Nitqinyığcamlığı. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu göstərirlər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamağa, onları yormamağa çalışmışlar. Klassiklərimiz nitqin yığcamlığına yüksək səviyyədə yanaşmışlar. Hələ vaxtilə böyük Nizami yazırdı: Sözün çoxsa əgər çalış az olsun,Yüzsözünyerindəbirkəlməqalsın. Nitq həm də dəqiq olmalıdır. Bu, nitqdə yığcamlığı yaradır.
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Qədim Yunanıstanda nitqin yığcamlığına xüsusi əhəmiyyət verilirdi. Plutarx nitqin gücündən danışarkən demişdir: “Nitqin gücü az sözlə çox şey söyləmək bacarığıdır”. Spartada yeniyetmələrə bir neçə sözlə çox şeyi ifadə etmək, cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki, buna “lakonik nitq” deyilirdi. Dövrün əfsanəvi qanunvericisi sayılan Likurq söz sikkəsini pul sikkəsindən üstün tuturdu. Likurqa görə uşaqlar uzun müddət dinməz dayanmağı öyrənsələr, dərin mənalı cavab verməyə alışarlar.
Nitqin təmizliyi.Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır. Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:
Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yolverilməməlidir
Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir tərəfindən başa düşülsün, ikincisi də, həmin sözün qarşılığı dildə olmasın.
Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır
Jarqon sözlərin və ifadələrinişlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır.
Mədənidanışıqdabaşqasınıtəhqiretmək,heysiyyətinətoxunmaqməqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə,ifadələrə(anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donqullanmaq, burcutmaq, qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, qanmaz, gəbərtmək, qırıldamaq, burnunu söxmaq, kəllən haqqı, çərənləmək, başı girməyən yerə bədənini soxmaq, hırıllamaq, hürkmək, xoruzlaşmaq və s.) yer verilməməlidir.