3.CÜMLƏLƏRİN DÜZGÜN QURULMASI,
NİTQİN ZƏNGİNLİYİ, SADƏLİYİ
Nümunəvi nitqin mühüm şərtlərindən biri də cümlələrin düzgün qurulmasıdır. Bu cəhətdən natiqin nitqi başqalarından fərqlənməlidir. O, dinləyicilərlə ünsiyyətin bütün formalarında fikrini dolğun, aydın və təsirli cümlələrlə ifadə etməyi bacarmalıdır.
Zərurət varsa, natiqin nitqi bədii təsir vasitələri: sinonimlər, söz birləşmələri, atalar sösü, məsəllər, aforizmilər və s. ilə zəngin olmalıdır. Danışan bu vasitələrlə ən incə mətləbləri dinləyicilərinə çatdıra bilməlidir. Natiq öz cümlələrində şey, zad və s. kimi artıq sözlər ilətməkdən çəkinməlidir. Deməli, haradasa, mənə belə gəlir, elə bil ki, təbii ki, göründüyü kimi söz və ifadələri təkrar-təkrar işlətdikdə nitq ağırlaşır, dinləyicinin fikirləri məzmundan yayınır. Yaxud lazım olmayan digər söz və ifadələrin işlənməsi məzmuna, nitqə quruluq gətirir, onu canlı səslənməkdən məhrum edir.
Şifahi və yazılı nitqin qüsurlarından biri də cümlələrin məntiqi baxımdan düzgün qurulmamasıdır. Məsələn: “Bu məqalə oxucu kütləsi üçün nəzərdə tutulmuşdur; Ölkəmizdə daha çox Gürcüstan vətəndaşları olan azərbaycanlılar məskunlaşmışdır: Əli Sultanlının əsərləri 50-ci illərdən sonra çap olunmasa da, tələbələr ondan geniş istifadə edirlər və s. kimi çümlələrdə qüsurlar var. Bəzən radio və televiziyanın dilindən alınmış belə qüsurlu çümlələrə bəzi natiq və mühazirəçilərin, müəllimlərin nitqində də təsadüf olunur. Natiq nitqinin düzgün qurulması ilə yanaşı, məntiqi, qrammatik cəhətdən düzgün cümlə qurmaq baçarığı ilə də dinləyicilərə nümunə olmalıdır. Nitqdə ədəbi tələffüz qaydaları, normal diksiya, fasilə, ton, məntiqi vurğu və s. yerində olmalıdır.
Cümlə qurmaqla bağlı qüsurlardan biri də nitqdə, xüsusən məruzə və çıxışlarda həcm etibarı ilə geniş cümlələrin işlədilməsidir. Belə çümlələr bəzən normal görünsə də, nitqin məzmununun dinləyiciyə tez çatmasına mane olur. Məlumdur ki, danışan öz fikirlərini təkcə sadə və ya mürəkkəb cümlələrlə ifadə edə bilməz. Fikrin hansı cümlə növü ilə ifadə olunması onun məzmunundan asılıdır. Mürəkkəb çümlələrdən də istifadə etdikdə hər söz və ifadə yerli-yerində olmalı, nitq üçün gərək olmayan söz və ifadələrə, işarələrə yol verilməməlidir. Bunlar çümlənin məntiqi, canlı və təbii səslənməsini təmin etməlidir.
Dostları ilə paylaş: |