydalar dövlət tərəfindən təsdiq olunur, onun tələblərinə əməl etmək hamı üçün vacib sayılır.
Nitq dildən ünsiyyət məqsədi ilə istifadə olunması prosesidir. Bu proses çox müxtəlif məqamlarda ayrı-ayrı fərdlər arasında, kollektiv daxilində baş verən prosesdir. Ictimai həyatın saysız sferalarında, sosial qruplar və əmək kollektivləri arasındakı ünsiyyət birbaşa üslubiyyat tədqiqatlarına daxildir. Çünki üslub yalnız dildən istifadə olunduqda yaranır. Dilin və nitqin funksiyaları bir-biri ilə qarŞılıqlı münasibətdə olduğu kimi, funksional üslublar da daimi inteqrasiyada olur və bütün fəaliyyət sferalarına xidmət edir. Dildə elə sözlər vardır ki, xüsusi halda heç bir ictimai fəaliyyət sferası ilə bağlı deyildir. Bunlar neytral sözlərdir. Bu sözlər öz leksik mənasından başqa əlavə heç bir keyfiyyətə malik deyildir. Qeyd edək ki, rəsmi-əməli funksional üslubun diplomatiya yarımüslubu üçün bu tipli vahidlər daha sərfəli və işləkdir. Elmi ədəbiyyatda funksional üslubların sayının beş olduğu göstərilir.Şifahi nitq üslubları isə saysızdır.
XVIII əsrdə yaşamış fransız təbiətşünası J. Büffon 1758-ci ildə «Üsluba dair mülahizələr» kitabını yazdı. Həmin kitabda səslənən «Üslub eynilə insandır» (stule e'est ole le homme) aforizmi fərdi üslubların çoxsaylılığını bir daha təsdiqləyir.
Üslubiyyat dilin ehtiyatları, işlənməsi və ifadəlilik imkanlarını öyrənən elm sahəsidir. Üslubiyyat üç bölmədən ibarətdir:
I. Leksik-qrammatik üslubiyyat. Bu bölməni üslubi ehtiyatlar bölməsi də adalandırırlar. Dil vahidlərinin neytrallığı, üslubi çalarlıq, emosional-üslubi çalarlıq, söz və söz birləşmələri, cümlələrin variantları bu bölmədə öyrənilir. Daha doğrusu leksik qrammatik üslubiyyat dil vahidlərinin «pasportlaşması» problemini öyrənməklə məşğuldur.
II. Funksional üslubiyyat. Ədəbi dilin üslublar sistemini öyrənən bölməsidir.
III. Nitq üslubiyyatı. Nitqin predmeti və məqamına uyğun olaraq mətnin quruluŞu qanunauyğunluqlarının öyrənilməsi ilə məşğul olur.
Göründüyü kimi, dil üslubiyyat üçün baza rolunu oynayır. Lakin dil və üslub problemlərinin öyrənilməsi üçün göstərilən bölmələrin hər üçünün vəhdəti olmalıdır.
Təfəkkür tərzi ilə vəhdət təşkil edən kommunikativ ixtisaslaşma prinsipi əsas götürüldükdə müasir Azərbaycan dilində aşağıdakı funksional üslublar mövcuddur:
1.Məişət ünsiyyət üslubu; 3.Elmi üslub;
2.Bədii üslub; 4.Rəsmi-əməli üslub;
5.Publisistik üslub.
Ədəbi dilin funksional üslublarını bir birindən fərqləndirən başlıca əlamətlərdən biri də nitq üslubudur. Ümumiyyətlə, üslub anlayışı dilçilikdə nitqlə bağlıdır. «Nitq üslubu» deyərkən funksional üslubun özünəməxsus sistemi nəzərdə tutulur. Konkret tarixi Şəraitlə bağlı funksional üslubun fəaliyyət dairəsi genişlənir və «üslubi qollar» yaranmağa baŞlayır. Daha sonra isə müstəqilləşməyə doğru inkişaf edir. Bu proses funksional üslubların genişlənmsinin ilkin mərhələsidir. Ikinci mərhələdə isə funksional üslubun daxilində differensasiya başlanır. Həyatın ən müxtəlif sahələrində onlarca, hətta yüzlərcə işçi kağızdan istifadə olunur. Hansısa nazirliyi, idarə və müəssisəni bu səpkili sənədlərsiz təsəvvürə gətirməyin özü də ağlasığmazdır. Elmin və texnikanın sürətli inkişafı ilə bağlı güclü informasiya axınını da bu sıraya əlavə etsək işçi kağızların öyrənilməsinin nə dərəcədə zəruri olduğunu izah etməyə əlavə heç bir ehtiyac yoxdur.Bəzən belə təsəvvür yaranır ki, müasir kompüter texnologiyası, faks və internet sistemləri insanı «kağız yükündən» xilas etməyə qadirdir. Əslində isə bunlar yalnız müasir texniki vasitələr kimi informasiya mübadiləsinin tezləşdirilməsinə xidmət edir. Sənədlər, onların tərtibatına verilən tələblər, siyasi və hüquqi mahiyyəti dəyişməz olaraq qalır. Bir vaxtlar Frans Kafkanın «…Əzabkeş insanlığın qandalları dəftərxana kağızındandır» deməsində gizli bir həqiqət vardır.
Rəsmi-əməli funksional üslub bilavasitə dövlətlərarası münasibətlər, diplomatiya, sosial-ictimai və hüquqi, dövlətçilik və ictimai fəaliyyət sferalarında yazışmaların aparılması, müvafiq sənədlərin, məktub və işçi kağızların, qərar və layihələrin yazılması və tərtibinə xidmət edir. Təbii ki, rəsmi işgüzar danışıqların aparılması və Şifahi nitqin qurulması rəsmi-əməli funksional üslubun kanonlarından kənar deyildir. Bu təkcə istəklə bağlı deyildir, əslində zərurətdir. Digər üslublardan fərqli olaraq rəsmi-əməli üslub daha çox qapalı və sabit səciyyəlidir. Bu onunla izah olunmalıdır ki, yuxarıda sadaladığımız fəaliyyət sferalarının demək olar ki, hamısında tarixi təcrübədə sınanmış formaların və sintaktik konstruksiyaların istifadə olunmasına üstünlük verilir.
Rəsmi-əməli üslub kifayət qədər yığcam, emosional-eksspresiv leksikanın yer almadığı, konkretliyi və dəqiqliyi ilə seçilən bir üslubdur. Bu üslubda yüksək dərəcədə tərtibatçılıq mədəniyyəti tələb olunur. Ancaq bütün hallarda söhbət dildən getdiyindən qeyd olunmalıdır ki, dil vahidlərindən məqsədyönlü istifadə olunması birbaşa təfəkkür tərzi ilə bağlıdır və tərtibatçılıqla qarışdırılmamalıdır. Tərtibatçılıq hətta peşəkarlıq da sayıla bilməz. Bu olsa-olsa səriştə kimi qiymətləndirilməlidir və vərdişdən kənar deyildir. Beləliklə, rəsmi-əməli üslubda dil bilmək səviyyəsi yalnız hazır qəliblərdən, sintaktik konstruksiyalardan (Ştamplardan, kliŞelər- dən,freymlərdən) istifadə olunmasına yol açmır, əslində sənədin məzmun dolğuna xidmət edir. Rəsmi-əməli üslub müxtəlif janrlardan istifadə olunmaqla diplomatik fəaliyyət sferasında beynəlxalq müqavilələrdən və sazişlərdən tutmuş ən xırda sənədlərə qədər nə varsa orada özünü təzahür etdirir və öz hökmünü iki istiqamətdə vermiş olur.
1. Maksimum dəqiqlik. Bu tələb sənədin məzmununa daxil olan hər hansı dil iŞarəsinin, bütövlükdə isə mətnin yanlış və yaxud ikili şərh olunmasını mümkünsüz edir.
2. Dil elementlərinin standartlaşması.Rəsmi-əməli üslubda sözlərdən istifadə olunmasına əslində heç bir məhdudiyyət qoyulmur. Çünki söz fikrin istifadə vasitəsi olaraq ünsiyyətə (yazılı və Şifahi) xidmət edir. Ədəbi dilin ehtiyatları bir çox məqamlarda neytrallıq kəsb etməklə bu funksiyanı yerinə yetirir və yalnız bu prosesdə (dildən nitqdə istifadə olunduqda) üslubi çalarlıq qazanır.
Rəsmi-əməli üslub üçün səciyyəvi olan xüsusi leksika da mövcuddur. Bunlar terminoloji vahidlər kimi yüksək informativli vahidlərdir. Bu sıraya aşağıdakıları daxil etmək olar:
1. dəftərxana terminologiyası;
2. peşə terminləri;
3. arxaizmlər.
Qeyd etdiyimiz kimi funksional üslublar və eləcə də altüslüblar ayrı-ayrılıqda tədqiqat obyekti ola bilər. Ancaq rəsmi- əməli funksional üslubun diplomatiya altüslubunu öyrənmək ehtiyacı bu sahənin Azərbaycan dilçiliyində ümumiyyətlə öyrənilməməsi faktı ilə izah olunur. Işçi kağızların çoxluğu son illərdə tədqiqatçıları rəsmi-əməli funksional üslubda aşağıdakı altüslubları ayırmağa vadar edib:
1. Qanunvericilik altüslubu – qanunların və digər dövlət aktlarının dil və üslub xüsusilikləri, eləcə də tərtibi prinsiplərinin öyrənilməsi ilə məŞğuldur.
2. Təlimat və metodik göstərişlər altüslubu – burada nazirlik və baş idarələrin təlimatları, metodik tövsiyələr və s. öyrənilir.
3. Sərənçamalar altüslubu – sərəncamlar, əmr və göstəriŞlər bu altüslubun əsas tədqiqat obyektidir.
4. Statistika altüslubu – statistik məlumatların hazırlanması ilə bağlı problemlər öyrənilir.
5. Texniki məlumat altüsubu – elmin və texnikanın müxtə- lif sahələri ilə bağlı məlumatların çeŞidlənməsi, informasiya banklarının hazırlanması problemləri bu altüslubda öyrənilir.
6. Diplomatiya altüslubu – dövlətlərarası münasibətlər və diplomatiya sahəsindəki yazışmalara daxil olan sənədlərin dil və üslub xüsusilikləri, tərtibi prinsipləri öyrənilir.