Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə63/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   145
Azf-277620

Morfoloji prinsip
yazıda sözlərin qrammatik tərkibini əsas götürür, sözün 
və ya şəkilçinin bir tələffüz forması yazı üçün düzgün sayılır, qalan formalar ona 
tabe edilir, sözün kökü və şəkilçisi vahid bir formada yazılır. Məs.: adi danışıq 
dilində 
ayaq-əyaq, qəbul-qabul, kənar-kanar, xəmir-xamır, pencək-pəncək, bıçaq-
pıçaq, bütöv-pütöv
və s. kimi iki variantda işlənilən sözlərin birinci tələffüz 
forması orfoqrafiyada düzgün sayılır. Yaxud, -lar/-lər, -dar/-dər, -zar/-zər, -nar/
-nər formalarında işlənən kəmiyyət şəkilçisinin bir şəkli –lar/-lər yazılı dildə əsas 
götürülür. 


126 
Orfoqrafik qaydaların tərtibində nəzərə alınan başqa bir prinsip 
tarixi-
ənənəvi 
prinsipdir. Bu prinsipə görə sözün müasir danışıq dilində (ədəbi danışıq 
dilində) səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış 
şəkli saxlanılır, əsas götürülür. Dilimizdə yazılışı ədəbi tələffüzündən fərqli olan 
sözlərin müəyyən bir qismi (məs.: 
dəftər, Səttar, səkkiz, doqquz, müəllim, növbə, 
şənbə, vicdan, uşaq, palıd, ailə
və s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə 
sözlərin vaxtilə ola bilsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır. Həmin 
sözlərin tələffüz tərzi tədricən dəyişmiş, ünsiyyətə daha yararlı, asan olan bir şəkil 
almış, bu səbəbdən də yazılı dildə bir sıra sözlərin orfoqrafiyası və orfoepiyası 
arasında uyğunsuzluq yaranmışdır. Belə bir uyğunsuzluq sözlərin yazılışının 
mənimsənilməsində müəyyən çətinliyə səbəb olur. Lakin bununla belə, bu prinsipi 
kənara atıb müəyyən sözləri müasir tələffüzə uyğunlaşdırıb yazmaq da mümkün 
deyildir. Belə dəyişiklik yazıda ümumi bir dola-şıqlığa, savadsızlığa gətirib 
çıxarar. 
Tarixi-ənənəvi prinsipin başqa bir tələbinə görə alınma sözlər mənbə dilin 
orfoqrafiya qaydalarına uyğun şəkildə yazılmalıdır. Məsələn, 
protokol, motor, 
konsert, komanda, orfoepiya
və s. kimi sözlər alındığı dilin orfoqrafiya 
qaydalarına uyğun şəkildə (yuxarıda göstərilən kimi) yazılır. Əslində isə bu sözlər 
şifahi nitqdə həm alındığı dilin orfoepik qaydası, həm də dilimizin ümumi 
ahənginə müvafiq olaraq yazıldığından fərqli şəkildə (pr(a)t(a)kol, m(a)tor, 
k(a)nsert, k(a)manda, (a)rf(a)epiya şəklində ) tələffüz edilir. 
Lakin bununla belə bir sıra alınmalar dilimizin fonetik sisteminə - 
tələffüzünə uyğun olaraq mənbə dildən fərqli şəkildə yazılır. Məsələn, vokzal – 
vağzal, nomer-nömrə, stakan-stəkan, çemodan-çamadan, metall-metal, şosse-şose, 
proqramma-proqram və s. 
Orfoqrafiyamızın tərtibi prinsipləri ilə bağlı deyilənlərdən belə bir nəticə 
hasil olur ki, fonetik prinsip yazımızda əsas və başlıca, morfoloji prinsip isə 
köməkçidir. Qalan digər prinsiplər (tarixi-ənənəvi və alınma sözlərin yazılışı 
prinsipləri) orfoqrafiya qaydalarının bəzi maddələrində əsas götürülür. Yazılı 


127 
nitqdə orfoqrafiyamızın prinsiplərindən vəhdət şəklində istifadə olunur ki, bu, 
yazımızın inkişafını, yeniləşməsini, qaydaların asan mənimsənilməsini təmin edir. 
Nitqin yazılı formasından istifadə ilə bağlı bir sıra qüsurlar vardır ki, 
onların böyük bir qismi düzgün tələffüzün təsiri ilə baş verir, başqa sözlə, yazılışı 
düzgün tələffüzündən fərqli olan sözlər, qrammatik formalar deyildiyi kimi 
yazılır. Bu qüsurları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
a)
düzgün tələffüzün təsiri ilə baş verən orfoqrafik səhvlər; 
b)
qüsurlu tələffüzün – adi danışıq dili və yerli şivəyə məxsus tələffüzün 
təsiri ilə baş verən səhvlər. 
Birinci qrup səhvlərin özünü də aşağıdakı qruplara ayırmaq olar: 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin