Nitq mədəniyyətinin əsasları


a) vurğusu birinci hecaya düşən



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə89/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   145
Azf-277620

, a) vurğusu birinci hecaya düşən 
sözlər
: a`riya, ka`ter, bo`sman, bu`nker, ya`rmarka, yu`mor, ka`bel, ka`ssir, 
ka`ter, lu`pa,`o`rden, o`pera 
və s.; 
b) vurğusu orta hecada tələffüz olunan 
sözlər

akva`rium, ekzo`tika, qramma`tika, orna`ment, dikto`r, konstitu`siya, 
gigiye`na, nota`rius, uro`loq
və s.; 
c) vurğusu son hecada deyilən sözlər:
aqreqa`t, bomba`, vitami`n, qarnizo`n, dialo`q, kiloqra`m, mane`vr, sovka`, foye` 
və s.
Vurğusu söz əvvəli və ortasında gələn sözlərə şəkilçi artırıldıqda 
vurğunun yeri sabit qalır, dəyişilmir. Məs.; a`riya – a`riyalar, le`ksika – 
le`ksikaya, o`pera-o`peranın, Am`erika-ame`rikalılar, dikta`tor-dikta`torluq və s. 
Vurğusu son hecaya düşən sözlərə şəkilçi (və ya şəkilçilər ) artırıldıqda 
vurğu axırıncı hecanın üzərində tələffüz olunur. Məsələn: memua`r-memuarla`r, 
vitami`n-vitaminlə`r, benzi`n-benzinsi`z və s. 
Alınma sözlərin dilimizin fonetik sisteminə uyğun gəlməyən bəzi spesifik 
cəhətləri (sözlərdə saitlərin və samitlərin yanaşı işlənməsi, çoxhecalılıq, heca
vurğusunun qeyri-sabitliyi və s.) onların yazılış və tələffüzünü çətinləşdirir. Bu 


162 
səbəbdən nitqdə bir sıra orfoepik və orfoqrafik qüsurlara yol verilir. Həmin 
qüsurları aşağıdakı kimi qruplaşdırmaq olar. 
1.
Kitab tələffüzü ilə bağlı qüsurlar: orfoepiyası orfoqrafiyasından fərqli 
olan sözlər yazıldığı kimi tələffüz edilir. Məsələn, 
morfologiya (marfalogiya), 
poeziya (paeziya), postament (pastament), fonetika (fanetika), Odessa (Adessa), 
akkordeon (akardiyon), qrammatika (qramatika
) və s.
2. Sözlər yerli dialektə və ya adi danışıq dilinə uyğun şəkildə yazılır və 
deyilir. Məsələn; oxtiyabr (oktyabr), Ukranya (Ukrayna), kərtof (kartof), işkaf 
(şkaf), qruppa (qrup), qosmos (kosmos), irezin (rezin), birqədir (briqadir) və s.
3. Bu qrupa aid edilən qüsurların digər qismi heca vurğusunun düzgün 
deyilməməsi ilə bağlıdır. Bu özünü iki şəkildə göstərir: a) vurğunu sonrakı 
hecadan əvvəlki heca üzərinə keçirilməsi. Məsələn, 
fone`m, morfe`m, reji`m, 
pedaq`qoq əvəzinə fo`nem, re`jim, pedaqoq, mo`rfem deyilməsi;
b) əksinə, 
əvvəlki hecadakı vurğunun sonrakı heca üzərinə keçirilməsi. Məsələn; 
ka`fedra, 
o`pera, o`rden, fi`zika, fi`rma, li`rika o`fis, meta`fora, si`ntez əvəzinə kafe`dra 
ope`ra, orde`n, fizi`ka, firma`, liri`ka, ofi`s, metafo`ra, sinte`z
kimi tələffüz 
olunması.
Alınma sözlərin tələffüzündə (eləcə də yazılışında) qüsurlara yol 
verilməsi nitqə ümumi bir pozğunluq gətirir, onun məzmunu itir və ya çətin 
anlaşılır, təsir gücü azalır. Qüsurlu tələffüz yazıya da öz mənfi təsirini göstərir. 
Yazılı işlərdə alınmaların nöqsanlı deyilişindən irəli gələn orfoqrafik səhvlərə 
tez-tez təsadüf etmək mümkündür. Yazıdakı bu qüsurları aradan qaldırmaqdan 
ötrü, birinci növbədə alınma söz və terminlərin nitqdə düzgün deyilməsinə nail 
olmaq lazımdır. Bunun üçün yararlı sayılan vasitələrdən biri alınma sözlərin 
düzgün yazılış və tələffüz şəklini göstərən sorğu kitabları, sözlüklər, lüğətlərdir. 
Bu cür vəsaitin olmaması nəticəsidir ki, danışanlar çox zaman nə cür tələffüz 
etməyin düzgün olduğuunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Eyni çətinlik 
alınma sözlərin yazılışında da özünü göstərir. Belə bir ehtiyac nəzərə alınaraq bu 
sətirlərin müəllifi tərəfindən alınma sözlərin yığcam orfoepik lüğəti tərtib olun-
muşdur. Oraya nisbətən çox işlənən, həm də yazılış və tələffüzündə müəyyən 


163 
çətinliklərin qarşıya çıxa bilməsi ehtimal olunan sözlər, terminlər, coğrafi yer 
adları, məşhur şəxsiyyətlərin adları və s. salınmışdır (Bax: Azərbaycan dilinin 
müxtəsər orfoepiya lüğəti. Bakı, 2013). Lakin bu, nitq mədəniyyətinə yiyələnmək 
baxımından kifayətləndirici deyildi. Dilimizin orfoepiyası ilə bağlı ciddi 
tədqiqatlar aparılmalı, düzgün tələffüz normalarını əks etdirən monoqrafiyalar, 
populyar əsərlər, vəsaitlər, sözlüklər, lüğətlər, sorğu kitabçaları və s. nəşr olunub 
bu dildə danışanların istifadəsinə verilməlidir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin