Alınma sözlərin tələffüzü
Alınma sözlərin əksəriyyəti mənbə dillərin məqbul sayılan orfoepik
normaları əsasında tələffüz olunur. Yalnız bir qrup alınma sözün tələffüzündə
dilimizin orfoepik normaları əsas götürülür.
159
Yazı vasitəsilə danışığa daxil olan söz və terminləri mənbə və Azərbaycan
dilində yazılış və tələffüzü baxımından aşağıdakı qruplara ayırmaq olar:
1.
Azərbaycan dilinin fonetik normalarına uyğun olub rus dilinin
orfoepik normaları əsasında tələffüz olunanlar:
a) rus dilində tələffüzü yazılışından fərqlənməyən sözlər
: bint, traktor,
rels, spektr, temp, pult, marşal, antrakt, inkubator, elektrik, orqan, matros, maqnit
və s.
b) rus və Azərbaycan dilində yazılışı fərqlənən sözlər. Rus dilində:
apparat, kasseta, massaj, şosse, vokzal, kristall, qektar, qimn, million, qramm
;
Azərbaycan dilində:
aparat, balon, kaset, masaj, şose, vağzal, kristal, milyon,
hektar, himn, , qram.
Bu tipli sözlər mənbə dildə yazılışından fərqli tələffüz
olunur. Azərbaycan dilində isə həmin sözləri yazılışı tələffüzünə uyğunlaşdırılmış,
orfoepiyası ilə orfoqrafiyası arasındakı fərq aradan qaldırılmışdır.
c) həm mənbə, həm də Azərbaycan dilində yazılışı ədəbi tələffüzdən
fərqlənən sözlər. Yazılır:
lokator, komediya, korroziya, lokomotiv, attestat;
deyilir
: l(a)kator, k(a)mediya, k(a)(r)eziya, l(a)k(a)m(a)tiv, a(t)estat
. Bu qrupa
daxil olan sözlər mənbə dilin orfoepik və orfoqrafik normalarına uyğun şəkildə
yazılır və tələffüz olunur.
2. Dilimizin orfoepik normalarına uyğunlaşdırılaraq tələffüz edilənlər:
a) vurğusu dilimizə uyğunlaşdırılaraq deyilən sözlər. Rus dilində:
la`mpa,
su`mka, se`ment, ça`ynik, şa`pka, ko`fta, va`nna, kno`pka, ma`rka
kimi deyilən
sözlər Azərbaycan dilində:
lampa`, simka`, seme`nt, çayni`k, şapka`, kofta`,
vanna`, knopka`, marka`
kimi tələffüz olunur.
Alınma sözlər aşağıdakı orfoepik qaydalar əsasında tələffüz olunur:
Saitlərin tələffüzü ilə bağlı orfoepik qaydalar.
1.
Alınma sözlərin böyük bir qrupunda vurğusuz hecadan əvvəlki
hecadakı (və ya hecalardakı) o saiti a kimi tələffüz olunur. Yazılır: problem,
proqram, omonim, ornament, olimpiya, orkestr, mikroskop; deyilir: pr(a)blem,
pr(a)qram, (a)monim, (a)rnament, (a)limpiya, (a)rkestr, mikr(a)skop.
160
Qeyd
:
folklor, roman, Zolya, Sokrat, noyabr, oktyabr, Şopen, Mopassan,
Flober, foto, fotoetüd, fotoalbom, fosfat, fokstrot
və s. kimi bir qrup sözün deyilişi
bu qaydaya tabe deyildir.
2. Sözün vurğusuz hecasındakı i saiti bəzən qısa (zəif) tələffüz olunur.
Yazılır: dirijabl, dirijor, seminar, orijinal, univermaq;
Deyilir dir(i)jabl, dir(i)jor, sem(i)nar, or(i)jinal, un(i)vermaq.
2.
Sait qoşalığı olan sözlər aşağıdakı çalarda tələffüz olunur:
a)
ai, ia, io, iu
qoşalıqlı sözlərin tələffüzündə bu saitlər arasında y samiti
artırılır və i saiti bir qədər qısa tələffüz olunur. Məsələn, yazılır:
divizion,
simpozium, epidiaskop, artezian;
deyilir:
diviz(iyo)n, simpoz(iyu)m, epid(iya)skop,
artez(iya)n.
b)
ea, eo
sait birləşməli sözlərdə həmin saitlərdən birincisi (e saiti) i ilə
əvəz olunur, qoşalıq iyo, iya çalarında tələffüz edilir. Məsələn, yazılır:
teatr,
okean, realizm, frazeologiya, teorem;
deyilir:
t(iya)tr, ok(iya)n, r(iya)lizm,
fraz(iya)logiya, t(iya)rem
və s.
c)
ao, au, ua
qoşalığı olan sözlər (
raund, aktual, aorta, pauza, fauna
və s.
kimi sözlər), əsasən, yazıldığı kimi deyilir.
Dostları ilə paylaş: |