Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə97/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   145
Azf-277620

(M.Müşfiq) 
Vətənim verdi mənə nanu-nəmək, 
Vətəni, məncə, unutmaq nə demək? 
(A.Səhhət) 
Vətən və ana. Bu iki sözdən şirin və müqəddəs nə ola bilər? və s. 
Bu qəbildən olan sualların bir qismi (bədii suallar) dildə frazeoloji vahid 
kimi sabitləşmişdir: “Ağ at arpa yeməz?”, “Varlığa nə darlıq?”, “Çay nədir, say 
nədir?”, “Dəvəyə çimdik neylər?” və s. Natiqlik sənətində bu tipli cümlələrdən 
dinləyicilərin diqqətini səfərbər etmək, müəyyən fikri qətiləşdirmək, məlum olanı 
bir daha təsdiqləmək (məsələn, 
Danışığında qüsurlara yol verən müəllim öz 
şagirdlərini mədəni nitqə yiyələndirə bilərmi?; Özünə umac ova bilməyən, özgəyə 


175 
necə əriştə kəsə bilər?
və s.) məqsədilə istifadə edilir. Mühazirəçi lazım bildikdə 
(sualın izahına ehtiyac duyulduqda) bu suallara özü cavab verə bilər. 
Nitqin üslubi rəngarəngliyinin təmin edilməsində dilin bədii təsvir 
vasitələrinin (metafora, metonimiya, sinekdoxa, epitet, müqayisə, bənzətmə, 
mübaliğə, tabu sözlər və s.) də rolu böyükdür. Onlardan bir neçəsini yığcam 
şəkildə şərh edirik.
METAFORA. 
Metafora yunan sözü olub mənası “məna keçirilməsi” 
deməkdir. Metafora müxtəlif əşyalar arasında əlaqə - (bənzətmə, oxşarlıq, 
müqayisə) kimi dərk edib, onları eyni səs tərkibli sözlə adlandırmaqdır. Məsələn; 
canavarın başlıca xüsusiyyəti güclü, yırtıcı, vəhşi, dağıdıcı olmasıdır. Hər hansı 
adamda belə xüsusiyyət olarsa, ona “canavar” deyilir və bu sözlə bağlı dildə 
metafora yaranır. Yaxud, bic, hiyləgər adama “tülkü” deyilərsə, bu da metaforadır. 
Hal-hazırda məşhur səhnə ustaları, müğənni və başqalarının “ulduz” adlandırıl-
ması da metaforadır. Dilimizdə heyvan adlarından: pələng, aslan, canavar, tülkü, 
çaqqal, ayı, ilan, qoyun, quzu, maral, ceyran, öküz, eşşək, qurbağa və s.; quş 
adlarından tərlan, bülbül, kəklik, sona, göyərçin, bayquş; həşərat adlarından 
hörümçək, əqrəb və s. sözləri metaforik mənada işlənə bilir. Danışıq dilində insan-
lar dəyərləndirilərkən onlara verilən mənfi və müsbət qiymətlər müvafiq 
metaforalarla ifadə olunur. Müsbət xüsusiyyəti ifadə edəndə 
ceyran, maral, aslan, 
pələng, sona, bülbül, göyərçin,
mənfi xüsusiyyətləri göstərmək üçün 
tülkü, öküz, 
ilan, qurbağa
və s. kimi metaforalar işlədilir. 
Metaforalar əşya və hadisələrin müəyyən bənzəyiş əlaqələri əsasında 
yaranır. Dilçilik ədəbiyyatında bu oxşarlığın aşağıdakı formaları göstərilir: 
a) zahiri oxşarlıqla əlaqədar yaranan metaforalar. Bəzən insana aid 
cəhətlər adi oxşarlıq nəticəsində başqa əşyaların üzərinə keçirilir. Məsələn; 
qabın 
boğazı, ayaqqabının burnu, çayın qolu, südün üzü 
və s.
b) daxili əlamətlərinə görə oxşarlıq nəticəsində əmələ gələn metaforalar. 
Məsələn; 
tülkü, maral, aslan, canavar, quzu, göyərçin, sona
və s. Heyvan və quş 
adları insan üzərinə köçürüldükdə həmin sözlər metaforaya çevrilir. 


176 
c) insana və ümumiyyətlə, canlılara məxsus xassələr əşyaların üzərinə 
köçürüləndə metafora əmələ gəlir. Məsələn; 
ölüm gəzir, fikir doğur, işlər axsayır, 
ay doğur 
və s.
Metafora, adətən, bədii təsvir vasitəsi kimi qiymətləndirilir və onun 
haqqında bu səpkidə bəhs edilir. Eyni zamanda məcazın bu növündən emosional-
ekspressiv xarakterli nitqdə təsirli bir vasitə kimi istifadə olunur. Qədim Roma 
alimi Kvinntilian metaforanı məcazın ən yaxşı növü hesab etməklə onu “təbiətin 
vergisi” kini qiymətləndirmişdir: “Metafora, yaxud məna köçürməsi nitqi 
gözəlləşdirməklə bərabər, adları olmayan əşyalara da ad verir” (22, s.16). 
Mədəni nitqdə, natiqlik sənətində metaforadan istifadənin əhəmiyyəti 
böyükdür. Natiq dərin və incə hissləri verə bilmək, dinləyicinin estetik zövqünü 
oxşamaq, ona qüvvətli emosional təsir göstərmək üçün dilin bu ifadəlilik 
vasitəsini ustalıqla işlətməyi bacarmalıdır. 
METONİMİYA
. Daxili və xarici əlaqələr əsasında mənanın bir sözdən 
başqa sözə keçirilməsi metonimiya adlanır. Məsələn, 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin