Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə28/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   24   25   26   27   28   29   30   31   ...   54
Ailədə, dostlar, qohumlar arasında keçirilən yubiley və ad günlərində səbəbkar haqqında ürək sözləri deyilir, onun mənəvi və iş keyfiyyətləri qeyd edilir, ailədə mövqeyi və qayğıları xatırlanır. Bu çür təbrik və çıxışlar daha səmimi olur, yada salınan hadisə və faktlar, səbəbkarın xarakter cizgiləri incə yumorla, obrazlı ifadələrlə emisional tərzdə səsləndirilir.

Məişət nitqinin geniş yayılmış forması toy mərasimlərində tamada-masabəylərin nitqidir. Masabəyi bəzən toy məclisinin marağına uyğun qısa əhvalatlar söyləyir, gəlin, bəy və onların yaxınları, ümumiyyətlə ata, ana, qadın, məhəbbətlə bağlı şeirləri, söhbətləri özünəməxsus danışıqla musiqinin sədaları altında xüsusi ahənglə ucadan səsləndirir. Adətən müxtəlif peşə sahibi olub tamada kimi fəaliyyət göstərən bu adamların nitqini məclis əhli dinləyir, ondan məmnun olurlar. Lakin həmişə belə olmur. Toy natiqlərinin bir qismi lazım olan müvafiq söz və ifadələri işlətməkdə çətinlik çəkirlər. Onlar bəzən şablon ifadələr işlədir, dəfələrlə deyilmiş və təkrar işlənmiş şeirlərə çox yer verir, dinləyənləri yorur.

Məişət nitqinin digər bir forması hüzn mərasimində söylənən vida nitqidir. Belə nitqlər həcm ehtibarı ilə yığcam və qısa olur. Nitqin bu növü də qədimdir. Vətən, xalq, dövlət qarşısında öz borcunu ləyaqətlə yerinə yetirib həlak olanların, görkəmli şəxslərin dəfn mərasimində məşhur natiqlər, söz ustaları nitq söyləmiş, mərhumun məziyyətlərindən danışmış, onu yüksək dəyərləndirmişlər. Son illərdə erməni işğalçılarına qarşı vuruşub həlak olmuş şəhidlərin dəfn mərasimlərində vida nitqləri söylənmiş, onların vətən qarşısında xidmətləri dəyərləndirilmişdir.

Dəfn mərasimlərində el ağsaqqallarının, ziyalıların və başqalarının qəbir üstündə söylədikləri nitqlər mərhumun fəaliyyətinə, işlərinə həsr olunur. Belə nitqlər həcmcə qısa və yığcam olur. Mənşət nitqinin bu formasında monoton ifadə tərzi insanları düşündürən həyat və ölüm məsələlərinə, təsəlliverici sözlər və çümlələrlə hüzünlü, qəmli, təsirli şəkildə dinləyicilərə çatdırılır.

Yas mərasimlərində ictimaiyyətin bütün təbəqələrindən olan insanlar iştirak edirlər. Belə məclisləri aparanlar (adətən bunlar daha çox din xadimləri olurlar) söhbət açdıqları mövzular, ifadə tərzi, şərh üsulu ilə insanları cəlb etməyi bacarmalıdır. Mənalı, həyati məsələlərlə bağlı tərbiyəvi söhbətlərə, əxlaqi-dini dəyərlərə söykənən əhvalatlara yer verməli, məclisin ümumi marağını nəzərə almalıdır.

Məişət nitqinin geniş yayılmış formalarından biri toy mərasimləridə tamada-masabəylərinin nitqidir. Masabəyi bəzən toy məclisinin marağına uyğun əhvalatlar söyləyior, bəy və onların yaxınları, ümumiyyətlə ataa. ana, qadın, məhəbbətlə bağlı şeirləri, söhbətləri musiqinin sədaları altında ahənglə ucadan səsləndirir. Toy məclisi əhli tamadanın nitqini dinləyir. demək olar ki, məmnun qalır. Lakin həmişə belə olmur. Toy natiqlərinin bir qismi bəzən yaxşı danışmaqda çətinlik çəkirlər. Bəzən onlar şablon ifadələr işlədir, dəfələrlə deyilmiş təkrar işlədilən şeirlərə çox yer verirlər. Bunlar da dinləyiciləri yorur.

Məişət nitqinin bir forması da hüzn mərasimlərində söylənən vida nitqləridir. Belə nitqlər qısa və yığcam olur. Vətən, xalq yolunda öz börclarını yerinə yetirib həlak olanların, görkəmli şəxslərin dəfn mərasimlərində natiqlər, söz ustaları mərhumun keyfiyyətlərində danışıb onları yüksək dəyərləndirmişlər.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin