Təhliyə, yaxud nəfsin Pərvəriş olunması və təKmilləşdirilməsi
Təhliyə, yaxud nəfsin Pərvəriş verilib təKmilləşdirilməsi
Nəfsi aludəliklərdən pakladıqdan sonra onun təkmilləşdirilməsi və pərvəriş olunması mərhələsi gəlir. Bu əxlaq elmində «təhliyə» adlandırılır. Əqli elmlərdə isbat olunmuşdur ki, insanın nəfsi daim hərəkətdə, yeniləşməkdədir. Onun fe’liyyətləri qüvvə və iste’dadlarına qarışmışdır. Öz iste’dadlarını tədrici olaraq fe’liyyətə çevirir. Əvvəldə kamil olmur, tədrici olaraq özünü qurur, zat gövhərinə pərvəriş verir. Əgər düzgün yolda hərəkət edərsə tədriclə təkamülə çatır, kamilləşir, nəhayət, yekun kamal mərhələsinə nail olur. Əgər azğınlığa çəkilmiş olsa və azğınlıq yolunda addımlasa, tədrici olaraq insaniyyətin son kamalından uzaqlaşaraq heyvaniyyətin dəhşətli vadilərinə süqut edir.
ALLAH DƏRGAHINA YAXINLIQ
Qeyd etmək lazımdır ki, insanın mə’nəvi təkamülü və hərəkəti şərti və e’tibari hərəkət deyil, həqiqi hərəkətdir, arizi (sonradan əlavə olunan) deyil, zati bir hərəkətdir və bu hərəkət onun bədəni ilə deyil, mücərrəd ruhu ilə əlaqədardır. Bu hərəkətdə insan zatının gövhəri hərəkət edib dəyişilir. Deməli, insanın hərəkət yolu da e’tibari və məcazi deyil, həqiqi yoldur. Amma, hərəkət yolu onun daim dəyişilməkdə olan zatından ayrı deyildir. Əksinə, hərəkət edən şey öz zatının batinində hərəkət edir və hərəkət yolunu özü ilə yanaşı aparır.
Belə bir sual yaranır: Bildiyimiz kimi hər bir hərəkətin son və yekun məqsədi vardır. İnsanın zati hərəkətinin axır məqsədi nədir? İnsanlar bu dünyada hansı məqsədə doğru hərəkət edirlər və onların axır-aqibətləri necə qurtaracaqdır?
Ayə və rəvayətlərdən mə’lum olur ki, insanların hərəkəti üçün müqəddər olunan son hədəf Allah dərgahına yaxınlaşmaqdır. Lakin, bütün insanlar eyni bir yolda hərəkət etmədiklərindən hamısı Allah dərgahına yaxınlaşa bilmirlər. Qur’anda insanlar üç qismə bölünür:
Bununla da mə’lum olur ki, insanın yekun kamalı Allah dərgahına yaxınlaşmaqdan ibarətdir.
ALLAH DƏRGAHINA YAXIN OLMAĞIN MƏ’NASI
İndi isə “Görəsən Allah dərgahına yaxın olmaq dedikdə məqsəd nədir?”, “İnsanın Allaha yaxın olmasını necə təsəvvür etmək olar?” suallarını araşdırmalıyıq. “Qürb” sözünün mə’nası “yaxınlıq” deməkdir. Bunun üç mə’nası var:
1.Məkanbaxımındanyaxınlıq. Ərəb dilində məkan baxımından bir-birinə yaxın olan iki şeyə “bir-birinə qəribdir” - deyilir.
2.Zamanbaxımındanyaxınlıq. Zaman baxımından da bir-birinə yaxın olan iki şeyə «bu iki şey bir-birinə qəribdir» - deyilir.
Aydındır ki, bəndələrin Allaha yaxınlığı qeyd olunan bu iki növdən deyildir. Çünki Allaha nə zaman, nə də məkan aid olunmur ki, hər hansı bir şey zaman və ya məkan baxımından Ona yaxınlığa nisbət verilsin. Əksinə, Allahın Özü zamanın və məkanın xaliqidir və onlara tam əhatəlidir.
3.Məcaziyaxınlıq. Bə’zən, “filan şəxs filan şəxsə yaxındır” - deyirik və məqsədimiz də budur ki, bu şəxs onun sevdiyi və ehtirama layiq gördüyü adamdır, onun istəklərinə müsbət cavab verir. Bu kimi yaxınlıq həqiqi deyil, məcazi yaxınlıqdır.
Bir sözlə, Allah dərgahına qayıtmaq, «sirati-mustəqim»də və Allah yolunda olub nəfsi kamala çatdırmaq məcazi deyil, həqiqi əməllərdəndir. İnsanın Allaha tərəf hərəkət etməsi agahlıq və ixtiyar üzündən olan bir hərəkətdir. Nəticəsi də ölümdən sonra aşkar olacaqdır. İnsan, varlığının əvvəlindən bu hərəkəti başlayır və öldüyü vaxta qədər davam etdirir. Deməli, Allaha yaxınlıq da həqiqi bir işdir, Allahın layiqli bəndələri doğrudan da Allaha yaxınlaşırlar. Günahkar və yaramaz iş sahibləri doğrudan da Allahdan uzaqlaşırlar. Allah dərgahına yaxınlaşmağın həqiqi mə’nasının nədən ibarət olduğunu araşdırmalıyıq.
«Allaha yaxınlıq» yaxınlığın yuxarıda işlənən mə’nalarından deyil, tam başqa mə’nadadır. Onu kamal yaxınlığı, vücudi dərəcə hesab etmək olar. Bu məsələni anlamaq üçün əvvəlcə bir müqəddiməni qeyd edirik.
İslam fəlsəfsi və Kəlam kitablarında isbat olunmuşdur ki, vücud və varlıq müxtəlif dərəcə və mərtəbələrə malik olan bir həqiqətdən ibarətdir. Vücud eynilə şiddətli və zəif mərhələləri olan bir nura oxşayır. Nurun ən zəif mərhələsi də (məsələn, bir voltluq lampanın işığı) işıqdır, nəhayət, sırf nurdan olan (nurdan başqa bir şeyin olmadığı) ən yüksək mərtəbəyə qədər davam edir. Yüksək və aşağı mərtəbələr arasında yerləşən müxtəlif mərhələlərdəki nurların hamısı nurdur. Fərqləri də zəif və şiddətli olmaqdadır. Vücud da bunun kimi müxtəlif mərhələlərə malikdir. Onların fərqləri də şiddətli və zəif olmalarına görədir. Vücudun ən aşağı mərhələsi təbiət və maddə, ən yüksək mərhələsi isə Allahın vücudi kamal baxımından sonsuz olan müqəddəs Zatıdır. Bu iki mərtəbə arasında müxtəlif dərəcələr vardır ki, onların da fərqləri şiddətli və ya zəif olmaları ilədir. Deməli, vücud nə qədər güclü, onun dərəcəsi nə qədər yüksək və kamil olarsa həmin qədər də Allahın sonsuz və müqəddəs zatına yaxın olacaqdır. Bunun əksinə olaraq vücud nə qədər zəif olarsa, Allahın vacibul-vücud Zatından bir o qədər uzaq olacaqdır.
Bu müqəddiməyə diqqət yetirməklə bəndənin Allah dərgahına yaxın və ya uzaq olmasının mə’nasını təsəvvür etmək olar. İnsan ruh baxımından mücərrəd bir həqiqətdir. Fe’l və iş nəzərindən maddədən asılıdır. Buna görə də hərəkət edə bilir, kamilləşir, nəhayət öz vücudunun son mərhələsinə çatır. Hərəkətin əvvəlindən məqsədə çatdığı vaxta qədər bir şəxsdən, bir həqiqətdən başqa bir şey deyildir. Nə qədər çox kamal kəsb edərsə, vücud mərhələlərində təkamülə doğru nə qədər hərəkət edərsə həmin qədər də vücudun mənbəyinə, yə’ni Allahın sonsuz və müqəddəs zatına daha yaxın olar. İnsan iman və saleh əməllərlə öz vücudunu kamilləşdirərək ilahi qürb məqamına nail ola bilər. Varlığın mənşəyindən, kamal və camal mənbəyindən daha artıq nuraniyyət əldə edərək özü də daha da artıq tə’sir mənşəyi ola bilər.
Bununla aydın olur ki, insanın hərəkəti sonsuz bir məqsədə doğru davam edir. Hər kəs öz sə’y və himməti qədər qürb məqamından birinə nail olur. Başqa sözlə desək, qürb məqamı bir nöqtə deyil, əksinə, müxtəlif dərəcələrə malik olan bir həqiqətdir. Qürb bir nisbi məsələdir. İnsan nə qədər artıq çalışıb sə’y etsə, daha yüksək məqamlara nail olaraq Allahın feyzlərindən bəhrələnər.