NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ


Saleh əməllərdƏn bə’ziləri



Yüklə 5,7 Mb.
səhifə50/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

Saleh əməllərdƏn bə’ziləri


Əvvəldə qeyd olunduğu kimi, insanı təkamülə yetirib, Allah dərgahına yüksəldən yeganə yol vəhyə, başqa sözlə peyğəmbərlərin (ə) vasitəsilə şər’i qanun halına salınan və özlərinin də keçdiyi vəhy yoluna tabe olmalıdır. Bu da fərizələr (vacib əməllər) və nafilələr (müstəhəb əməllər) adı ilə tanınmışdır. Saleh əməl də məhz budur. Saleh əməl yə’ni, müqəddəs islam şəriətində gələn, Qur’anda, hədis və dua kitablarında qeydə alınan vacib və müstəhəb əməllər. Siz həmin yolu keçməkdə onlardan istifadə edə bilərsiniz. Biz onların bə’zilərini burada qeyd edirik:

1. VaCib namazlar


Namaz insanın mə’nəvi seyri-süluku, yüksəlişi və Allah dərgahına yaxınlaşmasında ən yaxşı amildir. İmam Riza (ə) buyurur: Namaz hər pərhizkar təqvalı insanın Allah dərgahına yaxınlaşma vasitəsidir.”

Müaviyə ibni Vəhəb İmam Cə’fər Sadiqdən (ə) soruşdu: “Bəndələri Allah dərgahına yaxınlaşdıran və Allah tərəfindən sevilən əməllərin ən yaxşısı hansıdır?”

İmam (ə) buyurdu: Allahı tanıdıqdan sonra namazdan yaxşı bir şey tanımıram. Görmədinmi ki, Allahın saleh bəndəsi Həzrət İsa (ə) belə buyurur: “Allah məni, diri olduğum vaxta qədər namaza zəkata tövsiyə etdi.”1

İmam Cə’fər Sadiq (ə) yenə buyurur:Allah yanında ən sevimli əməl namazdır. Namaz peyğəmbərlərin son vəsiyyətidir. yaxşı olar ki, insan qüsul etsin, yaxud kamil dəstəmaz alsın, sonra bir kəsin görmədiyi bir guşəyə getsin, rüku səcdələrinə nəzarət (diqqət) etsin. Bəndə səcdəyə gedib səcdəsini uzadan zaman şeytan fəryad edərək deyir: “Vay olsun mənə! Bu bəndə Allaha itaət etdi, mən isə Ona qarşı çıxdım. O, səcdə etdi, mən isə imtina etdim!”2

İmam Riza (ə) buyurur: Bəndənin Allaha ən çox yaxın olduğu zaman səcdə halında olan vaxtıdır. Çünki Mütəal Allah buyurur: «Vəscud vəqtəribni, səcdə et (ilahi dərgaha) yaxınlaş.”3

İmam Cə’fər Sadiq (ə) buyurur: İnsan namaza dayanan vaxt Allahın rəhməti asimandan ona nazil olur, mələklər onu (hər tərəfdən) əhatəyə alır bir mələk belə deyir: «Əgər namaz qılan bu şəxs namazın dəyərini bilsəydi, heç vaxt namaz halından çıxmazdı.»”4

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: min bəndə namaza başlayıb onu qurtarana qədər Allah ona nəzər edir, Allahın rəhməti asimandan (nazil olub) onu əhatə edir mələklər onun ətrafını tutur. Allah ona bir mələyi yin edir ki, belə desin: “Ey namaz qılan, əgər kimin diqqət mərkəzində olduğunu, kiminlə münacat etdiyini bilsəydin, (Ondan) başqa bir kəsə diqqət yetirməz, bu vəziyyətdən heç vaxt çıxmazdın!”5

namazda hüzuri-qəlb


Namaz – mələkuti bir tərkib, ilahi bir mə’cundur ki, onun hər hissəsində bir sirr gizlənmişdir.

Namaz – Allahla birbaşa əlaqə vasitəsi, Onunla raz-niyaz edib ünsiyyət yaratmaq və aləmlərin Rəbbini xatırlamaqdır. O, mə’nəvi təkamülün, mələkut aləminə doğru seyri-sülukun və Allah dərgahına yaxınlaşmağın ən yaxşı vasitəsidir.

Namaz mö’minin me’racı, insanı pisliklərdən, yaramaz işlərdən çəkindirən bir əməldir. O, nuraniyyət və mə’rifətin zülal çeşməsidir; belə ki, hər kəs gecə-gündüz ərzində beş dəfə ona varid olarsa, bütün nəfsani-ruhani çirkinliklərdən paklanar.

Namaz böyük ilahi əmanət, əməllərin qəbul olunması me’yarıdır. O, belə asimani sirlərdən təşkil olunmuşdur, lakin bu şərtlə ki, ruhlu, canlı olsun. Namazın ruhu onu hüzuri-qəlblə qılıb, Allaha diqqət yetirmək, Onun qarşısında xüzu-xüşu izhar etməkdir. Zikrlər, qiraətlər, ruku, səcdə, təşəhhüd və salam namazın zahiri formasını təşkil edir, hüzuri-qəlb və Allaha diqqət yetirmək isə onun ruhu misalındadır. Ruhsuz bədən ölü və tə’sirsiz olduğu kimi, hüzuri-qəlb olmadan qılınan namaz da, təklifin götürməsinə baxmayaraq, namaz qılan şəxsi ali-mə’nəvi məqamlara qaldırmaz. Ümumiyyətlə, namazın şər’i qanun halına salınmasının ən böyük hədəfi zikrin, Allahı yad etməyin hasil olmasıdır. Allah-təala Peyğəmbərə (s.ə.v.v) buyurur: Məni yad etmək üçün namaz qıl.”1

Qur’ani-Kərim Cümə namazını zikr ünvanı ilə təqdim edərək buyurur: Ey iman gətirənlər, cümə namazının bərqərar olunduğunu bildiyiniz zaman zikrə doğru tələsin...”

Namazın qəbul olunma me’yarı hüzuri-qəlbin miqdarı ilə ölçülür; hüzuri-qəlb nə qədər çox olarsa, namaz da bir o qədər yaxşı şəkildə qəbul olunur. Buna görə də hədislərdə hüzuri-qəlblə əlaqədar çoxlu tə’kidli göstərişlər gözə dəyir. O cümlədən, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: zən namazın yarısı qəbul olunur, zən üçdə biri, zən dörddə biri, zən beşdə biri, zən onda biri. zi namazlar köhnəlmiş paltar kimi bükülüb sahibinin başına çırpılır. Həqiqətən sənin namazından Allaha qəlbən diqqət yetirmiş olduğun miqdarı qəbul olunur.”

İmam Cə’fər Sadiq (ə) buyurur: Bəndə namaz qılmağa başlayan zaman Mütəal Allah ona diqqət yetirir. O, Allahdan üç dəfə qafil olana qədər Allah Öz nəzərini ondan kəsmir. Üçüncü dəfədə Allah ondan üz döndərir.”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: Mürgüləyən, halsız halda namaz qılmayın. Namaz halında özünüz barədə fikirləşməyin, çünki Allahın hüzurunda dayanmısınız. Həqiqətən bəndənin namazının o miqdarı qəbul olunur ki, qəlbən Allaha diqqət yetirmiş olsun.”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur:Hər bəndə namaz halında Allahdan başqasına diqqət yetirsə, Allah ona xitab edərək deyər: “Ey Mənim bəndəm! Məqsədində kimdir?! Kimi istəyirsən?! Məndən başqa bir pərvərdigar nəzarətçi axtarırsanmı?! Məndən başqa bir bağışlayan, əta edən istəyirsənmi?! Halbuki, Mən kərimlərin ən kəramətlisi, bəxşiş edənlərin ən çox bəxşiş edəni, əta edənlərin ən yaxşısıyam. Sənə elə savab əta edərəm ki, saya-hesaba gəlməz. Mənə diqqət yetir, çünki Mən mələklərim sənə diqqət yetiririk.” Namaz qılan şəxs Allaha diqqət yetirən zaman keçmiş günahları məhv olur (bağışlanır). Əgər yenidən (fikri yayınsa ) Allahdan başqasına diqqət yetirsə, Mütəal Allah əvvəldəki kimi yenidən ona xitab edir. Əgər namazına diqqət yetirsə, namazdan qafil olma günahı bağışlanır onun sirləri aradan gedir. Əgər üçüncü dəfə namazdan yayınarsa, Mütəal Allah da əvvəlki xitabını təkrar edir. Əgər namaza diqqət yetirirsə, bu dəfə günahları bağışlanır. Əgər dördüncü dəfə yenidən (fikri yayınsa ) namaz fikrindən çıxsa, Allah mələklər ondan üz döndərər, Allah ona buyurar: “Səni o şeyin vilayətində qərar verdim ki, ona məhəbbət bağlılığın vardır.”

Namazın dəyəri hüzuri-qəlb və Allaha diqqət yetirməklədir. Hüzuri-qəlbin miqdarı da batinin saflaşmasında, Allah dərgahına yaxınlaşmaqda tə’sirli olur. Buna görə də böyük peyğəmbərlər (ə), mə’sum imamlar (ə) və Allahın övliyaları namaza bu qədər diqqət yetirmişlər.

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) barəsində yazırlar ki, namaz vaxtı gəlib çatanda iztirabdan üzünün rəngi dəyişərdi. Onun səbəbini soruşanda buyururdu:Elə bir əmanəti (qaytarmağın) vaxtı gəlib çatmışdır ki, onu asimanlara yerə təqdim etdilər, lakin onlar qorxub onu qəbul etməkdən imtina etdi. İnsan isə o böyük əmanəti qəbul etdi. Buna görə qorxuram, görəsən bu əmanətin əda eləməyin öhdəsindən lazımınca gələ biləcəyəm, ya yox.”1

İmam Məhəmməd Baqir (ə) imam fər Sadiq (ə) barəsində demişlər ki, namaz vaxtı mübarək üzlərinin rəngi saralardı. Namaz halında elə vəziyyətə düşürdülər ki, sanki gördüyü bir şəxslə üzbəüz dayanıb münacat edir!2

İmam Səccad (ə) barəsində də yazırlar ki, o, namaza dayananda üzünün rəngi dəyişər, Allahın qarşısında zəlil bir bəndə kimi dayanar, bədən üzvləri qoxudan titrəyərdi. Namazı həmişə vida namazı idi, sanki ondan sonra (əcəli gəlib çatacaq və) heç bir namaz qılmayacaqdı.3

Həzrət Fatimeyi Zəhra (ə.s) barəsində qeyd olunur ki, namaz halında nəfəsi Allahın qorxusundan təngiyərdi.4

İmam Həsən Müctəba (ə) barəsində belə yazırlar: Namaz halında bədəni lərzəyə düşərdi. Behişt və ya cəhənnəmi xatırlayan zaman ilan vurmuş adam kimi qıvrılıb-açılar, Allahdan behişt diləyir, cəhnnəmdən Ona pənah aparardı.5

Ayişə Peyğəmbəri-Əkrəm (s.ə.v.v) barəsində belə deyir: “Peyğəmbərlə söhbət edirdim. Namaz vaxtı gəlib çatanda birdən-birə elə dəyişilirdi ki, sanki bizi tanımırdı, biz də onu tanımırdıq.”

İmam Səccad (ə) barəsində yazırlar: O, namaz qılarkən əba mübarək çiynindən düşür, lakin bunu hiss etmirdi. Namazı qurtardıqdan sonra səhabələrdən biri soruşur: “Ey Allah Rəsulunun övladı! Namaz halında əba çiyninizdən düşdü, lakin siz diqqət yetirmədiniz?!”

İmam (ə) buyurdu: “Vay olsun sənə! Bilirsənmi ki, hansı şəxsin qarşısında durmuşdum?! Bu məni əbaya diqqət yetirməkdən yayındırmışdı. Bilmirsənmi ki, bəndənin namazı yalnız o miqdarda qəbul olunur ki, Allah qarşısında hüzuri-qəlb tapmış olsun?

Həmin şəxs soruşdu: Ey Allah Rəsulunun övladı, belə isə, biz həlakətdəyikmi?!

İmam (ə) buyurdu: «Xeyr, əgər nafilələri qılsanız, Allah onların vasitəsilə sizin namazlarınızı tamamlayar (kamilləşdirər).»1

Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) barəsində yazırlar ki, namaz vaxtı mübarək üzünün rəngi qaçar, sinəsindən qazanın qaynamasına oxşayan bir səs eşidilərdi. Namaza dayananda yerin üstünə atılmış paltar kimi hərəkətsiz olardı.



Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin