Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə103/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   145
Azf-277620

Axı ədatı. 
Axı ədatı sual məzmununu gücləndirməklə bir neçə mənada işlənərək 
üslubi çalarlıq yaradır. 
1.
Sual məqamında:
Axı bizim nə günahımız var?
(M.H.) 
2.
Etiraz, narazılıq məqamında: 
Bir də axı sən dediyin sözlər bizim işimiz de
yil (M.Cəlal). 
3.
Təəssüf məqamında: 
Ay camaat, dəftərxanada qalan var axı!
(M.Cəlal). 
4.
Məzəmmət, nəsihət, məsləhət məqamında: 
Axı sən dünyagörüşlü adamsan
(S.R.). 
5.
Xəbərdarlıq məqamında: 
Axı necə olursa-olsun düşmən yenə düşməndir
(Y.S.). 


184 
Axı mən tək gəlməmişəm. 
6.
Xahiş-yalvarma məqamında: 
Axı mən iş adamıyam
(S.R.). 
Danışanın (yazanın) ifadə olunan fikrə və obyektiv varlığa münasibətini 
bildirən 
modal sözlə
r də nitqə müxtəlif məna çalarları (inamsızlıq, razılıq, nara-
zılıq, təəssüf, şübhə, təəccüb, tərəddüd, kinayə və s.) verir, onun emosionallığını, 
ekspressivliyini artırır, fikrin ifadəsində yığcamlığı təmin edir. 
Deyilənlərə görə, o türbədə müqəddəs bir adam basdırılmışdı
(İ.Ş.); 
Deyəsən, uzaqdan qaraltılar görünür
(M.S.O.); 
Doğrusu, bu sözləri deyəndə 
rəhmətlik atamı xatırlayıram 
(M.H.); 
Zənnimcə, siz təqsirkarsınız
(İ.Ş.); 
Nəhayət, 
o nisbətən yüngülləşdi, həyəcanı, narahatlığı azaldı
(V.B.). 
Sintaksisin üslubi ilə bağlı məsələlər 
Dilin üsluibiyyatla bağlı olan bölmələrindən biri də sintaksisdir. Elə bir 
sintaktik vahid, quruluş yoxdur ki, nitqin üslubca zənginləşməsində bu və ya digər 
dərəcədə iştirak etməsin. Bu baxımdan sadə cümlənin məqsəd və intonasiyaya 
görə növlərinin imkanları genişdir. Onlardan sual cümləsi nitqdə daha çox məna 
çalarları kəsb edir. Məlumdur ki, sual cümlələrindən naməlum bir şey, hadisə 
haqda nəyi isə öyrənmək və ya fikrin doğruluğunu müəyyənləşdirmək məqsədilə 
istifadə olunur: 
Yavrum, quzum, adın nədir? 
Gülbahar. 
Söylə sənin atan, anan varmı? 
Var.
(H.C.) 
Sual cümlələri məqsəddən asılı olaraq digər bir sıra mənalarda da işlənir 
ki, bunlar nitqə rəngarənglik gətirir, onun emosionallığını, ekspressivliyini, 
ahəngdarlığını artırır, nitqi zənginləşdirir. Bu cümlələr intizar, təəccüb, narazılıq, 
nigarançılıq və s. mənaları da ifadə edir. Məsələn; 
Yoxsa onların başında bir iş 
var? 
(F.K.) (intizar, nigarançılıq); 
Necə? Mən inqilabi sayıqlığımı itirmişəm? 
Kimsəyə gərək olmamaq?! Sən heç bilirsən bu nə deməkdir?
(B.V.) (təəccüb, 
etiraz); 
Zəhləsini niyə tökdün, nə istəyirdin ondan?
(V.B.) (etiraz); 
Nə istəyirsən 


185 
məndən? Mən acından günorta dururam, qızıl var məndə, ay naxələf oğlu 
naxələf?! 
(E) (narazılıq); 
Al, gör bu necədir?
(C.B.) (təhrik); 
Niyə məni 
aldadırsan?
(C.Ə.) (məzəmmət). 
Sual cümlələri ədatlarla işləndikdə burada müxtəlif məna çalarlığı ifadə 
olunur: 
Mənim qəlbim deyir ki, Hələ bunlar nədir ki
(M.M.). 
Axı sənə yazığım 
gəlir? 
(İ.Ş.);
-
Bəs atan yoxdur? 
-
Həm var, həm də yoxdur, müəllim
(Ə.H.) 
Modal sözlər də suala qətilik, şübhə, ehtimal, güman və s. kimi emosional 
çalarlıq verir. 
Deyəsən, sənin arzuladığın vaxt gəlib çatmışdı
(P.M.); 
Yaxşı, bəs sənə nə 
düşüb bu cür canfəşanlıq edirsən?
(A.); 
Doğrudan da, işin var sənin?
(E.). 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin