Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə10/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   6   7   8   9   10   11   12   13   ...   54
Nitqin münasibliyi. İnsanlar arasındakı dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq şəraitə uyğun formada qurulmalıdır. Ümumiyyətlə, “uyğunluq nitqin ünsiyyət məqsədinə və şəraitinə cavab verilməsini təmin edən dil vahidlərinin seçilməsidir. Uyğun nitq məlumatın mövzusuna, onun məntiqi və emosional məzmununa, dinləyicilərin tərkibinə, informasiyanın tərbiyəvi estetik məqsədlərinə münasibliyidir”.

Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Danışıq neçə şəxs arasındadır? Natiq yığıncaqdamı, auditoriyadamı nitq söyləyir, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış edir? Danışan kimdir? Kimə müraciət olunur? Dinləyən kimdir? Uşaqdırmı?, ağsaqqaldırmı?, tələbədirmi?, alimdirmi? və s.

Natiqlik təcrübəsində nitqin şəraiti, münasibliyi həmişə nəzərə alınmalıdır. Televiziya verilişlərində çıxış edənlər bəzən vaxtın azlığından şikayətlənir və təəssüflənirlər ki, fikirlərini axıradək deyə bilmədilər. Burada günah natiqin özündədir. O, ayrılmış vatdan asılı olaraq nitqini yığcam, aydın qurub tamaşaçılara catdırmaq bacarığına malik deyil.

Nitq şəraitini müəyyənləşdirib ona uyğun şəraitdə mühazirə oxumaq və digər işləri vaxtında yerinə yetirmək hamıdan çox müəllimin özünə lazımdır. Bəzən ali, orta məktəb həyatında şagird və tələbələrin məşğələlərdə passivliyindən, ehtinasızlığından şikayətlənirlər. Belə neqativ hallar auditoriyanın bilik səviyyəsini, tələbələrin marağını bilməyən, öz üzərində işləməyən müəllimlərin dərs məşğələləri və ali məktəb auditoriyalarında az da olsa müşahidə olunur. Əlbəttə, müəllim və mühazirəcilər belə hallara qarşı qabaqçıl təcrübədən istifadə edib çıxış yolları tapmalıdırlar.

Köhnə, saralmış konspektlərdəki məlumatlar auditoriyanı təmin edə bilmir. İnformasiya vulkanının püskürdüyü indiki zamanda müəllimin nəzəri və praktik hazırlığı elə bir səviyyədə olmalıdır ki, tələbələrin marağını, diqqətini cəlb edə bilsin. Bu baxımdan alimin, müəllimin, mühəndisin, həkimin, yazıçının, siyasi xadimin və başqalarının auditoriyada söylədikləri nitq bir-birindən fərqli olmalıdır.

Qeyd edək ki, alimin danışığında ifadəlilik həddən artıq az olur, fikir daha çox mürəkkəb çümlələrlə, tərkiblərlə ifadə edilir. Müəllimin nitqi auditoriyanın səviyyəsinə uyğun qurulur. Aydınlıq, yığcamlıq, dəqiqlik və s. müəllimin danışığının əsas keyfiyyətləridir. Mitinqlərdə kütlə qarşısında çıxış edən natiqin danışıq tərzi, xüsusən sintaksisi digərlərindən fəqlənir. Belə natiqlərin cümlələri, əsasən, qısa olur, o danışığında şüarlara, sual və nida cümlələrinə daha çox yer verir.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin