Samitlərin tələffüzü ilə bağlı orfoepik qaydalar
1. Sonu b,d, v samitləri ilə bitən sözlər ayrılıqda deyiləndə, onlardan sonra
samitlə başlanan şəkilçi və ya söz gəldikdə söz sonundakı cingiltili samitlər
karlaşaraq tələffüz olunur. Məsələn,
mikro(b), mikro(b)suz, mikro(b) düşmək;
perspekti(v), perspekti(v)lik, perspekti(v) plan; zavo(d), zavo(d)dan, zavo(d)
tikmək
və s.
2. Söz daxilində kar samitdən əvvəl gələn v samiti karlaşaraq tələffüz
olunur. Məsələn
, a(v)tomat, A(v)striya, a(v)tobus, e(v)feizm, o(v)çarka, e(v)kalipt
və s.
3.
k
samiti qalın hecalı sözlərdə dilarxası, partlayan kar samit kimi
tələffüz olunur. Məsələn,
(k)urort, a(k)tyor, (k)onfrans, mi(k)rob, (k)ran, k
başqa
məqamda – incə saitli hecaların sonunda gəldikdə də həmin tərzdə (dilarxası,
161
partlayan, kar) tələffüz edilir. Məsələn,
akademi(k`), elektri(k), mi(k`)rob,
fabri(k`)
və s.
4. Vurğusu qoşa samitlərdən sonra vurulan sözlərin müəyyən bir
qrupunda həmin samitlərin biri tələffüzdən düşür. Yazılır:
akkord, kollektiv,
kommentariya, attestat, akkumlyator, qrammatika, korrektor;
deyilir
: a(k)ord,
ka(l)ektiv, ka(m)entariya, a(t)estat, a(k)umlyator, qra(m)atika, ka(r)ektor.
Bu
qəbildən olan digər bir qrup sözdə qoşa samitlər uzun səs kəmiyyətində (bir samit
yarım kəmiyyətində) tələffüz olunur. Yazılır:
assimilyasiya, Hannibal, immunitet,
perron, effekt;
dedilir:
a(s:)imilyasiya, Ha(n:)ibal, i(m:)unitet, pe(r:)on, e(f:)ekt.
Vurğusu qoşa samitlərdən əvvələ düşən sözlərdə cüt samitlər uzun
kəmiyyətdə (və ya yazıldığı kimi) tələffüz olunur. Yazılır:
dollar, novella, elleps,
qamma, madonna, kassa, libretto, professor, propeller;
deiyil:
do(l:)ar, nove(l:)a,
e(l:)epis, mado(n:)a, ka(s:)a, libre(t:)o, profe(s:)or, prope(l:)er.
Alınma sözlərin bəzisində vurğu əvvəlinci, bəzisində orta, bəzisində isə
sonuncu heca üzərində tələffüz olunur. Məsələn
Dostları ilə paylaş: |