Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə9/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   5   6   7   8   9   10   11   12   ...   54
4. NİTQİN ORİJİNALLIĞI, MÜNASİBLİYİ

VƏ RABİTƏLİLİYİ
Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi aşağıdakı amillərlə daha çox bağlı olur:

1.Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü.

2.Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü.

3.Bir qədər ucadan, aramla danışmaq və oxumaq.

4.Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam etdirmək.

5.Danışıq və xüsusən oxu prosesində informasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək.

6.Danışanın səciyyəvi söz, ifadə, sitat, frazeoloji ifadələr, aforizmilər, atalar sözü, zərb-məsəllər və s. ilətməsi, nitqin xüsusi tərzdə qurulması.

İçtimai yerdə çıxış edən dinləyicilərə asan, ifadəli, həm də maraqlı bir şəkildə çatdıra bilmək üçün daha münasib, işlədilməmiş və ya az işlədilmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışır. Bu orijinallıq nitqin qurulmasında saha çox nəzərə çarpır. Nitqdə müəyyən bir ənənəvi forma vardır ki, natiqlər öz çıxışlarını ona uyğun qururlar: məsələnin vacibliyi və aktuallığı izah olunur, sonra mövzunun əsas məzmunu dinləyicilərə çatdırılır, daha sonra isə deyilənlərə yekun vurulur, bəzən ümumi nəticələr çıxarılır. Bəzən nitqə başlamazdan əvvəl natiqlər girişdə vasitə və priyomlardan istifadə edir. Belə ki, nitqə başlarkən ritorik suallar qoymaq, mövzu ilə bağlı diqqəti cəlb edən qısa lətifə, qəribə bir məzhəkə və s. istifadə etməklə mətləbə keçirlər.

Təkcə nitqin başlanğıcı deyil, məzmunun şərhi, söhbətin yekunlaşdırılması, nəticə və tövsiyyələrin verilməsi zamanı da natiqlər özünəməxsus orijinal üslublar işlədirlər.

Lakin nitqin ənənəvi formalarından uzaqlaşıb orijinallıq xatirinə novatorluğa meyl etmək heç də bütün hallarda lazımı effekt verə bilmir. Bu, natiqlik sənətində geniş təcrübəsi olan mühazirəçilər – müəllimlər üçün xarakterikdirsə, natiqlik sənətinə hələlik yiyələnməmiş adamlar, xüsusən gənc məruzəçilər, müəllimlər üçün məsləhət deyildir.

Məruzəci bilməlidir ki, nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bədii təsvir vasitələrindən (bura daxildir: məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, epitet, metafora, mübaliğə və s. müxtəlif üslubi vasitələr-sözlərin təkrarı, ritorik natiqanə suallar və s.) yerində, həm də uyğun bir şəkildə istifadə nitqi təsirli, obrazlı etməklə bərabər, ona orijinallıq da gətirir. Öz çıxışının orijinallığına nail olmaq istəyən natiq həm də mütaliyə etməyə üstünlük verməlidir. Filosof, şair və yazıçıların, ədəbiyyatşünas və dilşünas alimlərin əsərlərini müntəzəm oxumalı və onlardan bəhrələnməlidir. Dünya şöhrərtli yazıçı Volterin təbirincə desək, insanlar yaxşı yazıçıların əsərlərini mütaliə etdikcə yaxşı danışmağa vərdiş edirlər.

Yuxarıda deyilənlərlə yanaşı, nəzərə almaq lazımdır ki, nitqin orijinallığına xələl gətirən amillər də var. Bunlardan biri mühazirəçinin (müəllimin) hazır, şablon ifadələr işlətməsidir. Məsələn, daxili imkanlardan istifadə, problemi aradan qaldırmaq, sözü gedən rəhbər işçilər, məsələni dəstəkləmək, işləmə mexanizmi, məişət problemləri, dünya standartlarına uyğun və s. tipli ifadələri işlətməkdən natiq mümkün qədər çəkinməlidir. Bunun əvəzinə daha uyarlı ifadələrdən istifadə etməklə nitqini aktuallaşdırmalıdır.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin