158
Saitlə bitən sözlərdə:
küçə ilə-küçeynən, ana ilə-aneynan,
sürü ilə-
sürüynən, arzu ilə-arzuynan, nənə ilə-nəneynən və s.
12.
Üçün
qoşması ahəng qanununa tabe olaraq əvvəlinci
ü
saitinin
düşməsi ilə dörd variantda –
çın, -çin, -çun, -çün
şəklində tələffüz edilir. Məsələn,
anamız üçün-/anamızçın/, vətənimiz üçün-/vətənimizçin/, onun üçün-/onunçun/,
üzüm üçün-/üzümçün/ və s. Bu qoşma sonu
a, ə
saitləri ilə bitən sözlərdən sonra
gəldikdə
həmin saitlər bitişdirici
y
samiti qarşısında e qapalı saitinə çevrilərək
tələffüz olunur. Məsələn, ana üçün-/aneyçün/, idarə üçün-/idareyçün/ və s.
Mürəkkəb qısaltmaların (abreviaturlarin) tələffüz qaydalari
Baş hərflərdən ibarət mürəkkəb qısaltmalar aşağıdakı şəkildə tələffüz
olunur:
a) səslərin adı ilə oxunanlar: YAP (Yeni Azərbaycan Partiyası), ABŞ
(Amerika Birləşmiş Ştatları), AVCİYA (Azərbaycan
Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyası), ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı), AŞPA (Avropa Şurası Parlament Assambleyası) və s.
b) hərflərin adları ilə oxunanlar: MSK (emseka), (Mərkəzi Seçki
Komissiyası), MDB (emdebe), (Müstəqil Dövlətlər Birliyi), BMT (beemte) (Bir-
ləşmuiş Millətlər Təşkilatı) və s.
c)
bütöv şəkildə, tərkibindəki sözlərlə oxunanlar, DYP (Dövlət Yol
Polisi), KİV (Kütləvi İnformasiya Vasitələri), QDİƏ (Qara Dəniz İqtisadi Əmək-
daşlığı), AMEA (Azərbaycan Milli Elmlər Akademiyası), ADPU (Azərbaycan
Dövlət Pedaqoji Universitetei) və s.
ç) İxtisarla yazılan ad və ata adları (N.Ə.Abdullayev, Z.T.Məmmədov,
T.İ.Tahirov və b.) bütöv oxunur.
Dostları ilə paylaş: