167
Səslərin,
kəlmələrin uyğunluğunun nitqin, şeirin, gözəl səslənməsindəki
rolundan bəhs edərkən fransız şairi, ədəbiyyat nəzəriyyəçisi Bualo “Poeziya
sənəti” adlı kitabında yazırdı: “Ahəngdar kəlmələrin münasib uyğunluğunu yarat
ki, şeir bütövlükdə gözəl səslənsin; unutma ki, samitlərin
kobud səslənməsi və
nahamar düzülüşü ikrah hissinə səbəb olur. Şeirdəki fikir oldu, söz gözəlliyi
olmadı, sözlər və səslər qulağı dəldi, belə şeiri heç kəs oxumaz və dinləmək
istəməz”.
Alliterasiya bir poetik
üslubi priyom kimi klassik, eləcə də çağdaş
poeziyamızda çox geniş yayılmışdır. Məsələn, Səyavuş Məmmədzadənin bir
şeirindən aşağıdakı parçanı nümunə kimi göstərək.
Qatar gedir, qaranlığı yara-yara,
Qatar gedir yollarını yora-yora,
Qatar gedir, köhlən qatar, qatır qatar,
Qaranlığı qabağına qatır qatar.
Qatar qaçır, qatar uçur, alov saçır,
Gələcəyin toranında yollar açıq.
O qatarda biz gedirik,
Az gedirik, üz gedirik,
Dərə-təpə, düz gedirik.
Bu şeirin məzmunu məlumdur, amma
oxucunu cəlb eləyən həm də
şeirdəki alliterasiyadır, eyni samit səslərin – daha çox
q
səsinin sanki qatarın
gedişinə uyğun bir-birini təqib etməsi, nizamla işlədilməsidir.
Eyni sözün təkrarı (eləcə sə sinonimlərin işlədilməsi) nitqdə, xüsusən
bədii
əsərlərdə, şeirdə ahəngdarlığı yaradan vasitə olur. Bunu müşahidə etmək
üçün S.Məmmədzadənin şeirindən başqa bir parçanı nəzərdən keçirək:
Şuşanı qar gördüm, qar gördüm,
Elimi var gördüm, var gördüm.
168
Səslədim ötən günləri,
Daşları kar gördüm, kar gördüm.
Bağları dağ gördüm, dağ gördüm,
Həmişə sağ gördüm, sağ gördüm.
Bir bulaq aynasında
Saçımı ağ gördüm, ağ gördüm.
Səslərin, sözlərin təkrarından yaranan ahəngdarlıq, ritm bu şeir parçasında
öz musiqisini, nəğməsini də oxucuya diqtə edir. Səslərin yaratdığı ahəngdarlıq
təkcə şeirlərdə deyil, nəsr üslubunda yazılan mətnlərdə də özünü göstərir. Nəsr
əsərlərində eyni və ya yaxın səslərin sözlərin əvvəlində və ya ortasında ardıcıl
düzümü üslubi effekt yaradır. Aşağıdakı
parçada
Ģ
samitinin alliterasiyası
dediklərimizə nümunə ola bilər:
“
Sona şamı yandırdı. Şamın işığı foroşəklin üstünə düşdü və Gülağanın
gözləri o şam işığında işıldadı”
(Elçin).
Yaxud,
m, n
səslərinin yaratdığı ahəngdarlıq:
“Indi mən nə edim, Qəmər?
Axı sən mənim sirdaşım, dar günümdə harayım idin. Sən məni çox dardan
çıxarmısan. Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdün”
(İ.Şıxlı).
Hər iki nümunədə səs düzümündən məharətlə istifadə edilərək ifadəlilik,
ahəngdarlıq yaradılmışdır.
Natiq nitqdə ahəngdarlığı yaradan vasitələr, xüsusən ədəbi tələffüz haqda
geniş linqvistik məlumata malik olmalı, həmin bilikləri öz nitq praktikasına tətbiq
edə bilməlidir.
Dostları ilə paylaş: