Necə zəlalətə düşdüm. (Ticaninin "Necə hidayət oldum"kitabına təkzib) Ön söz



Yüklə 259,36 Kb.
səhifə2/5
tarix22.10.2017
ölçüsü259,36 Kb.
#9478
1   2   3   4   5

(Quran, Sad, 24)
9. "Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?"
(Quran, Tövbə, 43)
10. "(Allah) buyurdu: "Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)".
(Quran, Hud, 46)
Gazi İyaz demişdir: Zahiri əməllərə gəlincə pis, fahiş əməllərdən həlakedici günahlardan peyğəmbərlərin məsum olmasında müsəlmanlar həmfikirdirlər (icma). Həmçinin peyğəmbərlər risaləni gizli saxlamaqdan, Allahın dinini çatdırmaqda qüsurlu olmaqdan məsumdurlar.
Xırda günahlara gəldikdə isə bir qrup keçmiş alimlər və başqaları bunları peyğəmbərlərdən baş verməsini mümkün sayırlar. Tədqiqatçılar və filosofların bir qrupu isə peyğəmbərlərin böyük günahları kimi, xırda günahlardan da məsum olması fikrini deyirlər.
Bəzi alimlərimiz deyirlər: Bu iki müxtəlif rəydə olanların birisi əslində peyğəmbərlərin kiçik günahları daimi və ya çoxlu sayda etmək məsələsində ixtilaf etmirlər (yəni peyğəmbərlər bundan uzaqdırlar). Deməli ümumilikdə bu məsələdə icma vardır.

10. Ticani deyir(səh. 45):"Munim məndən soruşdu:"(innəlahə va mələikətəhu) ayəsinin təfsirini oxumusanmı? Şiə və sünnə təfsirçiləri bu ayə-peyğəmbərin yanına gəlib, ya Allah elçisi, sənə salam verməyi səndən öyrəndik, necə salavat verməyi isə bilmirik-deyən səhabələr barəsində nazil olmuşdur. O (səlləlləhu əleyhi və səlləm) dedi:" Deyin:-Allahumma salli alə Muhəmməd və əli Muhəmməd kəmə salleytə alə İbrahimə va alə İbrahim, fil aləminə innəkə həmidun məcid-. Ancaq yarımçıq salavat deməyin! Səhabələr soruşdular:- Yarımçıq salavat nədir ya Peyğəmbər? O da cavab verdi:- Allahummə salli alə Muhəmməd deyib, sonra susmaq. Həqiqətən Allah Kamildir. Yalnız kamil olanı qəbul edir."
Cavab: "Utanmaz nə istəsə onu da edər"(Əl-Buxari, "Səhih", 3483). Allah elçisi nə doğru demişdir. Allahu Əkbər (kəburat kəlimətən)
Peyğəmbərin adından rəvayət olunan uydurulmuş yalançı hədisdə əhli-sünnə təfsirçiləri həmrəy olublar?! Lap təəccüblüsü də budur ki, Ticani kitabın haşiyəsində İbn Əsirin təfsirinə isnad edir. Biz bu təfsiri heç eşitməmişik. İbn Əsir haqqında yazan elm əhli də onun təfsir kitabı olduğunu deməmişlər. Necə də Ticani belə yalan danışmağı bacarır? Mən təfsir kitablarına da müraciət etdim. Bu hədisi onun dediyi şəkildə qeyd edən bir kimsəyə rast gəlmədim. Bu hədisin "innəkə həmidun məcid" kəlməsinə qədər yeri düzdür. Amma "yarımçıq salavat" isə Ticaninin yalanlarındandır. Müraciət etdiyim təfsirçilərdən heç kim qeyd etməyibdir. Bu təfsirçilər: ət-Təbəri, İbn Kəsir, ibn əl-Ərəbi, Kurtubi, ən-Nəsəfi, əş-Sövkani, ibn əl-Cüuzi, ibn Teymiyyə, ibn Ətiyyə, ən-Nəsəi, əs-Suyuti və b.
"Sünnə və şiə təfsirçiləri həmrəydilər"-kəlməsini deməyi necə özünə rəva görür? Səxavi demişdir: Peyğəmbərin adından rəvayət olunub, sənədinə rast gəlmədiyim rəvayətlərdən də biri "Mənə yarımçıq salavat çevirməyin" hədisidir. (Səxavi sözünə davam edərək deyir): Bunu yalnız Əbu Sad Şərəf əl Mustafa kitabında qeyd etsə də, bu hədisin sənədi yoxdur. Bu yalançı da "təfsirçilər ittifaq etmişlər" deyir. Görəsən, bundan da böyük yalan olarmı?!
Əgər biri desə ki, axı bu Ticaninin yox, Munimin kəlamıdır, ona cavab verərik ki, Ticani onunla razılaşır, hətta bunu kitabında dəlil tutaraq, nəql edir.
11. Ticani deyir(səh.54):"Biz dörd məzhəbdən başqasını tanımırıq. Bunlardan savayı mövcud olan məzhəblər İslama aid deyildir".
Cavab: Belə sözü yalançı və cahildən başqası deməz. Bu ikisinin də şirini belə acıdır. Müsəlman alimərindən heç biri "İslamda dörd məzhəbdən başqası yoxdur" deməmişdir. Bu məsələ belə izah olunur ki, bu dörd alimin rəylərini yayan ardıcılları olumuşdur, məhz buna görə də onların rəyləri daha çox yayılmışdır. Amma onlar (bu dörd alim) heç zaman insanlara rəylərinə əməl etməyi vacib buyurmayıb, ya da haqqın yalnız onlarda olmasını iddia etməyiblər. Əksinə, insanları haqqa tabe olmağa çağıraraq, elmsiz, kor-koranə təqlid olunmalarına qarşı olmuşlar.
İmam Əbu Hənifə demişdir: Bizim haradan götürdüyümüzü bilmədən heç kəsə fətvamızı götürmək halal deyildir.
İmam Şafii demişdir: Əgər hədis səhihdirsə, mənim məzhəbim odur.
Bu mənada sözlər imam Malikdən və Əhməddən də rəvayət olunmuşdur.
İslam tarixində başqa məzhəblər də olmuşdur. Sauri, Auzai, Əbu Saur, zhiriyyə və bir çox başqa məzhəblər buna misal ola bilər.
Biz Ticanidən soruşuruq: Bu məzhəblər mövcud olmamışdan öncə Əbu Bəkrin, Ömərin, Osmanın, Əlinin və başqa səhabələrin məzhəbi nə idi?
Ticaninin dediyi bu boş, dəyərsiz kəlamı yalnız onun kimi əhli-sünnədən olan cahillər və ya rafizi olduqdan sonra onun kimi yalançılığı öyrənənlər deyirlər.
12. Ticani deyir(səh.54):"Qardaşım Munim dedi: Əbu Hənifə imam Cəfəri Sadiqdən dərs almışdır. Əbu Hənifə özü barədə deyir: O iki il (Cəfərdən dərs aldığı illər) olmasaydı, Numan (özünün nəzərdə tutur) həlak olardı. Malik də elmini Əbu Hənifədən götürüb..."
Cavab: Bu bitib-tükənmək bilməyən rafizi yalanlarından biridir. Nə Əbu Hənifə Cəfərin tələbəsi, nə də Malik Əbu Hənifənin tələbəsi olmuşdur. Ticani bu kəlamı da rafizi kitablarından götürmüşdür. Əl-Əntəki (rafizi alimi) də məhz bu ibarəni demişdir. ("Liməzə ixtərtu məzhəbəs-şiə", səh.2)
Doğru olanı budur ki, Əbu Hənifə Həmməd bin Əbu Suleymandan dərs almışdır. Onun Cəfərdən dərs alması isə sübut olunmayıbdır. Əksinə, onlar həmyaşıddırlar, hicri tarixlə 80-ci ildə anadan olmuşlar. Əbu Hənifə Cəfərdən ən çoxu bir və ya iki hədis rəvayət edibdir. Onun "Malik Əbu Hənifədən dərs alıbdır", Əntakinin isə "o, (yəni Malik) Cəfərin elmini Əbu Hənifədən aldı" kəlamlarına gəlincə isə deyirəm ki, Cəfər bin Məhəmməd Malikə görə o qədər də inanılmış (siqa) sayılmırdı. Əksinə ondan heç rəvayət də etməyibdir. Bu dediklərimiz təkzib, garh və tədil, mizan kimi "rical"(yəni hədislərin sənədlərində olan rəvayətçiləri araşdırma kitabları) kitablarında qeyd olunmuş Cəfər Sadiqin tərcümeyi halında qeyd olunmuşdur.
13. Ticani deyir:"Munim dedi:Bilirsənmi ki, müxtəlif məzhəbli İslam firqələri Qurani Kərimdə mütəfəkkirdirlər?"
Cavab: İslam(əqidəsi) üzrə olan firqələr nəzərdə tutulursa, doğrudur. Amma İslama mənsub olub, İslamdan uzaq firqələr nəzərdə tutulursa, onlar bizimlər (Quranda) müttəfiq deyillər. Munim Ticani və onun kimilərinin mənsub olduqları Quranın (təhrifdən) qorunduğunu etiqad etmirlər. Ticaninin iddia etdiyinin tam əksinə olaraq, Quranın təhrif olunmasında öz (rafizi) alimlərinin müttəfiq olduğunu (yəni icma olduğunu) deyən rafizi alimlərinə rast gəlirik. Bu uzun bir mövzudur, bu məsələni araşdırmağın yeri deyildir. Ancaq Quranın təhrif olunduğu barədə bəzi rafizi alimlərinin dediklərindən sitat gətirirəm:
1. Əbul Hasan əl Fattuni demişdir: Bil ki, inkar olunmaz həqiqətdir ki, mütəvatir və digər xəbərlərə əsasən, həqiqətən Quranda peyğəmbər(səlləlləhu əleyhi və səlləm) vafatından sonra dəyişikliklər baş verdiyini deyirik. Quranı topladıqdan sonra bir çox ayələri və surələri yox etmişlər. Demək olar ki, bu əqidə bizim (rafizi məzhəbini nəzərdə tutur) məzhəbin (etiqadın) zərurətlərindəndir.("Miratul-Ənvər, səh.36)
2. Adnan əl-Bəhrani demişdir: (Quranın) təhrif edilmiş və dəyişdirilmiş olması hamı tərəfindən (rafiziləri nəzərdə tutur) razılaşdırılmış məsələlərdəndir. Məzhəbin zəruriyyətlərindən (vacibatlarından) olduğuna görə bu (məsəkədə) "haqlı firqə"(rafiziləri nəzərdə tutur) həmfikirdirlər.("Məşariqə-l-şumus əd-duriyyə", səh. 126)
3. Əli əl-Kufi Əbul-Qasım demişdir: Nəql və hədis əhlinin xüsusi və ümumi əhli həmfikirdirlər ki, insanların əllərində olan bu Quran Qurani Kərimin hamısı deyildir.("Faslu-l-xitab", səh.27)
4. Əl Mufid demişdir: Peyğəmbərin ailəsindən, hidayət imamlarından gələn mütəvatir xəbərlərdə bəzi zalımların törətdiyi hazf(yox etmə) və dəyişdirmə səbəbiylə Quranda ixtilafın olması qeyd olunmuşdur.("Əvail əl-Məqəlat")
Bütün bunlardan sonra Ticani və Munim görəsən hələ də İslam firqələrinin Quranda müttəfiq olduqlarını deyirlərmi? Bunu ancaq rafiziləri bu siyahıdan çıxartdıqdan sonra deyə bilərlər!
14. Ticani deyir(səh.57): Əl Xoi demişdir:İstər şiə, istərsə də sünnilər, hamısı qardaşdırlar. Onlar bir tək, şəriki olmayan Rəbbə ibadət edirlər. Quran, peyğəmbəri, qibləsi birdir. Yalnız fiqhi məslələrdə ixtilaf edirlər.
Cavab: Nimatullah əl-Caziri demişdir: Biz əhli-sünnə ilə nə Allahda, nə peyğəmbərdə, nə də ki, imamda birik. Xəlifəsi Əbu Bəkr olan peyğəmbərin Rəbbi nə bizim Rəbbimiz, nə də peyğəmbəri peyğəmbərimizdir.("Əl-Ənvar ən- Numaniyyə")Əl-Kəşəni demişdir: Onlardan birinin(on iki imamı nəzərdə tutur) imamətini inkar edən bütün peyğəmbərlərin (onlara Allahın salamı olsun!) peyğəmbərliyini inkar etmiş kimidir.
Əl Məqməti demişdir: Xəbərdən(hədislərdən) belə nəticə çıxır ki, isna aşari(on iki imamçı) olmayan hər bir kəs axirətdə kafir və müşrik hökmündədir.("Təngih əl-Macal", cild 1, səh207)
Ticani elə ozü də Londondakı mühazirəsində (kasseti indi də qalmaqdadır) deyir ki, peyğəmbərdən sonra xəlifənin ƏbuBəkr olmasını istəyən Rəbb bizim Rəbbimiz deyildir!
İndi(siz deyin) kimə inanaq?
Bu barədə daha çox məlumat almaq istəyən Abdullah əl-Musilinin(Allah ona rəhmət etsin!) "Şiə həqiqəti" kitabına müraciət etsin.
15. Ticani deyir(səh.66): Ondan (Baqir əs-Sadrı nəzərdə tutur) səcdə etdikləri torpaq(möhür) haqda soruşdum. O, cavab verərək dedi:"Hər şeydən əvvəl bilmək lazımdır ki, biz torpağa yox, torpağın üzərinə səcdə edirik. Bizə görə, eləcə də əhli-sünnəyə görə ən əfzəl səcdə torpaq və ya onda bitən, yeyilməyən şeylər üzərinə edilən səcdədir".
Cavab: Bu əhli-sünnə adından deyilən yalandır. İbn Gudamə demişdir: Bu əzaların (səcdə əzaları) nəyinsə üzərində olması vacib deyildir. ("Al-Muqni, cild 1, səh.207)
Əl Qazi demişdir: Əgər əmmamisinin və ya paltarlarının qolu üzərinə səcdə edərsə,-bütün (bu barədəki) rəvayətlərə görə- namazı düzgündür. Bu ƏbuHənifənin və Malikin də rəyidir. Biz əhli-sünnə rafizilərin bu türbəni(möhürü) uca tutmaqlarına qarşıyıq. Hətta onlar bu barədə əhli-beyt və imamların adından yalan rəvayətlər də nəql edirlər. Əhli-sünnəyə və rafizilərə görə Allah elçisinin(səlləlləhu əleyhi və səlləm) Əlidən, Həsəndən və Hüseyndən(r.a.) üstün olmasına baxmayaraq, bununla belə rafizilər Hüseynin türbəsini onların türbəsindən üstün tuturlar.
Nə olaydı, türbə məsələsi, əs-Sadrın dediyi kimi üzərinə səcdə etməklə bitəydi. Halbuki, möhür müqəddəsləşdirməyə qədər gəlib çatıbdır.
Müsa əl-Musavi demişdir: Türbə (möhür) üzərinə səcdə edənlərin bir çoxu onu öpür, (əl-üzünə sürtməklə) ondan bərəkət istəyirlər. Hətta şəfa məqsədilə Kərbəla türbəsindən yeyənlər də olur. Heç bilmirəm ki, bu bidət şiə təriqətinə nə vaxt daxil olmuşdur. Nə Rəsuli-əkrəm(səlləlləhu əleyhi və səlləm), nə Əli(r.a.), nə də onlardan sonra gələn imamlar Kərbəla türbəsinə heç zaman səcdə etməyiblər.("Əş-şiə va ət-təşih", səh.105)
Bu bir şiə alimindən onların halına verdiyi şəhadətdir. Uca Allahın:"Əgər Allah sənə bir zərər yetirərsə, (sıxıntı versə), səni Ondan (Allahdan) başqa heç kəs qurtara bilməz"(Quran, Yunis, 107), "yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var?" (Quran, Nəml, 62), "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir."(Quran, Şüəra, 80), bu kəlamına zidd olaraq, Hüseyn türbəsinin bütün növ dərdlərə dərman və şəfa olduğunu etiqad etməklə, daşların zərər və fayda verdiyini etiqad edən müşriklərə bənzəmiş olurlar.
Onların türbə barədəki rəvayətlərindən:
1. Cəfər Sadiqə nisbət edirlər ki, (guya) o demişdir: Hüseynin qəbrinin palçığı bütün dərdlərə dərmandır. Onu yeyərkən, belə deyirsən:"bismilləh və billəh allahummə icəlhu rizqan vasian va limən nəfian va şifaən min kulli dain"("Biharul-ənvar", c.98, səh. 129)
2. Məhəmməd Baqirə nisbət edirlər ki, (guya) o demişdir: Hüseynin türbəsi hər dərdin şəfasıdır, hər qorxudan əmin-amanlıqdır. Nə niyyət tutub ondan götürsələr, ona da çarə olar. ("Biharul-ənvar", c.98, səh. 131)
Belə rəvayətlər çoxdur, əl-Məclisi "Biharul-ənvar" kitabında buna ayrıca fəsil ayırmışdlr. "("Biharul-ənvar", c.98, səh. 118)

16. Ticani deyir(səh.68): Baqir əs-Sadr demişdir: Müsəlmanlar övliyalara və imamlara dua edirlər(çağırırlar) ki, Allaha edilən duada onlar vasitə olsunlar. Bu şirk deyildir. Bu məsələdə şiələr və əhli-sünnə də Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) vaxtından indiyə qədər müttəfiqdirlər. Buna qarşı olanlar yalnız vəhhabilər, səudiyyə alimləridir. Onlar icmaya qarşı çıxaraq, bu fikirdə onlanları kafir sayır, qanlarını halal görürlər.
Cavab: İbn Teymiyyə demişdir: Peyğəmbərləri və saleh insanları öldükdən sonra qəbirlərinin yanında duraraq və yaxud başqa yerdə (qeybdən) çağıranlar Allahdan başqasını, ulduzları, mələkləri çağıran müşriklər timsalındadır.
Uca Allah buyurur:
"Heç kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara "Allahı buraxıb mənə qul olun!" desin. Əksinə, o öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!"deyər. O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan, özünüzü Allaha təslim etdikdən sonra kafir olmağı heç əmr edərmi?!"
(Quran, Ali İmran, 79-80)
"De: "(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!"
Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur! "

(Quran, İsra, 56-57)
"Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!"
(Quran, əz-Zumər, 3)
"(Ya Peyğəmbər! Müşriklərə) de: "Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın". Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!
Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz"

(Quran, Səba, 22-23)
"Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!""
(Quran, Yunus, 18)
Mən soruşuram: Onların etdikləri bu əməllə, müşriklərin etdikləri arasında nə fərq var? Allahdan başqasını, mələyi, Peyğəmbəri və s. çağırmaqla bu əməlin şirk olduğunu göstərən belə ayələr Quranda çoxdur. Ancaq onlar (peyğəmbərlər, övliyalar) həyatda sağ ikən onlarla təvəssül etmək olar. Bundan başqa hər hansı bir əməl öncəki əməli-salehlərdən, yəni səhabələrdən, tabiinlərdən, onların ardınca gedənlərdən nəql olunmayıbdır. Beləliklə, (siz deyin, əziz oxucular) Ticani və əs-Sadrın "bunu ancaq vəhhabilər deyirlər" iddiası düzdür, yoxsa batil və yalandır?
17. Ticani deyir(səh.68): Əs-Sadr demişdir: Onlar Allahın evinə gələn hacıları "sənə salam olsun ey Allahın elçisi" dediklərinə görə vururlar.
Cavab: Bu yalandır. Biz hamımız əhli-sünnə olaraq, "sənə Allahın salamı olsun, ey Allan elçisi!" deyirik. Amma buna görə heç kəs bizi vurmayıbdır. Bu kəlməni deyən heç bir rafizini də vurmazlar. Bunu özləri də bilirlər. Belə olan halda yalan nəyə lazımdır?
18. Ticani deyir(səh.68): Şiə alimlərindən olan Şərəfuddin Abduləziz Əli-Səudun zamanında, Həcc ziyarətində olarkən, hər il keçirilən bayram təbriki mərasimlərində saraya dəvət olunanlar arasında o da var idi. Növbə ona çatarkən, o kralla görüşdü və ona üz qabığı dəridən olan Quran bağışladı. Bu halda Şərəfüddin dedi:Ya kral, bu çəpiş dərisindən olan dərini öpüb niyə təzim edirsən? Kral cavab verdi: Mən o dərini yox, içindəki Quranı qəsd etdim. Şərəfuddin dedi: Əhsən ey kral! Biz də eynilə peyğəmbərin qəbri ətrafındakı şəbəkələri, qapıları öpərkən, dəmirləri, taxtaları yox, onun arxasında olanı qəsd edirik. Sən çəpiş dərisini öpməklə, Quranı qəsd etdiyin kimi, biz də Rəsulullahı qəsd edirik. İştirakçılar təkbir etdilər, "doğru dedin" söylədilər. Bu hadisədən sonra kral hacılara peyğəmbərin izləri ilə təbərrükə icazə verməyə məcbur oldu. Ondan sonra gələn krallar yenidən bu qərarı əvvəlki kimi dəyişdirdilər.
Cavab: Bu uydurulmuş bir dastandır. Qəribədir ki, belə nağıllar orda iştirak edənlər dünyasını dəyişəndən sonra ortaya çıxır. Dördüncü abzasda ki, Munimin Əhməd Əminlə olan hekayəti, həmçinin Səlim əl-Bişrin Şarafuddin əl-Musavi ilə yazışmaları və başqaları da buna misal ola bilər. Lap elə desək ki, Quranı öpmək olar, bunu başqa şeylə müqayisə etmək doğru deyildir.Çünki Quranı Kərim Allah kəlamı olduğundan ona təzim etmək yalnız və yalnız Allaha təzim kimi qəbul olunur. Bunu edən kimsənin şirkə düşmək qorxusu yoxdur. Peyğəmbərin qəbrinə bu şəkildə təzim etmək isə ifrat dərəcədə təzimə apararaq, peyğəmbərə Allaha xas olan sifətləri mənsub etməyə gətirib çıxarır. Bu məsələnin bir tərəfidir. Başqa tərəfi isə peyğəmbərin qəbrinə təzim və adətkarda halda ziyarət barədə, yəni bu əməlin qadağan olduğunu açıqcasına bildirən hədislər var. Qeyd edəcəyimiz hədis məhz bu məsələyə toxunur. Belə açıq dəlilər olan yerdə elm əhlinin dediyi kimi "ictihad etmək"(özündən fikir yürütmək) olmaz. Belə hədislərdən birində Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) buyurmuşdur:
"Sizdən öncəkilər (qövmlər) öz peyğəmbərlərinin, saleh insanların qəbrini ibadətgah edirdilər. Siz qəbrləri nəbadə ibadətgah edəsiniz! Mən bunu sizə qadağan edirəm!"
(Muslim, "Səhih"əsəri, "Məsciddəkilər" kitabı, 23)
Rafizilər ölüdən istəmək, qəbr ətrafında təvaf etmək (dövrə vurmaq), Allahdan çox onlardan qorxmaq kimi bir çox şirk əməllərə yol verirlər. Buna ən bariz misal kimi, bu dövrün məşhur rafizi alimlərindən olan Əbdül Hüseyn Dəstağubinin "Qəribə hekayətlər" kitabını göstərmək olar. Müəllifin bu kitabında Allahı qoyub, qəbrlərə necə sığınmağın yollarından bəhs edilir.
19. Ticani deyir(səh.73): Həqiqətən biz (əhli-sünnəni nəzərdə tutur) Aşura günü bayram edirik. Çünki bu İslam bayramlarından biridir. O günü malın zəkatını çıxardırlar, müxtəlif yeməklər bişirilir, uşaqlar böyüklərin yanına gedirlər ki, onlardan şirniyyat və oyuncaqlar almaq üçün pul alsınlar.
Cavab: Bu kəlam bir daha göstərir ki, Ticaninin əhli-sünnə əqidəsindən xəbəri yoxdur. Çünki o, sufilik bidətindən rafizilik bidətinə keçibdir. Allahın dini isə ortadır. Nə ifrata varmaq var, nə də laqeydlik. Sünnə alimlərindən heç biri "Aşura" gününün İslam bayramlarından olduğunu deməyibdir. Əhli-sünnəyə görə İslam bayramları çox deyildir. Sadəcə 2 dini bayram: Qurban və Ramazan bayramları var. Əhli-sünnə "Aşura" günü peyğəmbərə tabe olaraq, Allahla danışan Musa(ə.s.) Firondan qurtulduğu gün kimi bilir və oruc tuturlar. Bəyənilərn əməl oruc tutmaqdır, yemək vermək deyildir. Əhli-sünnə ilə bir diyarda yaşayan rafizilər də bunu yaxşı bilirlər.
20. Ticani deyir (səh.75):Allahın elçisi(səlləlləhu əleyhi və səlləm) demişdir: Sənə "dəlidir" deyilənə qədər dinini axtar. (Sonra haşiyədə bunu Buxarinin rəvayət etdiyini deyir).
Cavab: Bu yalan və cahillikdir. Nə Buxari, nə də digər altı kitabın müəllifləri bu hədisi rəvayət etməyiblər. Hətta əhli-sünnənin kitablarında ümumiyyətlə buna rast gəlmədim. Heç olmasa, Ticani bu "hədisini" peyğəmbərin adından rəvayət olunan yalançı hədislər toplumunda bizə göstərsin, əks halda o yalançı kimi ifşa olunmalıdır. Bu hədis deyəsən sufi təriqətinə mənsub olandır. Çünki onlar "cənnətin əksəriyyəti dəlilərdir" deyərək, bunlara bənzər hərəkətlər edirlər.
21. Ticani deyir(səh.78):Hər qapının qarşısında (peyğembərin qəbrini nəzərdə tutur) keşik çəkən və müşayət edən, növbə ilə dəyişilən əsgərlərdən ibarət güclü keşikçəkmə nöqtələri var. Onlar əllərində əsalarla dayanaraq, yaxınlaşmaq və Rəsulullahın qəbri olan otağa baxmaq istəyənləri vururlar.
Cavab: Mədinə şəhəri durur, məscid durur, qəbir də durur. Dediyi müddət də bu yaxınlarda olubdur. Ticaninin yalan dediyini hər bir o müqəddəs yerləri ziyarət edən bilir. Ticani yəqin ki," onların silahlı olduqlarını, Peyğəmərə(səlləlləhu əleyhi və səlləm) salam verənlərin bir çoxlarını, oranı məhv etmək istəyənlər var" deməyi unudubdur. SübhənAllah, belə yalanları heç kim eşitməyibdir. (Yalançılar yarışı keçirilsəydi, yəqin ki, birinci yeri tutardı). Bundan da böyük müsibət odur ki, yalnız rafizi kitablarında olan bu cür yalanlara inananlar da tapılır.
22. Ticani deyir(səh.78):...Bu hadisə inandığım bir fəzilət sahibinin mənə danışdığı hadisəyə çox oxşayır (nağıl): Kəbəni təvaf edirdik. Bu zaman qələbəliyin çoxluğundan bir cavanı sancı tutdu və o qaytardı. Bunu görən "Qara daş"ı qoruyan əsgərlər onu döyməyə başladılar. Onun yalvarışlarına məhəl qoymadan, onu oradan çıxartdılar. Onu Kəbəni murdarlamaqda ittiham etdilər, uzunə şahid durğuzdular. Elə o günü edam etdilər.
Cavab: Ticani uzunçuluq etməməkdən ötrü bu hekayəti ixtisar edibdir. "Sonra bu cavanı Kəbədən üç gün, üç gecə asılı halda saxlayıblar. Bunu bütün dünyanın informasiya xidmətləri yayınlayıbdır". Ancaq bunu yalnız Ticaniyə inanan insanlar və Ticani özü eşidib və ya görübdür. Bu cür yalanlara qarşı daha mənim sözüm yoxdur.
23. Ticani deyir (səh.82): Ağamız Xızırın ölmədiyini, salam verənə cavab qaytardığını bütün müsəlmanlar dediyi halda.
Cavab: Buna sufilər və onlardan təsirlənənlər etiqad edirlər. Onu sağ olduğunu etiqad etmək əhli-sünnə əqidəsində deyildir. Bu (əqidə) Ticaniyə sufilikdən miras qalan əqidələrdəndir.
24. Ticani deyir (səh.83): "Bəqi" qəbristanlığını ziyarət etdim. Ayaq üstdə durub Əhli-beytin ruhlarına rəhmət oxuyurdum. Mənim yanımda çox yaşlı bir qoca kişi dayanmışdı. Ağlayırdı. Ağlamasından onun bizlərdən(yəni rafizi) olduğunu bildim.
O, qibləyə tərəf yönələrək, namaz qılmağa başladı. Bu zaman ona tərəf, sanki onu əvvəlcədən izləyirmiş kimi, bir polis qaçaraq gəldi. O səcdə vəziyyətində olarkən, ona elə bir təpik vurdu ki, beli üstdə düşdü. Yazıq kişi bir neçə dəqiqə huşunu itirdi. Əsgər isə onun üzərinə zərbələri, söyüşləri yağdırmaqda idi. Qocaya yazığım gəldi. Zənn etdim ki, artıq o ölüb. Hirsimi boğa bilməyərək, bu işə qarışmaq istədim. Əsgərə dedim: (Bu gördüyün iş) haramdır. Niyə onu namaz qıldığı yerdə vurursan? O isə məni hədələyərək, dedi: Sən sus, qarışma. Yoxsa səni də onun kökünə salaram.
Cavab: Bu hekayətə çox təəccüb etdim. Təəccüblənirəm ki, adətən Ticaninin hekayətlərinə görə bu qoca sonda edam edilməli idi. Bir də ki, görəsən Ticani namaz qılarkən, qibləyə çevrilərək, əhli-beytin qəbrinə arxasını çevirmiş, olan o qocaya nə əcəb etirazını bildirməyib:
Əl-Məclisi demişdir: Altıncı: Ziyarəti (təvafı) edib qurtardıqdan sonra iki rükət namaz qılanın hökmü: Əgər peğəmbəri ziyarət edirsə, bu (iki rükəti) "Rövza"da qılır, imamlardan birinin ziyarətindədirsə, onda baş tərəfdə duraraq, qılır. Əgər məsciddə qılarsa, bu da caizdir. Qəbrə tərəf namaz qılmağa rüxsət verilməsi barədə də rəvayət edilmişdir. Qiblənin əks istiqamətinə də durub qılarsa, caizdir. ("Biharul-ənvar", cild 97, səh. 134)
Yüklə 259,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin