Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


Fərzivvəyə əsaslanan suallar



Yüklə 0,58 Mb.
səhifə72/81
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#105860
1   ...   68   69   70   71   72   73   74   75   ...   81
1. Fərzivvəyə əsaslanan suallar. Məs: Əgər belə bir vəziyyətə düşsəydiniz, siz nə edərdiniz?» Bu cür suallar əqli prosesi fəallaşdırır. Dinləyici bu və ya digər situasiyanı təsəvvür edir, müvafiq çıxış yolunu müəyyənləşdirir.

  1. Düşünməyə təhrik edən suallar. Məs: «Belə bir problemlə qarşılaşsaydınız, onun həllinə necə kömək edə bilərdiniz?»

  2. Həvəsləndirici suallar- Məs: «Hadisə nə ilə qurtara bilərdi?», «Sonra nə oldu?» Belə suallara dinləyici şəxsi təcrübələri və düşüncələri əsasında cavab tapmağa çalışır.

  3. Rəv sövlmək məqsədini qarsıya qovan suallar. -Məs: «Bu haqda sizin fikriniz?», «Deyilənlərlə razısınızmı?» Belə suallar dinləyicilərin söylənilən fıkrə maraq və diqqətini artırır.

5.Yoxlama xarakterli suallar. - Məs: «Siz niyə belə düşünürsünüz?», «Məsələni başqa cür həll etmək olmazmı?», «Siz səhv etmirsinizmi?» Bu suallar dinləyiciləri dərindən düşünməyə və öz fikrini bir daha götür-qoy etməyə, diskussiyaya təhrik edir. Bu cür sualların yaratdığı idrak fəaliyyəti nəticəsində verilən biliklər, məlumatlar dinləyicilərin .yaddaşında uzun müddət qalır, onlar tərəfindən hər hansı bir təcrübə kimi istifadə olunur.

Hələ qədim Çində bu məqam (dinləyicilərin tədqiqat xarakterli xüsusi təşkil olunmuş idrak fəaliyyəti) məşhur filosof Konfisi tərəfindən belə ifadə olunmuşdur: «Qulaq asıram- unuduram, görürəm-yadda saxlayıram, özüm edirəm- anlayıram (dərk edirəm)». Mülahizələrin passiv dinlənməsi ona gətirib çıxarır ki, alınan biliklər tez bir vaxtda unudulur. Lap yaxşı ənənəvi mühazirəni dinləyən üç saatdan sonra materialın 70%-ni, üç gündən sonra isə 10%-ni bərpa edə bilir.

Deyilənlərdən bu nəticəyə gəlirik ki, natiq öz mühazirələrində çıxış və söhbətlərində öyrədən və öyrənənin qarşılıqlı faliyyətinə, əks əlaqəsinə əsaslanan interaktiv şərhetmə metodlarına daha geniş yer verməli, eşidilənlərə marağın yaranmasına nail olmalıdır.

Hər bir şəxs gözəl danışığa, yüksək nitq mədəniyyətinə sahib ola bilər. Lakin burada təkcə arzu kifayət deyildir. Bu cür çətin işin öhdəsindən gəlmək möhkəm iradə, böyük həvəs, müvafiq bilk və bacarıqlar tələb edir. Gözəl səslə, fikrə müvafiq intonasiya seçməklə, normativ tələffüzlə danışmaq üçün hər bir şəxsin keçdiyi yol idmansının keçdiyi inkişafın dinamikası ilə müqayisə edilə bilər. Bu və ya başqa şəxs hər iki halda yeni keyfıyyət qazanır, lakin bu keyfiyyətlərin bir-birinə heç bir oxşarlığı yoxdur. Yaxşı idmançı pis natiq ola bildiyi halda, yaxşı natiq və pis idmançı ola bilər. Oxşarlıq ancaq onların seçdiyi iнkişaf yolunun xüsusiyyətlərindədir.

Müasir texniki vasitələr natiqin öz nitqini dinləyə bilmək imkanlarını xeyli genişləndirmişdir. Natiq öz mühazirəsini, məruzəsini, nitqini, müəyyən bir bədii parçanın ifadəli oxusunu və s. maqnitofon lentinə köçürüb istədiyi qədər təkrar-təkrar dinləyə, sözlərin düzgün tələffüzünə, cümlələrin düzgün qurulmasına, intonasiyasiyasına və sairəyə nitq mədəniyyəti baxımından qiymət verə bilər. Radio və televiziya verilişləri etalon səviyyəli nitqi, ifadəli oxunu dinləmək, ədəbi tələffüzü üçün əvəzsiz vasitələrdir.

Ulu öndərimiz Hейдяр Əлiyev cənablarının çıxışları bu baxımdan ən yaxşı nümunədir. Onun nitqlərində natiqlik senəti özünün яn yüksək zirvələrinə ucala bilmişdir. H.Əлиyevin ağıllara, düşüncələrə asanlıqla yol tapa bilən çıxışları, nitqləri, məruzələri adamları vətəndaşlıq həm-rəyliyinə, mənəvi-siyasi birliyə, milli dövlətçiliyimizin möhkəmləndirilməsinə, suverenliyimizin qorunub saxlanıl-masına səsləyir, vətən övladlarını ana yurda məhəbbət ruhunda tərbiyə edir.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin