Nizami Gəncəvi 1196-cı ildə “Yeddi gözəl” əsərini yazmış və onu Marağa hakimi Əlaəddin Körpə Arslana göndərmişdir. Yarım fantastik əsər olan bu poema quruluşu ilə digər poemalardan fərqlənir.
Yaxın Şərq ədəbiyyatında bu səpkidə ilk dəfə qələmə alınmış “Yeddi gözəl” poeması təkcə Şərq ədəbiyyatına deyil, elə Qərb ədəbiyyatına da təsir göstərmişdir.
Nizami Gəncəvi 1203-cü ildə tamamladığı “İsgəndərnamə” əsərində bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini bir növ yekunlaşdırmışdı. Yaradıcılığının zirvəsi sayılan bu poema 2 hissədən ibarətdir. “Şərəfnamə” adlanan birinci hissədə Makedoniyalı İsgəndərin müharibələrindən bəhs olunur. İkinci “İqbalnamə” hissəsində isə daha çox ictimai-siyasi, fəlsəfi məsələ-lərdən danışılır. Əsərdə şair ideal, xoşbəxt bir dövlət quruluşu, milli və dini ayrılıqlara fərq qoymayan, bəşəriyyətə səadət gətirəcək adil bir hökmdar obrazı yaradır. Nizami Gəncəvi orta əsrlərin qaranlıqlarından gələcəyə müraciət edir, insanlığa səadət və xoşbəxtlik, dinclik və əmin-amanlıq gətirən bir quruluş arzulayır və ideal hökmdarın belə bir quruluş yarada biləcəyini düşünürdü. Əsərdə ilk dəfə olaraq utopik cəmiyyət təsvir edilmişdir. Şairin xəyali ölkə-sində insanlar firavan həyat sürür, halal zəhmətləri ilə yaşayırlar, hamının da hüquqları bərabərdir. Bu ölkədə sürülər çobansız, evlər qıfılsız, bağlar gözətçisizdir. Şair əsərdə müxtəlif dövrlərin və ölkələrin məşhur filosoflarının (Aristotel, Platon, Sokrat və b.) iştirak etdiyi fəlsəfi məclislərdən söhbət açdığı zaman, əslində, dünya, həyat və kainat haqqında öz görüşlərini şərh etmişdir. Nizami Gəncəvi dövrünün bütün əsas elmlərinə, o cümlədən astronomiya, tibb, hərb sənəti, fəlsəfə, tarix, coğrafıya və başqa elmlərə aid maraqlı fikirlər söyləmişdr. İlk dəfə o bildirmişdir ki, Ay qaradır və öz işığına malik deyil. Nizaminin pedaqogika haqqında söylədiyi mühakimələri ibrətamizdir. Onun pedaqoji fikirlərində mənəvi-əxlaqi tərbiyə məsələləri mühüm yer tutur. O, əməyi insanın mənəvi saflığının əsas amili kimi yüksək qiymətləndirir, təlimə inad və müstəqillik tələb edən əmək
Dövrünün görkəmli mütəfəkkiri olan Nizami Gəncəvi dünyanın Allah tərəfindən yaradılmasına inanır, bununla belə, maddi dünyanın dərk edilməsi üçün elmin inkişaf etdirilməsini vacib sayırdı. Nizami Gəncəvi ümumbəşəri şair olmaqla yanaşı, böyük vətənpərvər idi. O, bütün əsər-lərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətə-ninin qüdrətli günlə-rini tərənnüm etməyə çalışmışdır. Onun yaradıcılığında vətənə məhəbbət doğma xalq yo-lunda qəhrəmanlıq ideyası ilə birləşir. Şair vətən tarixində olan qəhrəmanları hətta ideal saydığı qəhrəmanlara qarşı qoymuş, onların daha üstün olduğunu göstərməyə çalışmış-dır. Nizami yaradıcılığında Azərbaycan şifahi xalq ədəbiyyatından – dastan, əfsanə, nağıl və atalar sözlə-rindən bol-bol və məharətlə bəhrələnmişdir. Onun poemalarında olan süjetlər isə, öz növbəsində, Azərbaycan folkloruna əhəmiyyətli təsir göstərmişdir.