Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə105/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   145
Azf-277620

məsdər tərkibləri
cümlədə sözlər arasında əlaqəni 
yığcam şəklə salır, mənanı dəqiqləşdirir, fikrin qısa və yığcam ifadəsinə xidmət 
edir. 
Bəzən keçmişləri xatırlamaq da çox ağır olar
(C.C.); 
Öz həyətinin 
meyvəsini babat qiymətə sata bilmək, ildə nağd üç-dörd yüz manat pul əldə etmək 
arzusu ilə gecə-gündüz çalışırdı (
Ə.Ə.). 
Dilimizdə cümlə üzvlərinin məntiqi – qrammatik cəhətdən məqbul sayılan 
müəyyən 
düzülüĢ ardıcıllığı
vardır: mübtəda xəbərdən əvvəl, təyin təyin 
olunandan qabaq, zərflik feli xəbərdən əvvəl, tamamlıq xəbərin yanında gəlir. 
Belə bir ardıcıllıq fikrin ifadəsi üçün yararlı sayılır. Xüsusən, yazılı nitqdə bu sıra 
düzümü daha çox gözlənilir. 
Bəzən fikrin məzmunundan, subyektin məqsədindən asılı olaraq bu sıra 
pozulur, cümlə üzvləri öz yerlərini dəyişir. Bu dəyişiklik üslubi effekt yaratmaq, 


187 
söz və söz birləşmələrini daha çox nəzərə çarpdırmaq məqsədi daşıyır. Belə 
inversiya şeir dilində özünü daha çox göstərir. 
Xəbərin mübtəda ilə yerini dəyiĢməsi 
Dağılın buludlar, kəsilin gurultular, sakit olun ildırımlar
(Ə.Haqver-
diyev); 
Sızlar yada düşəndə ürəyimin telləri, O mehriban, o əziz tələbəlik illəri 
(C.H.); 
Lalə, bəsdir! Onu gəl gözləmə sən, Keçdi üstündən o dəhşətli bulud... 
(S.V.). Bu nümunələrdə xəbər (dağılın, sızlar, gözləmə, keçdi) mübtəda ilə yerini 
dəyişərək cümlənin əvvəlinə keçirilmiş, məntiqi vurğu altına düşmüş, cümlə 
bütövlükdə güclü emosional rəng almışdır. 
Tamamlığın xəbərlə yerini dəyiĢməsi 
Dərdi verək küləklərə, ağlamayaq için-için. Toxum səpək küləklərə, 
xeyirxahlıq göyərtməkçin
(N.X.). 
Tamamlığın xəbərlə inversiyası atalar sözlərində daha çox müşahidə 
olunur: 
Saxla samanı, gələr zamanı; Açaram sandığı, tökərəm pambığı
və s. 
Müəyyən vasitəsiz tamamlıq olan cümlələrdə məntiqi vurğu mübtəda üzərinə 
düşərsə, həmin söz (mübtəda) xəbərin əvvəlinə gətirilir. Məsələn, 
Əhvalatın hamı-
sını mən bilirəm 
(Ə.Haqverdiyev); 
Nənəmdən xoş xəbəri mən gətirmişəm
(Ə.M.). 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin