Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə109/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   145
Azf-277620

Bədii üslub. 
Bu üslubda yazıçının həyatla bağlı fikir və düşüncələri bədii 
şəkildə, müxtəlif təsvir vasitələri ilə ifadə olunur. Bədii üsluba bədii dil də deyilir. 
Bu üslubun tarixi digər üslublarla müqayisədə qədimdir. Bədiilik, müxtəsərlik, 
yığcamlıq, lakoniklik bədii üslubun əsas xüsusiyyətlərindəndir. Bədii üslubda 
insanı, onun yaşadığı həyatı təsvir etmək üçün dilimizdəki sözlərin müxtəlif məna 
qruplarından – omonimlərdən (eyni səslənməyə malik olan sözlərdən), sinonim-
lərdən (yaxın mənanı ifadə edən sözlərdən), antonimlərdən (əks mənanı ifadə 
edən sözlərdən), məcazların müxtəlif formalarından (bənzətmə, metafora, simvol, 
kinayə, mübaliğə və s.), hətta vulqar leksika, jarqon, köhnəlmiş və ya dilə yenicə 
gəlmiş sözlərdən məqamına görə istifadə olunur. Aşağıda verilən eyni məzmunun 
müxtəlif ifadə şəkillərini müqayisə etsək, bədii üslubun, ifadəlilik, emosionallıq 
baxımından nitqdəki rol və əhəmiyyətini aydın görə bilərik.
 
Adi üslubda. 
“Dağın ətəyində bir yer. Çoban ney çalır. Meşə yuxudan 
oyanır. Günəş çıxır. Şeh quruyur. Qoyunlar mələşir, quzulara qarışır,ana qoyunlar 
öz balalarını tumarlayır. Quzular analarını əmirlər. Sürü yavaş-yavaş dağın ətək-
lərinə yayılır. Bizim maşınımız yola düşür. Maşın bizi mənzərədən uzaqlaşdırır”.
 
Bədii üslubda. 
“Sıldırım qayalı, başı qarlı, ətəkləri yaşıl çəmənli dağın 
yaxınlığında bir yer. Səhərin şirin yuxusundan yenicə oyanmış çoban ətrafa züm-
zümə salan ney çalırdı. Gecənin dəhşətli qaranlığında yorğun adamlar kimi ağır
yatmış meşə öz şirin yuxusundan yavaş-yavaş oyanırdı. Utancaq şərqli qızlarına 
məxsus bir əda ilə gizlənqaç oynayırmış kimi görünüb batan günəş sıldırım 
qayaların arxasından nəhəng yanar kürə kimi çıxırdı. Günəşin göz qamaşdıran 
şüaları altında inci dənələri kimi parlayan yaşıl yarpaqları və çiçəkləri bahar nuru 
ilə çimdirən səhər mehi körpə uşağın üzünə çilənmiş ana südü kimi izsiz, ləkəsiz 
quruyurdu. Köpüklənən dağ çayı kimi yaşıl yamaca yayılan qoyunlar ətrafdakı 
sükutu pozaraq mələşir, səbirsizliklə ana qoynuna sığınmaq üçün can atan 
quzulara qarışır. Anaş-anaş qoyunlar balalarını sinələrinin altına alaraq elə bil ki, 
onları tumarlayırdı. Dəcəl, çevik quzular isə ana südünə həsrət uşaqlar kimi 
acgözlüklə öz analarını əmirdilər. Sürü insan gözünün güclə seçə biləcəyi bir 
sürətlə dağın ətəklərinə yayılırdı. Bizim içi müxtəlif eksponatlarla dolu maşınımız 


195 
yola düşür. Əyri-üyrü yollarla al-əlvan çiçəklərlə bəzənmiş qarşıdakı böyük düzə 
çıxır, təbiətin insana bəxş etdiyi bu gözəl mənzərədən bizi uzaqlaşdırırdı”.
 
Bədii dil iki üsluba bölünür: nəzm və nəsr üslubu. Nəzm üslubunda 
müəyyən ölçülər: söz və ifadələrin heca tərkibi, bölgü, qafiyə, ritm, sətirdəki 
sözlərin mütənasib şəkildə növbələnməsi və s. gözlənilir. Daha çox yığcam, 
mənalı, təsirli, ahəngdar, müsiqili söz və ifadələr işlədilir. Nəsr üslubunda yazılan 
əsərlərin (hekayə, oçerk, roman və s.) dili sərbəstdir. Oradakı sətirlərin həcmi və 
ya xüsusiyyətləri barədə şərtlər qoyulmur. Nəsr üslubunda şeir dilinə nisbətən 
həqiqi və müstəqim mənalı sözlərə daha çox üstünlük verilir.
Elmi üslub.
Bu üslub elmi əsərlərin (monoqrafiya, dissertasiya, 
avtoreferat, məqalə, rəy, tezislər, dərslik və sairənin) üslubudur. Elmi üslub bədii 
üslubdan aşağıdakı xüsusiyyətlərə görə fərqlənir: 
1. Terminlərə geniş yer verilir. Məsələn, müasir Azərbaycan ədəbi dilinə 
aid yazılan əsərdə 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin