Nöqtələr
◘Bəziləri Allahın rəsulundan soruşurdular: "Allahı necə çağıraq? Allah bizə yaxındır, yoxsa uzaq? Onu yavaş çağıraq, yoxsa ucadan?" Onların cavabında bu ayə nazil oldu.
◘Dua edən kəs Allahın məhəbbətini elə cəlb edir ki, bu ayədə Allah Öz lütfünün izharı üçün altı dəfə “Özüm” təbirini işlədir: Əgər bəndələrim Özüm haqqımda söruşsalar, onlara de ki, Mən Özüm onlara yaxınam. Əgər Məni çağırsalar, Özüm onların duasını qəbul edərəm. Belə ki, Özümə iman gətirsinlər və Öz dəvətimi qəbul etsinlər...
Bu məhəbbətli əlaqə o zaman yaranır ki, insan Allahla münacat etmək istəsin.
Dua etmək külli varlıqla yoldaş və həmrəngdir. Quran ayələrinə əsasən, bütün varlıq aləmi təsbih və qünutdadır.1 bütün mövcudlar öz ehtiyacını Onun dərgahına izhar edir.2 Biz də Ondan istəyək ki, varlıq aləmində ixtilaf vasitəsi olmayaq.
◘Quranda dua haqqında sifarişlər vardır. O cümlədən:
1. Dua və istək xalisanə olmalıdır.3
2. Dua qorxu və ümidlə müşayiət olunmalıdır.2
3. Dua eşq, rəğbət və qorxu ilə yanaşı gerçəkləşməlidir.3
4. İnsan zəlilliklə və gizli şəkildə dua etməlidir.4
5. Dua gizlincə oxunmalıdır.5
◘“Üsuli-Kafi”də duanın əhəmiyyəti, rolu, qaydaları barədə, dua zamanı diqqət, israr və istəklərin zikri haqqında, cəm halda dua və duanın qəbul olmasına iman barədə yüzlərlə hədis nəql olunmuşdur.6
Dostları ilə paylaş: |