Nitq mədəniyyətinin əsasları


Atalar sözü, zərbi-məsəllər, aforizmlər



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə96/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   145
Azf-277620

Atalar sözü, zərbi-məsəllər, aforizmlər
. Xalq zəkasının, müdrikliyinin 
ümumiləşdirilmiş bədii ifadəsi olan atalar sözü, zərbi-məsəl və aforizmlərdən 
ünsiyyət prosesində geniş istifadə olunur. Bu yığcam, müdrik, obrazlı ifadələr öz 
dərin mənaları ilə yanaşı, gözəl səslənməyə də malikdir. Orada səslərin, xüsusən 
samit səslərin alliterasiyası, saitlərin assonansı deyilişdə ahəngdarlıq yaradır ki, 
bu da həmin ifadələri qulağayatımlı edir, ölçülü nəzm kimi səslənməsinə səbəb 
olur. Məsələn; 
uma-uma döndüm muma; asta vur, usta vur; kor-kor, gör-gör; qız 
yükü, duz yükü; bala dadı bal dadı; pulu pul, minnəti minnət
və s. Bu qəbildən 
olan atalar sözü və məsəllər nitqə səslənmə baxımından xüsusi effekt verir, 
söylənilən fikri konkretləşdirir, onu daha mənalı edir. 
Natiqlik praktikasında, xüsusən tərbiyəvi mövzuda aparılan söhbətlərdə 
ibrətamiz ifadələrdən fikri əsaslandırmaq, dinləyəni hər hansı bir işin icrasına 
sövq etmək və ya ondan çəkindirmək, düşündürmək, deyilənləri əsaslandırmaq, 
yekunlaşdırmaq və s. məqsədlərlə istifadə olunur. Düzgün, yerinə düşən atalar 
sözü və məsəllər söylənilən fikrin, bir növ, məntiqi özəyi olur. Dinləyici bu 
hikmətli ifadələrin köməkliyi ilə nə vaxtsa eşitdiyi və ya oxuduğu bir əhvalatı 
xatırlaya və bütövlükdə yaddaşında bərpa edə bilir. Adamlar bəzən hər hansı bir 
atalar sözünü əsas götürüb onun məzmununa uyğun mühakimələr söyləyirlər. Bu 
mənada atalar sözü, zərbi-məsəllər bir çox hallarda şagird və tələbə inşaları üçün 
mövzu kimi seçilir. Məsələn; 
Arzu arzudan doğur; Torpaq ovuclayan qızıl 
ovuclayar; Dirilik birlikdədir; El sevəni aləm sevər; Vətənə gəldim, imana gəldim
və s.
Natiq həyatın müxtəlif sahələrinə aid olan bu hikmətli ifadələrdən 
nitqində yerində və məqsədəuyğun istifadə etməyi, onları mövzularla, izah olunan 
məsələlərlə uyğunlaşdırmağı bacarmalıdır. Atalar sözü və zərbi-məsəllər, aforizm-


174 
lər yerində deyiləndə daha təsirli olur. Gözəl müəllim, istedadlı natiq olan 
mərhum yazıçımız İ.Şıxlı öz danışığında, mühazirələrində, əsərlərində xalqın 
yaratdığı bu zəngin ifadələrdən ustalıqla istifadə edirdi. Vətənin ağır günləri idi. 
Torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Belə ağır vaxtda satqınlar, 
dönüklər əl-qol açmışdı, meydan sulayırdı. Ermənilərdən də qorxulu olan belə-
lərini xalqa tanıtmaq lazım idi. Elə bu vaxt İ.Şıxlının dövrü mətbuatda kəsərli bir 
yazısı çap olundu. Yazıçı 

sapı özümüzdən olan baltalar” məsəlini misal çəkərək 
satqınlar, xainlərlə bağlı dolaşıq fikirlərə bir aydınlıq gətirdi. Xalq dost və 
düşmənini tanıdı. Bu zərb-məsəl indi də yaramazları adlandırmaq üçün ən tutarlı 
ifadə kimi işlədilir. 
Gətirdiyimiz nümunə bir daha sübut edir ki, hikmətli ifadələr, məsəllər, 
əhvalatlar yerində, vaxtında deyiləndə nitqi zənginləşdirir, onun təsir gücünü 
artırır. 
Ritorik sual.
Müasir Azərbaycan dilində sual cümləsinin elə bir forması 
işlədilir ki, bu cümlələr cavab almaq deyil, nitqin təsirini artırmaq, dinləyicini 
düşünməyə sövq etmək məqsədi daşıyır. Bunlar ritorik sual cümləsi adlanır. 
Məsələn; 
Arzuya bax, sevgilim, tellərindən incəmi? 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin