NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə44/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

96

Bir dəstə İmam Əli əleyhis-salamı üzünə təriflədi. O Həzrət (təvazökarlıq yol üsulu barəsində belə) buyurdu:

Allahım, Sən məni mənim özümdən yaxşı tanıyırsan və mən özümdən onlardan çox xəbərdaram. İlahi bizi onların güman etdiklərindən (təriflədiklərindən) yaxşı et və bizdən bilmədikləri ( Sənin bildiyin) şeyləri (pislikləri) bağışla.1
97

İmam Əli əleyhis-salam (ehtiyacları təmin etmək barəsində) buyurmuşdur:

Ehtiyacları üç şeydən başqa cür təmin etmək münasib deyil: (Birincisi) onu (Allahın yanında) böyüməsi üçün kiçik saymaq; (ikincisi) onu (savab zamanı) aşkar olması üçün gizli saxlamaq; (üçüncüsü, ehtiyac sahibinə) nuş və ləzzətli olması üçün yerinə yetirilməsində tələsmək.
98

İmam Əli əleyhis-salam (qarşıya çıxacaq bəzi hadisələr barəsində) buyurmuşdur:

İnsanlar üçün elə bir dövran gələcək ki, onda şaha söz gəzdirəndən başqa heç kəs yaxın olmayacaq, pis əməlli yalançıdan başqa heç kəs zirək adlandırılmayacaq və əməli düz olan insaflıdan başqa heç kəs zəif və aciz sayılmayacaq. O zaman Allah yolunda sədəqə vermək və mal sərf etməyi cərimə (məcburi verilən mal) sayarlar, qohumlarla get-gəl edərək əlaqə saxlamağa minnət qoyarlar (məsələn, deyərlər ki, «filan-bəhmən edən mənəm») və Allaha bəndəlik etməyi xalqdan üstünlük amili hesab edərlər! (Bu pis əməllərin nəticəsində) həmin dövrdə padşahlıq (hökmranlıq) kənizlərin (səfil avara qadınların) məsləhət və məşvərəti, uşaqların (təcrübəsiz şəhvətpərəst gənclərin) hökmdarlığı, xədimlərin (nalayiq alçaq kişilərin) tədbiri ilə olacaq. (İbn Əbil Hədid öz şərhinin bu yerində belə yazır: İmam əleyhis-salamın bu buyuruğu qeyb xəbərlərindən o Həzrətə məxsus möcüzələrdən biridir.)
99

İmam Əlinin (əleyhis-salam) əynində köhnə və yamaqlı paltar gördülər. Sonra bu barədə o Həzrətlə söhbət oldu. (Ondan bu cür paltar geyinməsinin səbəbini soruşdular.) O Həzrət (köhnə paltar barəsində belə) buyurdu:

Qəlb onunla təvazökar, nəfsi-əmmarə (-pis işlərə əmr edən nəfs) isə ram olur və möminlər onun arxasınca gedirlər (köhnə paltar geyinməklə təvazökarlıq yolu ilə gedir nəfsin istəklərinə etinasız yanaşırlar. Bunun müqabilində təzə gözəl paltar insanı məğrurlaşdırır o, haqdan qafil olaraq günaha düşür).
100

İmam Əli əleyhis-salam (dünya axirət barəsində) buyurmuşdur:



Dünya ilə axirət bir-birinə zidd iki düşmən və bir-birindən ayrı iki yoldurlar (cənnət cəhənnəm yollarıdırlar). Buna görə də dünyanı sevən və ona ürək bağlayan kəs axirətə düşmən olaraq onunla düşmənçilik edib (ona göz yumub). Bu iki şey şərqlə qərb kimidirlər ki, onların ikisinin arasında yol gedən şəxs birinə nə qədər yaxınlaşsa digərindən uzaqlaşar. (Dünyaya ürək bağlayan ona qədər çox bağlansa axirətdən bir o qədər qafil qalar. Eləcə axirətə ürək bağlamış kəs dünyaya rəğbətsiz olar.) Onlar bu ixtilaflarından sonra bir əri olan iki arvada oxşayarlar (ki, heç vaxt bir-birləri ilə düz gəlməzlər. Çünki onların hər birinə yaxınlaşaraq dostluq etmək digərindən uzaqlaşmaq onunla düşmən olmağa səbəb olur.)
101

(İmam Əli əleyhis-salamın səhabələrinin seçilmişlərindən olan) Nauf (ibn Fəzalə) Bikalidən nəql edilib ki: Bir gecə gördüm ki, Əmirəl-möminin əleyhis-salam öz yatağından qalxıb çölə çıxdı və ulduzlara baxaraq belə buyurdu: Ey Nauf, yatmısan, yoxsa oyaqsan? Dedim: Oyağam, ey Əmirəl-möminin.

Buyurdu: Ey Nauf, dünyada zahid olub axirətə ürək bağlayanların xoş halına! Onlar yeri xalça, onun torpağını yataq və suyunu dadlı şərbət ediblər (məişət ləvazimatlarına etinasızdırlar)(həmçinin) Qur'anı köynək (qəlbin zinət bəzəyi) və duanı üst paltarı (hadisələrin qarşısını alan) ediblər. Beləliklə, (dünyaya rəğbəti olmayan Həzrət İsa) Məsih kimi dünyanı özlərindən ayırıblar.

Ey Nauf, Davud əleyhis-salam gecənin bu saatında (səhərə yaxın Allah-təala ilə razü-niyaz üçün) qalxaraq dedi: Bu elə bir saatdır ki, onda dəhyek toplayandan (bac alan yolkəsəndən), xalqı zalımlara tanıtdıran və sirlərini onların yanında faş edəndən, gecə qarovulçusundan və darğanın həmkarlarından və saz, nağara və təbil çalandan başqa dua edən hər bir kəsin duası qəbul olar. (Çünki onların günahları istəklərinin rəva olmasına mane olur. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) «عَرْطَبَة» «ərtəbə» «طُنْبُور» «tunbur» (saz), «كُوبَة» «kubə» isə «طَبْل» «təbl» (təbil nağara) mənasındadır. Bəziləri isə deyiblər ki, «عَرْطَبَة» «ərtəbə» «طَبْل» «təbl», «كُوبَة» «kubə» isə «طُنْبُور» «tunbur» mənasındadır.

102

İmam Əli əleyhis-salam (Allahın hökmlərinə tabe olmaq barəsində) buyurmuşdur:



Allah sizə (namaz, oruc, xums, zəkat, həcc bu kimi) vacibatı əmr edib. Belə isə onları zay etməyin (onların yerinə yetirilməsində səhlənkarlıq etməyin ki, cəzalandırılarsınız). Həmçinin sizin üçün (alver, nigah, boşanma irs hökmləri kimi) həddlər müəyyənləşdirib, onları aşmayın (öz zövqünüzə uyğun hərəkət etməyin ki, biçarə olarsınız). Sizləri (zina, livat, qumar, şərab sələm kimi) bəzi şeylərdən çəkindirib, onların hörmət pərdəsini yırtmayın (onları yerinə yetirməyin ki, dünyada ziyan görər, axirətdə isə əbədi əzaba düçar olarsınız). (Axirətə xeyri olmayan elmin öyrənilməsi kimi) Bəzi şeylərdə isə sizin üçün sükut edib. O, onları unudaraq tərk etməyib (çünki Allah unutmaq xislətindən pak uzaqdır). Buna görə də özünüzü onları əldə etmək üçün çətinliyə salmayın.
103

İmam Əli əleyhis-salam (dinə etinasızlıq barəsində) buyurmuşdur:

İnsanlar dünya mənfəəti əldə etmək üçün din işlərini tərk etsələr, Allah mütləq onların qarşısına ziyanı həmin xeyirdən çox olan şey çıxarar. (Çünki din işlərinə etinasızlıq Allah-təalanın rəhmindən uzaq düşməyə səbəb olur.)
104

İmam Əli əleyhis-salam (dini hökmlərdən xəbərsizliyin ziyanı barəsində) buyurmuşdur:

Nə çox alim (sehr, hesab, nücum, astronomiya, nəsəb bu kimi elm alimləri) ki, (onlarla məşğul olmaq nəticəsində din elminin kəsbindən uzaq düşüb məsum imamlar əleyhimus-salamdan nəql edilmiş din elminə olan) cahillik və nadanlığı onu öldürür (əbədi səadətdən məhrum edir) və onunla olan elm ona fayda vermir.

105

İmam Əli əleyhis-salam (qəlb barəsində) buyurmuşudur:

Bu insanın damarlarının birindən bir parça ət asılıb ki, bu onda olan ən heyrətləndirici şeydir. O, qəlbdir. Onun xoşagələn sifətləri və onlara zidd xoşagəlməz keyfiyyətləri var: ona ümid və arzu üz tutanda tamah və hərislik onu xar edər; tamahı cuşa gələndə hərislik onu həlak edər; ümidsizlik ona yol tapanda həsrət və kədər onu öldürər; qəzəb və əsəbilik qarşıya çıxanda hiddət onu boğar; razılıq və məmnunluq ona yoldaş olanda (xoşagəlməz işlərdən) çəkinməyi unudar; qorxu qəflətən onu bürüyəndə (işdən) uzaqlaşmaq onu məşğul edər; əmin-amanlığı artanda qəflət onu oğurlayar; müsibət və kədər üz verəndə dözümsüzlük onu rüsvay edər; mal tapanda varlılıq onu itaətsizləşdirər; yoxsulluq incidəndə bəla və çətinlik onu əsir edər; aclıq çətinliyə salanda zəiflik onu əldən salar; toxluğu çoxalıb həddini aşanda qarnının doluluğu onu zəhmətə salar. Beləliklə, hədd və normadan aşağı olan hər bir səhlənkarlıq ona ziyan vurar və həddi keçən hər bir artıqlıq onu məhv edər. (Buna görə mötədəllik orta vəziyyəti əldən verməyib hikmət əsasında davranan hər bir qəlb həm dünya, həm axirət mənfəəti xeyrini əldə edər.)
106

İmam Əli əleyhis-salam (on iki imam barəsində) buyurmuşdur:

Biz (Əhli-Beyt), ortada olan söykənəcəyik.1 Geridə qalmış (bizi tanımaqda səhlənkarlıq etmiş) kəs özünü həmin söykənəcəyə çatdırmalıdır (ki, rahatlıq səadət əldə etsin). Həmçinin həddi aşıb qabağa düşmüş (bizim barəmizdə ifrata vararaq bizi bəşər həddindən çıxaran) kəs də həmin söykənəcəyə tərəf qayıtmalıdır (ki, azğınlıqdan nicat tapsın).


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin