AltInCI maneə özünü sevməK
Təkamül yolçusu bütün bu maneələri aradan qaldırdıqdan, bütün mərhələləri qət etdikdən sonra daha böyük bir maneə ilə qarşılaşır ki, o da özünü sevməkdir. O, məhz bu zaman anlayır ki, onun bütün əməlləri, hərəkətləri, hətta ibadətləri belə, özünü sevməkdən qaynaqlanır. İbadət, riyazət, zikr, dua, namaz və oruc öz nəfsinin kamala yetirməsi, axirət mükafatını alması üçündür ki, bu da onun nəfsinə qayıdacaqdır. Belə ibadətlər, insanı behiştə və axirət savabına çatdırmasına baxmayaraq, gözəl məqam olan zikr, şühud və liqa məqamına yüksəltməyəcəkdir. İnsan zat məqamından, nəfsi sevmək mərhələsindən çıxmayınca Mütəal Allahın misilsiz camalını müşahidə etməyəcək. O, bütün hicabları, hətta nəfsin hicablarını yırtmayınca, İlahi nurların onun qəlbinə saçmasına ləyaqət tapmayacaqdır.
Deməli, Bu yolun yolçularına zəruridir ki, cihad və riyazətlə özlərini zatını sevmək hüdudlarından çıxarsınlar, özünü sevməyi Allahı sevməyə çevirsinlər, bütün işlərini yalnız Allahın razılığı üçün yerinə yetirsinlər. Yemək yeməsi yalnız Allaha yetişmək üçün olsun, ibadət etməsi Allahı ibadət və pərəstişə layiq gördüyü üçün olsun. Belə bir insan nə dünyanı istəyir, nə də axirəti. Əksinə, yalnız Allahın Özünü istəyir. Hətta şühud, kəşf və kəraməti də istəmir. Həqiqi mə”buddan başqa heç bir şeyi nəzərində canlandırmır. Əgər son dərəcə çətin olan bu mərhələdən də keçsə, tövhid meydanına qədəm qoyaraq, çox dəyərli liqa, şühud mərtəbəsinə yüksələ və “fi məq”ədi sidqin ində Məlikin muqtədir”1 dərgahına yüksələ bilər.
yeddinCi maneə iradənin zəifliyi
Bu yolun bəlkə də ən mühüm maneələrindən biri iradənin zəifliyi, qəti qərara gəlməyə dair qüdrətin olmamasıdır. Bu maneə insanı ilk əvvəldən əməldən saxlayır. Şeytan və nəfsi-əmmarə ilk əvvəldə riyazət, seyri-süluk (kamal yolunu qət etmə) kimi məsələləri kiçik, əhəmiyyətsiz və qeyri-zəruri məsələlər kimi qələmə verir və çalışır ki, insanı hüzuri-qəlb olmadan, sadəcə zahiri vəzifələri yerinə yetirməklə, qane etsin. O deyir: «Sənin bu vəzifə və ibadətləri yerinə yetirməkdən başqa vəzifən yoxdur, hüzuri-qəlblə, diqqət və zikrlə nə işin var?!» Bə’zən bu fikirlərə düşsə də belə yüzlərlə hiylə və məkrlə onun iradəsini zəiflədir. Bə’zən, bu mövzunu o qədər çətin nəzərə çarpdırır ki, tamamilə mə’yus olur.
Lakin mürid bir insan şeytanın vəsvəsələrinin və nəfsi-əmmarənin istəklərinin qarşısında sinə gərməli, Qur’an ayələrinə, Əhli-beyt (ə) hədislərinə, mə’rifət və əxlaq kitablarına müraciət etməklə seyri-sülukun, hüzuri-qəlbi əldə etməyin, zikr və şühudun dəyərinə vaqif olur. Bunların dəyərinə agah olduqdan, özünün əbədi səadətini onda gördükdən sonra tam ciddiyyətlə əməl məqamına gəlir. Özündə ümidsizliyə əsla yol vermir, öz nəfsinə xitab edərək deyir: «Bu yol çətin olsa da, mənim gələcək səadətim ona bağlıdır, əmələ başlamalıyam, çünki, Allah-Təala buyurur: “O kəslər ki, Bizim yolumuzda cihad edərlər, onları Öz yolumuza hidayət edərik.”»2
Bizim ruhi-mə”nəvi təkamül və Allah dərgahına yaxınlaşmağımızın ilk vasitəsi olan Allah zikri ilə əlaqədar söhbətimiz sona çatdı. Buna görə də əziz oxuculardan üzr istəyirik.
iKinCi vasitə əxlaqi Keyfiyyətlərin və insani səCiyyələrin ÇiÇəKləndirilməsi
Nəfsin tərbiyə olunub təkmilləşdirilməsi, seyri-süluk və Allah dərgahına yaxınlaşmağın yollarından biri də insanın özündə əxlaqi keyfiyyətləri və insani səciyyələri çiçəkləndirməsidir ki, bunların da kökü insanda qoyulmuşdur. Gözəl əxlaq insanın mələkuti ruhi ilə tam münasib və uyğun olan dəyərlərdən ibarətdir. Onların tərbiyələndirilməsi, pərvəriş edilməsi ilə insanın insaniyyəti daha kamilləşir və nəhayət Allah dərgahına yaxın bir məqama çatır. Mütəal Allahın müqəddəs Zatı bütün kamalların mənşəyidir. İnsan yüksək aləmdən gəldiyindən pak və aludə olmamış fitrəti ilə yuxarı aləmlə münasib olan insani kamalları tanıyır və təbiidir ki, onlara meyl göstərir. Buna görə də bütün dövrlərdə olan insanlar yaxşı əxlaqın o cümlədən ədalət, fədakarlıq, düzlük, əmanətdarlıq, yaxşılıq, şücaət, səbr, dözümlülük, elm, xeyirxahlıq, məhrumları müdafiə etmək, ne’mətlər qarşısında şükr etmək, səxavətli olmaq, əhdə vəfalı qalmaq, Allaha təvəkkül etmək, təvazökarlıq etmək, əfv edib güzəştə getmək, mülayim rəftar etmək, insanlara xidmət etmək və s. kimi xüsusiyyətlərin gözəlliyini dərk etmişlər.
Allah Qur’anda buyurur: “And olsun nəfsə və onu yaradana, günah və savab işləri ona ilham edib öyrədənə ki, həqiqətən öz nəfsini aludəliklərdən paklayan kəslər nicat tapar, onu xarab edənlər isə ziyankar olar.”
Əxlaqi işlər təkrar olunduğu zaman nəfsə nüfuz edir və vərdiş halına çevrilərək insan vücudunun bir hissəsinə çevrilir. O, insan ruhunun quruculuğunda, necə olmasında, hətta nə olmasında belə tə’sir göstərir. Məhz buna görə də islam dini əxlaqi məsələlərə xüsusi diqqət yetirmişdir. Əxlaq məsələləri islam dininin böyük bir qismini təşkil edir. Əxlaq barəsində yüzlərlə, minlərlə ayə və hədis deyilmişdir. Qur’an ayələrinin əksəriyyəti əxlaqi göstərişlərdir. Hətta, Qur’anda qeyd olunan hadisələrin və hekayələrin əksəriyyəti əxlaqi səciyyəyə malikdir. Belə ki, Qur’anı əxlaqi bir kitab kimi də nəzərdən keçirmək olar.
Ümumiyyətlə, böyük ilahi peyğəmbərlərin əsas hədəflərindən biri insan nəfslərinin və ruhlarının paklaşdırılması, onlarda gözəl əxlaqi keyfiyyətlərin çiçəkləndirilməsidir. İslam Peyğəmbəri (s.ə.v.v) də öz be”sətinin əsas hədəfini insani kamalların və əxlaqın təkmilləşdirilməsi kimi təqdim edərək buyurur: “Mən Allah tərəfindən əxlaqi gözəllikləri tamamlamaqdan ötrü göndərilmişəm.”1
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) bütün insanlara xitabən buyurur: “Sizə gözəl əxlaqı tövsiyə edirəm, çünki Sübhan Allah məni həmin məqsədlə məb”us etmişdir.”2
O Həzrət (s.ə.v.v) yenə buyurur: “Qiyamətdə insanların əməl tərəzisinə gözəl əxlaqdan da fəzilətli olacaq bir şey qoyulmayacaqdır.”3
Dostları ilə paylaş: |