Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 0,58 Mb.
səhifə71/81
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#105860
1   ...   67   68   69   70   71   72   73   74   ...   81
21.Süfrə etiketləri:

«Bismillah». «Bərəkətli olsun», «Allah bol eləsin». «Afivət olsun», «Nus olsun». «Buyurun», «Çox saq olun».

Şübhəsiz, mədəni nitqin etiketləri dediklərimizlə məhdudlaşmır. Dilimiz bu baxımdan olduqca zəngindir.

NATİQİN NİTQ MƏDƏNİYYƏTİ BARƏDƏ BƏZİ TÖVSİYƏLƏR
Nitq mədəniyyəti dilin qrammatik qaydaları əsasında danışmaq, fikri məntiqi, aydın, yığcam, parlaq, təsirli ifadə edə bilmək üçün münasib sözlər seçmək və onlardan cümlələr qurmaq, sözlərin tələffüzündə orfoepik normaları gözləmək, dilin üslubi imkanlarından, rəngarəng ifadəlilik vasitələrindən bacarıqla istifadə edə bilməkdir.

Natiqin bu keyfiyyətə - yüksək nitq mədəniyyətinə yiyələnməsi vacibdir, zəruridir. Nitq natiqin ümumi mədəni səviyyəsinin başlıca göstəricilərindəndir. Auditoriya qarşısında çıxış edənin dərin biliyə, geniş məlumata sahib olması heç də kifayət deyil, həmin bilik və məlumatı dinləyiciyə çatdırmaq da lazımdır. Bunun üçün başlıca vasitə sadə, aydın, zəngin, orijinal, təsirli nitqdir. Natiqin məruzəsi, mühazirəsi, çıxışı, nitqi, şərhi, izahı, suallara verdiyi cavablar və hətta adi danışığı öz kamilliyi, düzgünlüyü, emosionallığı, estetik gözəlliyi və s. baxımından başqalarından seçilməlidir. Eşidənlər onun danışığına maraq göstərməli, ondan xüsusi zövq almalıdırlar. Maarifimizin, məktəbimizin tarixində dərin məzmunlu, təsirli çıxışları ilə dinləyicilərin rəğbətini qazanmış natiqlər (müəllimlər) çox olmuşdur. Natiqlik sənətinin tarixindən danışılarkən vaxtilə ali məktəblərimizdə fəaliyyət göstərən B.Çobanzadə, Əli Sultanlı, M.Rəfili, Ə.Dəmirçizadə, Ş.Qurbanov, Xəlil Rza Ulutürk, İ.Şıxlı, X.Məmmədov, Əhəd Əhmədov və başqalarının adı çəkilir, hörmətlə yad edilirlər. Onlar həqiqətən, gözəl müəllim, məharətli natiq idilər. M.Rəfilinin mühazirə oxuduğu auditoriyanın qapıları taybatay açıq olardı. Adamlar dəhlizə toplaşıb, onun aydın, qəti və inamlı nitqini dinləyər, faydalanardılar. M.Rəfilini bircə kərə dinləyənlər onun mühazirəsinin təsirini uzun müddət unuda bilmirdilər.

Azərbaycan natiqlik məktəbinin görkəmli nümayəndələrindən biri də Xəlil Rza Ulutürk olmuşdur. O, istedadlı alim, gözəl şair olmaqla yanaşı, həm də məşhur söz ustası idi. Xəlil Rza Ulutürk bir müddət ali məktəbdə Azərbaycan ədəbiyyatından mühazirələr oxumuşdu. Tələbələr bu mühazirələri xüsusi maraqla dinləyirdilər. Sonrakı illərdə Xəlil Rza Ulutürk özünün daha geniş auditoriyalarda, meydanlardakı odlu çıxışları, yüksək temperamentli zəngin və parlaq nitqləri ilə xalqın azadlıq və müstəqillik uğrundakı mübarizəsinə güclü təkan vermişdir. Çox təəssüf olsun ki, belə adamların danışıq tərzi, natiqlik məharəti barədə hələ indiyə kimi müəyyən bir vəsait hazırlanıb nəşr olunmamışdır. Bu vəsait yenicə fəaliyyətə başlayan cavan natiqlərə və bu sənətə yiyələnmək arzusunda olan digərlərinə böyük fayda verə bilər.

Yaxşı nitqin məziyyətlərindən biri onun rabitəli olmasıdır. Bu о deməkdir ki, mövzudakı fıkirlər müəyyən ardıcıllıqla şərh olunmalı, onların arasında məntiqi bağlılıq gözlənüməlidir. İkinci fikir birinci, üçüncü ikinci, dördüncü üçüncüdən doğmalı, ona davam etdirməli, tamamlamalı, genişləndirməli və dəqiqləşdirməlidir. Hər bir mövzuda dinləyiciyə çatdırılmalı bir əsas fikir, ideya olur. Digər fikirlər həmin əsas fikrin, ideyanın bitkin bir şəkildə ifadə olunmasına xidmət edir. Bu cəhəti nəzərə almayan mühazirəçi daha çox ikinci dərəcəli məsələni şərh edir, lazım olmayan təfərrüata yol verir ki, bunun nəticəsində də fikrin məğzi anlaşılmır. Bəzən danışan bir fikri tamamlamadan başqa bir məsələləri şərh edir, lazım olmayan təfərrüata yol verir ki, bunun nəticəsində də fikir istənilən səviyyədə dinлəyiciyə çata bilmir. Bəzən danışan bir fikri tamamlamadan başqa bir məsələnin şərhinə keçir. Fikir qırılır, deyilənlər tam şəkildə qavranılmır, diqqət zəifləyir, maraq azalır, ünsiyyət pozulur.

Dildən məharətlə istifadə edə bilmək üçun natiq söz seçməyi, sözün mənasına fikir verməyi, onu düzgün səsləndirməyi bacarmalıdır. Onun işlətdiyi sözlər ifadə edəcəyi fikrə uyğun olmalıdır. Xalq şairimiz B.Vahabzadə haqlı olaraq yazır ki, fikrə görə söz tapılır, sözə görə fikir yox!

Nitq praktikasında mənaya, məzmuna üstünlük vermək ona görə vacib sayılır ki, sözlərin düzgün tələffüzü, intonasiyası da məzmundan asılı olur. Adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətli, orta səviyyəli işlər barədə orta mövqeli bir üslubla danışmaq nitqə gözəllik verir.

Mühazirəçi faktların təhrif olunmasına, rəqəmlərin şişirdilməsinə, reallığa əsaslanmayan subyektiv fikirlərə, mülahizələrə yol verməməlidir. Onun gətirdiyi faktlar, dəlillər, sübutlar dinləyicini inandırmalı, fəaliyyətə təhrif etməlidir.

Mühazirəçinin nitqi bütün hallarda canlı olmalıdır. O, danışdığı hadisəyə, əhvalata, əşyaya və sairəyə münasibətini bildirməli, lazım gələrsə bu işdə öz həyat təcrübəsi, müşahidələri, xatirələri, təəssüratlarından da istifadə etməlidir. Lakin bu məsələdə ifrata yol verilməməlidir.

Səsin tonu, danışığın intonasiyası, diksiya, sözlərin düzgün tələffüzü natiqlik fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Natiqin səsi auditoriyanın hər yerində eşidilməlidir. Həddindən artıq yüksək və ya alçaq tonla danışmaq natiqlik sənətində normal hal sayılmır. Yüksək tonla danışmaq, çığırmaq dinləyicini yorur, onun əlvali-ruhiyyəsinə mənfi təsir edir. Eləcə də aşağı tonla danışmaq, intonasiya ölüvaylığı məzmunun dinləyiciyə lazımi səviyyədə çata bilməsini çətinləşdirir. Nitq prosesində sözlərin düzgün tələffüz olunmasına da fikir verilməlidir. Təsəvvür etmək çətin deyildir ki, mühazirəsinə ciddi bir şəkildə hazırlaşan, auditoriyada inamla danışan natiq (müəllim) ingiltərə sözünü İngiltə'rə, pedaqoq sözünü peda'qoq, Pifaqor sözünü Pifa'qor kimi qüsurlu şəkildə tələffüz edir. Bir sözün tələffüzündəki naqislik hər şeyi korlayır, auditoriyada gülüşmə, səs-küy baş verir. Mühazirəçinin nitqi sona çatmır. Çatsa da bu istənilən effekti yarada bilmir.

Mühazirəçinin müvəffəqiyyətinin bir şərti də auditoriyanı daima diqqət mərkəzində saxlaya bilməsidir. Bunun üçün, hər şeydən əvvəl, dinləyicilərin sayı, marağı və qavrama səviyyəsi natiqə (məllimə) aydın olmalıdır. О kitmlərin qarşısında çıxış edəcəyini, dinləyicilərinin orta və ya yüksək səviyyədə olduğunu əvvəlcədən müəyynələşdirməli, nitqini auditoriyaya uyğun qurmağa çalışmalıdır. Əgər auditoriya orta səviyyəlidirsə, mühazirə bir qədər qısa olmalı, faktlara, misallara, nümunələrə daha çox yer verilməlidir. Natiq, həmçinin, məsələnin şərhi üçün lazım olan vaxt bölgüsü, mövzunun yerli şəraitlə, dinləyiciləri maraqlandıran məsələlərlə əlaqələndirmək imkanları, dinləyicilərin verə biləcəyi reaksiya, qarşıya çıxacaq çətinliklər və s. haqqında əvvəlcədən aydın təsəvvürə malik olmalıdır.

Natiq mühazirə prosesində dinləyicilərin nəbzini tutmalı, bütün psixi proseslərini izləməli, deyilənlərin necə «həzm olunduğunu» müəyyənləşdirməlidir. Auditoriya qarşısında çıxış edən, dinləyənin mimika, jest və digər hərəktləri ilə fikrini oxumalı, emosional əhval-ruhiyyəsini, istəyini, nəyi xoşlayıb, nəyi xoşlamadığını və s. təyin etməyi, dinləyicinin qəlbini ələ almağı, onda hiss-həyəcan yaratmağı bacarmalıdır.

Mühazirəçi dinləyicilərin fikri fəallığına daima diqqət yetirməlidir. Onun hər bir sözü, fikri dinləyicinin şüuruna çata biləcək qədər aydın, sadə, başa düşülən və eyni zamanda maraqlı olmalıdır. Bəzən hay-küylü, təmtəraqlı, ucadan danışanlara, çıxış edənlərə təsadüf olunur. Belə nitq bütün hallarla elə bir real nəticə vermir. Dinləyicilər belələrinə sadəcə olaraq tamaşa edirlər, məzmun diqqətdən yayınır. Söz yox ki, dinləicilərlə təmasda olan hər kəs onlara təsir etmək, diqqəti özünə yönəltmək məqsədilə dilin ifadəlilik vasitələrindən istifadə etməlidir. Ancaq bu müəyyən ölçüdə olmalı, diqqəti məzmundan yayındırmamalıdır. Mühazirəçi diqqəti cəlb etmək, onun yayınmasına yol verməmək məqsədilə söhbətin gedişində bəzi priyomlardan istifadə edə bilər. Bu məqsədlə auditoriyaya belə müraciət etmək olar: «Bu barədə sizin fikriniz necədir?», «Fikrim sizə çatırmı?», «Bu fikirlə (və ya mənimlə) razısınızmı?», «Buna oxşar ayn bir fakt göstərə bilərsinizmi?» və s. Məktəb praktikasında çox zaman müəllim diqqəti tarım saxlamaq məqsədilə şərhinin münasib yerində auditoriya sualla müraciət edib nəzərdə tutduğu tələbədən cavab verməyi tələb edir. Belə suallar bəzən bütün auditoriyaya aid olur. Auditoriyanı, necə deyərlər, silkələmək, diqqəti itiləmək məqsədilə problem suallar qoyulur. Dinləyicilər cavab vermək üçün fikirləşməli olurlar. Bir neçə cavab dinlənilir, təhlil olunur, sonra mühazirəçi deyilənləri dürüstləşdirir.

Dinləyicilərin (tələbələrin) fikri fəallığını yaratmaq məqsədilə natiq çox zaman səfərbəredici suallar qoyur, özü də cavab verir. Deyilənlərdən heç də belə bir nəticə çıxmamalıdır ki, mühazire və ya digər məşğələ növü başdan-başa sual-cavaba çevirməlidir. Əlbəttə, belə olmamalıdır. Lakin her halda auditoriyada natiqin birbaşa danışması, monoloji nitqi dinləyiciyə istənilən faydanı verə

bilməz.


Mədəni nitqin məziyyətlərindən biri də onun təmizliyidir. Mühazirəçinin danışığında qondarma söz və ifadələrə, süni pafosa yol verilməməlidir. O, nitqində tüfeyli, loru, jarqon, yerli dialektə məxsus sözləri işlətməkdən çəkinməlidir. Natiqin nitqi onu dinləyənlər üçün nümunə, etalon olmalıdır. Natiqlik məharətinə birtərəfli yanaşmaq, onu təkcə danışanın dil quruluşu ilə məhdudlaşdırmaq heç də düzgün olmaz. öz nitqini ədəbi dilin normaları əsasında qurmağı bacaran natiq yalnız о zamarı uğur qazana bilər ki, onun şərh etdikləri aydın, dürüst və dəqiq olsun, irəli sürülən fikirlər, mülahizələr faktlara, sübutlara əsaslansın, əşya, hadisə, mahiyyət elmi cəhətdən dərin və hərtərəfli təhlil edilsin, danışıqda uzun və dolaşıq cümlələrə, mənası çətin anlaşılan söz və terminlərə yol verilməsin, işlədilməsi zəruri sayılan terminlərin mənası aydınlaşdırılsın.

Natiqlik məharəti, nümunəvi danışıq qabiliyyəti öz-özünə yaranmır, belə bir keyfiyyətə yiyələnmə gərgin əmək, öz üzərində müəyyən sistemlə, müntəzəm və ardıcıl şəkildə işləmək tələb edir. Bunun üçün natiq, hər şeydən əvvəl, mükəmməl nəzəri biliyə malik olmalı, tədris etdiyi fənni, oxuduğu mühazirənin mövzusunu dərindən bilməlidir. Natiq müntəzəm olaraq bədii, elmi-kütləvi, publisistik və s. üslubda yazılan əsərləri, qəzet və jurnalları mütaliə etməli, yazıçı, alim və digər yaradıcı adamların dilinə diqqət verməli, oradakı natiqlik sənəti baxımından səciyyəvi olan sərrast sözləri, parlaq ifadələri, canlı sözün gücünü artıran digər vasitələri (frazeoloji, idiomatik ifadələri, zərb-məsəlləri, atalar sözü, aforizmləri, lətifələri və s.) əxz etməli, onları öz nitqində işlətməyə səy göstərməlidir. Düzgün, səlis, mənalı, rəvan və gözəl danışıq bacarığının yaradılması işində natiqin öz nitqi üzərində müşahidə aparması, onu təhlil edərək qüsurlarını və məziyyətlərini müəyyənləşdirə bilməsinin olduqca böyük faydası vardır. Yalnız bu yolla nitqə nəzarət edə bilmək kimi natiqlik sənətində çox mühüm əhəmiyyət daşıyan keyfiyyət yaranır, inkişaf edir. Nitq prosesində özünənəzarət iki şəkildə həyata keçirilir. Birincidə danışan öz nitqini nəzarətdə saxlayır, onun ədəbi dil normaları əsasında qurulmasına, məzmunun əhatə olunmasına, fikrin ardıcıllığna, münasib sözlərin, ifadələrin işlənməsinə, cümlələrin qurulmasına diqqət yetirir, nitqdəki çatışmazlıqları mümkün olduqca proses ərzində aradan qaldırmağa çalışır. Nitqdə nəzarətın ikinci tərəfini müsahibi dinləmək, anlamaq təşkil edir. Danışan müsahibin nitqini anlamaq üçün diqqətini səfərbərliyə alır, eşitdiklərini daxili nitqində təhlil edib mənimsəyir, lazım gələrsə cavab verməyə hazırlaşır.

Yeri gəlmişkən mühazirəçinin daxili nitqi haqda da bir neçə kəlmə deməyi lazım bilirik. Burada danışan ünsiyyəti öz-özü ilə aparır, səsini ancaq özü eşidir, özü dinləyir. İnsan bu prosesdə öz-özünə sevinir, təsəlli tapır, peşman olur, qəmlənir və s. Natiq hər hansı bir hadisəni, məsələni başqasına danışmazdan əvvəl, necə deyərlər, öz-özünə danışır, nəyi necə, harada deyəcəyini götür-qoy edir, müəyyən qərara gəlir. Heç təsadüfi deyildir ki, bu cür daxili nitq süzgəcindən keçməyən fikirlər, mülahizələr haqda dinləyici bəzən «yaxşı-yaxşı düşün, sonra danış», «sözü ağzında bişir sonra çıxar» və s. ifadələrlə etirazını bildirir.

Natiq danışığını bitirdikdən sonra da öz daxili nitqinə qayıdır. О ani olaraq danışdıqlarını xatırlayır, hansı məsələnin, hadisənin şərhində dinləyiciləri qane etdiyini, nitqinə necə başladığını, səthiliyə, məlum olanların təkrarən deyilməsinə yol verdiyini, müvafiq sözlər, ifadələrdən istifadə edə bildiyini, cümlələri qurmağı bacardığını, sözləri düzgün tələffüz etdiyni, söhbətin sonunda ümumiləşdirmə aparıb, nəticəyə gələ bildiyini, nitqinin intonasiyasını, müraciət məqsədilə işlətdiyi sözləri və sairəni fikrən öz-özünə təhlil yolu ilə müəyyənləşdirir, danışığına, nitqinə qiymət verir.

Mühazirəçi nitqinin giriş və nəticə hissələrinə daha çox diqqət verməlidir. Söhbətin giriş hissəsi fikir və dil sadəliyi, ahəng və intonasiyası baxımından cəlbedici olmalıdır.

Mühazirənin nəticə hissəsində deyilənlərə xülasə verilir, onlar yekunlaşdırılır, ümumiləşdirmələr aparılır, nəticə çıxarılır, təkliflər söylənilir, əməli vəzifələr göstərilir. Bu zaman natiq xüsusilə ehtiyatlı olmalı, özündən əvvəl söylənilən fikirlərə hörmətlə yanaşmalı, onlara obyektiv münasibət bildirməli, konkret faktlara, sübutlara, təhlillərə əsaslanmalıдыр. Natiq bütün hallarda təvazökar olmalı, qulaq asanlar onun səmimiliyindən, onlara qarşı xoş ehtiramdan razı qalmalıdırlar.

Mühazirə prosesində auditoriyanı «silkələmək» diqqəti «itiləmək» məqsədilə suallar verilir ki, belə suallar fikir, təcrübə, müşahidə mübadiləsinin stimullaşdırıl-masında mühüm əhəmiyyətə malikdir:


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin