Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə95/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   145
Azf-277620

Frazeoloji birləşmələr.
Nitqin emosionallığını, obrazlılıq və ifadəliliyini 
yaradan ən təsirli vasitələrdən biri frazeoloji birləşmələrdir. Məcazi məna kəsb 
edən bu birləşmələrin nitqdə yaratdığı canlılıq, obrazlılıq onların qarşılığı olan 
leksik sinonimlərdən qat-qat qüvvətlidir. Müqayisə edək: 
danışmaq-söz açmaq; 
doğulmaq-dünyaya gəlmək; ölmək-dünyasını dəyişmək; incimək-üz çevirmək; 
çaşmaq-özünü itirmək; gedib-gəlmək-ayaq döymək; yoxlamaq-ağzını aramaq; 
tutulmaq-ələ keçmək; yaşamaq-ömür sürmək; dirçəlmək-baş qaldırmaq 
və s.
Dilimizdə frazeoloji birləşmələr forma və məzmunca olduqca zəngindir. 
Danışıq prosesində onlardan bütövlükdə nitqi qüvvətləndirmək, məna 
rəngarəngliyi və ifadəlilik yaratmaq məqsədilə tez-tez istifadə olunur. Məsələn, 
ağzına dil atmaq, canını boğazına yığmaq, kirpiyi ilə od götürmək, Çin səddi 
qoymaq, qayğı göstərmək, milləti satmaq, aranı qarışdırmaq, danışıqları pozmaq, 
quşu gözündən vurmaq, quşu quş ilə tutmaq, toydan sonra nağara, qabağına 
kötük itələmək
və s.
Dinləyici ilə təmasda olan natiq (müəllim) öz nitqinin, danışığının digər 
cəhətlərilə yanaşı, məcazi söz və ifadələrlə zəngin olması qayğısına da qalmalı, 
dilimizin ayrı-ayrı funksional üslublarına – bədii, ictimai-siyasi, publisistik, 
məişət, adi danışıq üslublarına aid frazeoloji birləşmələri məqsədəuyğun şəkildə 
işlətməyi bacarmalıdır.Bu birləşmələr nə qədər yerli-yerində işlədilsə, nitq bir o 
qədər zəngin, əlvan və rəngarəng olar. Ulu öndərimiz Heydər Əlıiyevin nitqi bu 
baxımdan nümunəvi idi. “Ümumiyyətlə, Heydər Əliyevin nitqlərində, çıxışla-
rında, məruzələrində çox az cümlə tapmaq olar ki, orada frazeoloji vahidlər 
işlənməmiş olsun” (32, 103). 


173 
Söz ustaları nitqlərində dilin bu ifadəlilik vasitəsinin sinonim cərgəsindən 
də istifadə edirlər. Məsələn
; Onlar bu yolda böyük əziyyətlər çəkmiş, gecəni-
gündüzə qataraq işləmiş, alın təri axıtmış, əllərindən gələni əsirgəməmişlər
: Bu 
tipli cümlələrdə və ya mətnlərdə sinonim cərgəni təşkil edən frazeoloji vahidlər 
bir-birini tamamlayır, nitqdə ifadəlilik, aydınlıq və bütövlük yaradır. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin