Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə90/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   145
Azf-277620

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


164 
VI F Ə S Ġ L 
 
NĠTQĠN ÜSLUBLARI 
Mədəni nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını 
gözləmək kifayət etmir. Bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır. 
Yəni danışarkən elə sözlər seçilməli, cümlələr elə qurulmalıdır ki, fikir dəqiq və 
aydın ifadə oluna bilsin. Danışan və ya yazan işlətdiyi hər bir sözün əhəmiyyətini, 
onun nəzərdə tutulan fikrin ifadəsi üçün nə dərəcədə yararlı, dəqiq olmasını 
nəzərə almalıdır. Həm danışıq, həm də yazıda hər hansı bir söz öz həqiqi 
mənasından başqa, digər mənalarda da işlənilir. Mənadan doğan forma rənga-
rəngliyi dilin üslubi imkanları əsasında yaranır ki, bütün bunlar dilin üslubiyyat 
bəhsində öyrənilir (2, 204). 
Natiq Azərbaycan dilinin fonetik, leksik və qrammatik imkanlarını həm 
nəzəri, həm də praktik cəhətdən öyrənməli, nitqin dəqiqliyi, yığcamlığı, ahəng-
darlığı, bədiiliyi üçün üslubi imkanlardan yerində, ünsiyyətin tələblərinə uyğun 
istifadə etməyi, ədəbi dilimizin ifadə vasitələrindən konkret şəraitlə bağlı yarar-
lanmağı bacarmalıdır. 
Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik, 
leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə 
tərzidir, sistemidir. Bu istifadə bir sıra amillərlə, şərtlərlə (ünsiyyətin şəraiti, 
məqsədi, müsahibin marağı, anlama səviyyəsi və s.) bağlı olur və müxtəlif 
formalar kəsb edir. Bir halda danışan qarşısına müsahibindən nəyisə öyrənmək və 
ya ona hər hansı əşya, hadisə barədəsə məlumat vermək, başqa bir halda təbiət və 
cəmiyyətdəki hadisələr, qanunauyğunluqlarla bağlı biliklərini şərh etmək, digər 
bir məqamda əşya və hadisənin təsvirində müsahibin hisslərinə, duyğularına təsir 
göstərmək və sair məqsədlər qoyur. Üslub fərdidir, danışanların hər birinin 
özünəməxsus nitq üslubu vardır. 
Dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu keyfiyyətlər dilin 
fonetikası, leksikası və qrammatikasının imkanları sayəsində yaranır, nitqə üslubi 


165 
çalarlıq gətirir, onu səlis, çevik, mənalı və kəsərli edir, estetik təsir gücünü artırır. 
Dil vahidlərinin üslubi imkanlarından danışarkən prof.Ə.Dəmirçizadə yazır: 
“Üslub dedikdə biz sözlərin, ifadələrin, qrammatik vasitələrin və fonetik imkan-
ların məqsədəuyğunluq əsasında seçilmiş vahidlər sistemini başa düşürük” (18, 
32). “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” kitabında dil vahidlərinin üslubi
imkanları eyni mövqedən qiymətləndirilir (37). 
Fonetik, leksik, morfoloji, sintaktik normalar ədəbi dilin strukturu ilə 
bağlı olub nitqin düzgünlüyünü təmin edirsə, üslub normaları leksik-qrammatik 
normaların bir növ törəməsi olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyini 
artırmaqla ünsiyyəti asanlaşdırır, onun təsirli, cəlbedici olmasını, danışan, oxuyan 
və dinləyənin ən incə məqamları, mətləbləri ifadə və dərk edə bilməsini təmin 
edir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin