◘Bu ayədə külli və cüzi şəkildə həcc və ümrə hökmləri bəyan olunmuşdur. Bu əməllərin geniş şəkildə hökmləri ilə rəvayətlərdə və alimlərin fitvalarında tanış olmaq mümkündür.
Həcc həzrət İbrahim tərəfindən bünövrəsi qoyulmuş mərasimdir. Bu mərasim həzrət İbrahimin dövründən ərəblər arasında davam etmişdi. Allahın əmri ilə uyğun proqram İslam tərəfindən də qəbul edildi və qiyamət gününədək davam edəsidir.
“Ümrə” ziyarət mənasındadır. Məkkəyə daxil olan kəs ehram libasında Kəbənin ziyarətinə gedib təvaf etməlidir. Həcc və ümrə azan və iqamə kimi iki oxşar əməldir. Onların arasında azca fərq vardır. “Hədy” həcc qurbanlığının adıdır.
◘Bu ayədə təməttö ümrəsi təməttö həcci ilə yanaşı zikr olunmuşdur. Amma xəlifələrdən biri özbaşına şəkildə bunu qadağan etmişdir. Xəlifənin göstərişi aşkar Allah əmrinə qarşıdır.
◘Fövqəladə məsələlərin hökmü zəruri vaxt çərçivəsindədir. Ona görə də oruca icazə verilməyən adi səfərlərdən fərqli olaraq bu səfərdə qurban kəsmək mümkün olmadıqda, oruc tutmaq əmr edilir. Həmin üç günlük oruc həcc ayının yeddinci, səkkizinci və doqquzuncu günlərinə düşür. Onuncu gün qurban bayramı günüdür və həmin gün oruc tutmaq haramdır.
◘Məsum imamlar “ətimmul-həcc” cümləsinin təfsirində buyurmuşlar: Tam həcc o həccdir ki, onda çirkin söz, günah və didişmə olmasın. Onun gedişində haramlara yol verilməsin.”1
Dostları ilə paylaş: |