171
Mən yaşıd qardaşam qocayla, gənclə,
Sirli bir aləməm bütün aləmdə.
Nifrət məhəbbətlə, sevinc kədərlə,
Baş-başa uyuyur mənim sinəmdə.
N.Xəzri
Bu parçada lirik qəhrəmanın dünyaya, insanlara münasibəti, ümumiyyətlə,
bədii portreti
qoca-gənc, nifrət-məhəbbət, sevinc-kədər
kimi antonimlərlə qabarıq
şəkildə nəzərə çatdırılır.
Antonim sözlərdən əşya və hadisələrin qarşılaşdırılması,
müqayisə yolu
ilə təzadlı lövhələrin yaradılması məqsədilə istifadə olunur. Bu baxımdan
aşağıdakı nümunələrə diqqət edək:
Sən mənim qəribə qismətim, payım,
Gecələr gündüzüm, gündüzlər ayım.
Güneydə-quzeyim, qışda yazımsan,
Sən mənim həmişə əlçatmazımsan.
B.Vahabzadə
Mən bir xarabalıqla bir gülüstanın,
Mən xəzanla baharın, qocayla gəncin,
Mən ölümlə həyatın, qəmlə sevincin
Arasında qurulmuş böyük bir körpüyəm.
M.Müşfiq
Burada
gecə-gündüz, güney-quzey, qış-yaz, xarabalıq-gülüstan, xəzan-
bahar, qoca-gənc, ölüm-həyat, qəm-sevinc
kimi antonimlərlə təzadlı lövhələr
yaradılmışdır.
Natiqlik təcrübəsində danışan bəhs etdiyi
əşya və hadisələrin kəmiyyət,
keyfiyyət, zaman və məkan məzmunlarının əks və ziddiyyətli cəhətlərini ifadə
172
edərkən daha uyarlı və təsirli antonim sözlərdən istifadə etməyi bacarmalıdır. Bu
məqsədlə
antonimlər məntiqi vurğu ilə, nəzərə çarpacaq bir tərzdə tələffüz
olunmalıdır.
Obrazlılıq yaradan, fikri, mətləbi məntiqi çalarlarla diqqətə çatdıran ifadə
vasitələri kimi nitq mədəniyyətində, natiqlik sənətində frazeologizmlərin – idiom,
ibarə, hikmətli söz, atalar sözü, zərbi-məsəl, metafora, metonimiya, sinekdoxa və
sairənin də rolu böyükdür.
Dostları ilə paylaş: