174
lər yerində deyiləndə daha təsirli olur. Gözəl müəllim, istedadlı natiq olan
mərhum yazıçımız İ.Şıxlı öz danışığında, mühazirələrində, əsərlərində xalqın
yaratdığı bu zəngin ifadələrdən ustalıqla istifadə edirdi. Vətənin ağır günləri idi.
Torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Belə ağır vaxtda satqınlar,
dönüklər əl-qol açmışdı, meydan sulayırdı. Ermənilərdən
də qorxulu olan belə-
lərini xalqa tanıtmaq lazım idi. Elə bu vaxt İ.Şıxlının dövrü mətbuatda kəsərli bir
yazısı çap olundu. Yazıçı
“
sapı özümüzdən olan baltalar” məsəlini misal çəkərək
satqınlar, xainlərlə bağlı dolaşıq fikirlərə bir aydınlıq gətirdi. Xalq dost və
düşmənini tanıdı. Bu zərb-məsəl indi də yaramazları adlandırmaq üçün ən tutarlı
ifadə kimi işlədilir.
Gətirdiyimiz nümunə bir daha sübut edir ki, hikmətli ifadələr, məsəllər,
əhvalatlar yerində, vaxtında deyiləndə nitqi zənginləşdirir, onun təsir gücünü
artırır.
Ritorik sual.
Müasir Azərbaycan dilində sual cümləsinin elə bir forması
işlədilir ki, bu cümlələr cavab almaq deyil, nitqin təsirini artırmaq, dinləyicini
düşünməyə sövq etmək məqsədi daşıyır. Bunlar ritorik sual cümləsi adlanır.
Məsələn;
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Dostları ilə paylaş: