NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


beşinCi vasitə insanlara yaxşılıq edib onlara əl tutmaq



Yüklə 5,7 Mb.
səhifə54/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

beşinCi vasitə

insanlara yaxşılıq edib onlara əl tutmaq


İslam nəzərindən ibadət və Allaha yaxınlıq namaz, oruc, həcc, ziyarət, zikr, dua ilə xülasələnmir, məscidlərdə, mə’bədlərdə, məzarlarda məhdudlaşmır. Əksinə ictimai məs’uliyyətləri yerinə yetirmək, Allah bəndələrinə xidmət, yaxşılıq etmək də qürbət qəsdi ilə olarsa, ən yaxşı ibadətlərdən hesab olunur ki, bu da insan ruhunun saflaşdırılmasında, kamala yetirilməsində və Allah dərgahına yaxınlaşmasında yaxşı bir vasitədir. İslam nəzərincə dini qaydalara itaət və seyri-süluk insanın guşənişin həyat tərzi keçirməsini gərəkli etmir, əksinə, ictimai məs’uliyyətləri qəbul etməklə eyni zamanda cəmiyyətdə qalmaq olar. Xeyir işlərdə iştirak etmək, yaxşılıqda qarşılıqlı həmkarlıq, mö’minlərin ehtiyaclarını tə’min etməkdə çalışmaq, onları sevindirmək, məhrumları və zəifləri müdafiə etmək, müsəlmanların işlərini qaydaya salmaq, onların çətinliklərini aradan qaldırıb həll etmək, Allah bəndələrinə kömək etmək və s. kimi bəyənilən işlər islam nəzərində böyük ibadətlərdən hesab olunur ki, onların savabı onlarla qəbul olunmuş həcc və ümrədən daha artıqdır. Bu barədə yüzlərlə rəvayət nəql olunmuşdur ki, onlardan nümunə olaraq aşağıdakıları qeyd edirik:

İmam Cə’fər Sadiqdən (ə) nəql olunur ki, Allah-Təala belə buyurur: Bəndələr Mənim əyalımdır. İnsanlar içərisində Mənə ən sevimli olan o kəslərdir ki, camaata qarşı daha mehriban olsun, onların ehtiyaclarını aradan qaldırmaqda daha artıq çalışsın.”1

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: İnsanlar Allahın ailəsidir. Allah yanında ən sevimli kəs odur ki, onun faydası Allahın əyalına daha çox çatsın bir ailənin qəlbini sevindirsin.”2

İmam Məhəmməd Baqir (ə) buyurur: minin (öz din) qardaşının üzünə təbəssüm etməsi yaxşılıq sayılır. Onun çətinliklərini aradan qaldırmaq da yaxşılıqdır. Allaha, mini sevindirməkdən daha sevimli bir işlə ibadət olunmayıbdır.”3

İmam Cə’fər Sadiq (ə) buyurur: Hər kəs bir mini sevindirsə, məni sevindirmişdir, hər kəs məni sevindirsə, Peyğəmbəri sevindirmişdir, hər kəs Peyğəmbəri sevindirsə, Allahı sevindirmişdir hər kəs Allahı sevindirsə, behiştə daxil olar.”4

O Həzrət (ə) yenə buyurur: minin hacətini yerinə yetirmək (ehtiyacını aradan qaldırmaq) Allah yanında hər birində yüz min (dinar, dirhəm) infaq etdiyi iyirmi həccdən daha sevimlidir.”5

Başqa bir hədisdə buyurur: Bir müsəlmanın ehtiyacını min etmək üçün çalışmaq, evinin ətrafını yetmiş dəfə təvaf etməkdən daha yaxşıdır.”1

Yenə buyurur: Allahın elə bəndələri vardır ki, camaat öz ehtiyaclarında onlara pənah aparırlar, qiyamətdə məhz onlar (Allahın əzabından) amanda olacaqlar.”2

Gördüyünüz kimi, islam nəzərindən Allah bəndələrinə yaxşılıq və xidmət etmək, onların çətinliklərinin aradan qaldırılıb həll edilməsində çalışmaq böyük ibadətlərdən hesab olnur ki, əgər qürbət qəsdi ilə yerinə yetirilərsə, insan ruhunun təkmilləşdirilməsinə, pərvəriş olunmasına və Allah dərgahına doğru yüksəlməsinə səbəb olacaqdır. Amma çox təəssüflə, camaatın əksəriyyəti islamı düzgün tanımadığına görə islami ibadətlərin bu böyük qismindən qafildirlər və ibadəti, seyri-süluku namaz, oruc, ziyarət, dua və zikrdən başqa bir şeydə bilmirlər.

AltInCI vasitə

dua


Dua ibadətlərin ən yaxşısı, insan nəfsinin kamala yetməsinə və Allaha yaxınlaşmasına səbəb olan bir vasitədir. Buna görə də Mütəal Allah bəndələrini dua etməyə də’vət edərək buyurur: Pərvərdigarınız buyurdu: «Məni çağırın ki, istəklərinizi yerinə yetirim. Mənə ibadət etməkdə təkəbbür edənlər tezliklə zillətlə cəhənnəmə daxil olacaqlar.»”3

Yenə buyurur: Aşkarda gizlində Pərvərdigarınızı çağırın. Həqiqətən, Allah təcavüzkarları sevmir.”4

Başqa bir ayədə isə belə buyurulur: Bəndələrim Mənim barəmdə səndən soruşanda (de) ki, Mən onlara yaxınam, əgər Məni çağırsalar dualarını qəbul edərəm.”5

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Duaibadətin ruhu, məğzidir.”6

İmam Cə’fər Sadiq (ə) buyurur: Dua ibadətdir Allah-Təala buyurur: Allahı çağırın heç vaxtdaha işlər tamam olmuşdur” - deməyin.”1

O Həzrət (ə) yenə buyurur: Heç vaxt duanı tərk etməyin. Çünki, siz insanın Allah dərgahına yaxınlaşmasına dua qədər səbəb olacaq bir əməl tapa bilməzsiniz. Hətta kiçik işləri Allahdan istəyin onların kiçik olması bəhanəsi ilə duanı tərk etməyin. Çünki kiçik işlərin sahibi elə böyük işlərin sahibidir.”2

Bəndə hər bir halda dua etməlidir. Çünki bütün vücud aləminin Allaha ehtiyacı vardır. Hətta, onların hamısı ehtiyacın özüdür. Əgər Allahın feyzi bir anlığa kəsilərsə, hər bir şey məhv olub aradan gedər. Bəndəyə çatanların hamısı Allah tərəfindəndir. Belə isə, bəndə bu təbii ehtiyacını dildə izhar etməli, özünün zati yoxsulluğunu, bəndəçiliyini və ehtiyaclarını əməldə isbat etməlidir. İbadətin də mə’nası bundan qeyri bir şey deyildir.

İnsan dua halında Allahı yad edir, Onunla raz-niyaz edir, ehtiyaclarını bəndəçiliyin əlaməti olan raz-niyaz ilə zatən qəni olan Allaha təqdim edir. Həqir və ehtiyac aləmindən ümidini kəsir və bütün xeyirlərin və kamalların mənbəyi ilə əlaqə yaradır. Fəqirlik aləmindən pərvaz edir, batini bəsirət gözü ilə Haqq-Təalanın camalını müşahidə edir. Dua və raz-niyaz halı bəndənin ən ləzzətli və ən gözəl halətlərindəndir ki, Allah övliyaları da onu heç bir qiymətə dəyişmirlər. “Səhifeyi-Səccadiyyə” və sair dua kitablarına baxın. Mə’sumların (ə) necə raz-niyaz etdiyini görün. Allahla birbaşa əlaqə bərqərar etmək və duanın qəbul olunmasına ümid bağlamaq qəlblərə aramlıq və dua edən şəxsə təskinlik verir. Əgər insan çətinliklərin həll olunmasında, xoşagəlməz hadisələrdə Allaha pənah aparmazsa, çətinliklərə necə sinə gərib dözə bilər və həyatını davam etdirəcəyinə necə ümid bağlayar?

Dua mö’minin silahıdır ki, onun vasitəsilə ümidsizliklə, mə’yusluqla mübarizə aparır, çətinliklərdə qeybi qüvvələrdən kömək diləyir. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamlar (ə) da daim bu silahdan istifadə etmişlər. Duadan istifadə olunması bütün mö’minlərə tövsiyə olunur. İmam Riza (ə) öz səhabələrinə buyurur: “Peyğəmbərlərin silahına sarılın!” Soruşdular: “Peyğəmbərlərin silahı nədir?” Buyurdu: “Dua.”3

İmam Məhəmməd Baqir (ə) buyurur: Allah min bəndələri içərisində o kəsləri sevir ki, çox dua etsinlər. Sizə tövsiyə edirəm ki, sübh çağları gün çıxan vaxta qədər dua edəsiniz. Bu saatda asimanın qapıları açıqdır, insanların ruziləri bölünür böyük hacətlər qəbul olunur.”1

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Dua minin silahı, dinin sütunu asimanların, yerin nurudur.”2

Dua bir ibadət, üstəlik ibadətlərin məğzidir, axirət savabıdır. O, mö’minin me”racı, qüds aləminə pərvaz səbəbidir. Dua ruhu kamala çatdırıb pərvəriş edir, sahibini Allahın dərgahına yaxınlaşdırır. Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur:Dua səadətin açarıdır. Ən yaxşı dua o duadır ki, pak sinədən təqvalı qəlbdən çıxmış olsun. Allahla münacat etmək nicata (qurtuluşa) səbəb olur, ixlas səbəbi ilə (pisliklərdən həlakətdən) nicat hasil olur. Belə isə, çətinliklər şiddətlənəndə Allaha pənah aparmaq lazımdır.”3

Deməli, dua bir ibadətdir ki, əgər şərtlərinə malik olsa və düzgün yerinə yetirilsə insan ruhunun yüksəlişinə, bəndənin Allah dərgahına seyr etməsinə səbəb olacaqdır. Duanın bu tə’siri labüddür. Buna görə də bəndə heç vaxt, heç bir şəraitdə bu böyük ibadətdən qafil olmamalıdır. Çünki dua heç vaxt tə’sirsiz olmur. Baxmayaraq ki, bə’zən onun zahiri və tez nəticələri görünmür. Bə’zən dua edən şəxsin istəklərinin yerinə yetməməsi, tə’xirə düşməsi, yaxud dünyada ümumiyyətlə, baş verməməsi mümkündür. Lakin, bunun özü də məsləhətsiz deyil. Çünki bə’zən mö’minin dünyəvi istəklərinin yerinə yetirilməsi onun həqiqi məsləhəti olmur. Hikmətli Allah da bəndənin həqiqi məsləhətini onun özündən də yaxşı bilir. Buna görə də bəndə daim ehtiyac əllərini Allah dərgahına qaldırmalı, hacətlərini istəməlidir. Əgər məsləhətinə olarsa, elə bu dünyada yerinə yetirilər. Amma əgər Allah müəyyən məsləhət üzündən bəndəsinin hacətini tə’xirə salsa, bəndə Onunla daha çox münacat və raz-niyaz edərək yüksək məqamlara çatır. Bə’zən də Allah bəndənin məsləhətini bunda görür ki, onun hacətini bu dünyada tə’min etməsin ki, daim Allahı yad etsin və axirət dünyasında daha yaxşı mükafatlar alsın.

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Allah o bəndəyə rəhmət eləsin ki, hacətini Allahdan istəyir duada israr edir. İstər hacəti yerinə yetirilsin, istərsə yetirilməsin. (Sonra bu ayəni oxudu:) Vəədu Rəbbi əsa əlla əkunə bi duai Rəbbi şəqiyya – (Mən Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım).”1

İmam Cə’fər Sadiq (ə) buyurur: “(zən) min Allahdan bir hacət istəyir. Lakin, Allah mələklərinə göstəriş verir ki, bəndənin hacətini bir az xirə salsınlar. Çünki onun səsini duasını daha çox eşitmək istəyir. Qiyamətdə ona deyər: “Ey Mənim bəndəm! Sən Məni çağırdın, lakin Mən sənin duanın qəbul olunmasını xirə saldım. İndi onun əvəzində filan-filan savabları sənə əta edirəm. Həmçinin filan dua filan dualar da eyni ilə.” Bu zaman min arzu edər ki, kaş dünyadakı arzularımdan, dualarımdan heç biri yerinə yetməyəydi. Bu sözü ona görə deyir ki, axirətin yaxşı savablarını görüb.”2

O Həzrət yenə buyurur: “Duanın ədəblərini öyrən və diqqət yetir ki, kiminlə söhbət edirsən, onu necə çağırırsan və nə üçün çağırırsan. Allahın əzəmət və böyüklüyünü yad et. Öz qəlbinlə hiss et ki, qəlbində olanları Allah bilir. O, sənin qəlbindəki sirlərdən agahdır, qəlbində gizlənmiş haqq və ya batildən mə’lumatı vardır. Sonra özünün nicat və həlakət yollarını tanı. Məbada Allahdan elə bir şey istəyəsən ki, sənin həlakətin onda olsun. Halbuki, sən nicatının onda olduğunu təsəvvür edirsən. Allah-təala Qur’anda buyurur: “Bə’zən insan xeyir əvəzinə öz şərini istəyir və insan öz işlərində tələsəndir.”

“Belə isə, düzgün fikirləşib gör ki, Allahdan nə istəyirsən və nə üçün istəyirsən. Dua sənin tərəfindən bütün vücudla Allah qarşısında “qəbul olunmağı” istəmək, qəlbin Pərvərdigarı müşahidə etməklə əriyib aradan getməsi, bütün ixtiyarların tərk edilməsi və işlərin hamısını Allaha təslim edilməsi deməkdir. Belə isə, duanın şərtlərinə əməl etməsən, onun qəbul olunmasını gözləmə, çünki Allah sirlərə və onlardan da gizli olan şeylərə agahdır. Ola bilsin ki, sən Allahı bir şey üçün çağırasan, halbuki Allah sənin niyyətinin onun tam əksinə olduğunu bilir.”3


Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin