Nizami Gəncəvi



Yüklə 226,81 Kb.
səhifə2/28
tarix03.01.2022
ölçüsü226,81 Kb.
#42865
1   2   3   4   5   6   7   8   9   ...   28
Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) (نظامی گنجوی)— mənşəcə Azərbaycan türklərindən olan şair və mütəfəkkir, fars-dilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi. Şair Azərbaycanın Gəncə şəhərində dünyaya gəlmişdir. Fars və türk dillərində yazan şairin ədəbi irsi məsnəvi janrında yazılmış beş poema və türk və fars dilində şeirlərin toplandığı 20.000 beytlik "Divan"dan ibarətdir.

Nizami Gəncəvi (İlyas Yusif oğlu) dünya ədəbiyyatı xəzinəsinə beş dahi-yanə məzmun poemadan ibarət “Xəmsə” (“Beşlik”) bəxş etmiş bir sənətkardır. Onun adı yalnız Azərbaycan tarixində deyil, ümumən dünya tarixi ədəbiyyatına görkəmli şair və mütəfəkkir kimi yazılmışdır.

Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncə də vəfat etmişdir.
Nizami təhsilini
Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəbfars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiya, tibbhəndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. İslamın əsas ehkam-


larını ən dərin incəliklərinə qədər öyrənən İlyas gənc olsa da, Gəncədə böyük hörmət

qazanmışdır. İlyas Yusif oğlu yaradıcılığa Nizami Gəncəvi təxəllüsü ilə lirik şair kimi başlamışdır.


Yüklə 226,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin