◘“Təvəlla” sözünü iki cür mənalandırmaq olar: Birinci məna ayədə tərcümə olunduğu kimi qüdrət və hökumətə çatmaqdır. İkinci məna üz döndərməkdir. Bu halda ayə belə tərcümə olunmalıdır: Əgər ilahi haqq və hidayətdən üz döndərdi və səndən uzaqlaşdısa, fitnə-fəsad sorağınca gedər...”
◘Əvvəlki ayədə münafiqlərin zahirən gözəl danışdığı bəyan olundu. Bu ayədə isə onların fəsad dolu rəftarı qeyd edilir.
◘Quran buyurur: “Əgər salehlər hökuməti ələ alsalar, namazı bərpa edər, zəkat ödəyər, əmr be məruf və nəhy əz munkər edərlər.”1 Onlar bu vasitə ilə Allahla və cəmiyyətdəki məhrumlarla rabitələrini qoruyarlar. Amma əgər ləyaqətsiz bir şəxs qüdrətə çatsa, xalq üzərində hakimiyyəti əlinə alsa, öz nəfsinin tüğyanı, xəbərsizliyi, xarici təzyiqlər səbəbindən bütün cəmiyyəti özünə qurban edər. “Əl-Mizan”da qeyd olunduğu kimi, tarix şahiddir ki, bir çox müsəlmannümalar İslam və iman pərdəsi altda xalqa hakim olub əkinəcəkləri və nəsilləri məhv etdilər.
◘Qanunları saxtalaşdırmaq, ideoloji müharibə və təbliğat, narkotik maddələr vasitəsi ilə iqtisadiyyatı və gənc nəsli məhv edənlər bu ayənin bariz nümunələridir.
◘Sahələrin, əkinlərin məhvi, nəsillərin həlakı gələcək nəsillərin azğınlığa sövq edilməsi mənasındadır. Məraği və Fəxr Razi öz təfsirlərində ehtimal vermişlər ki, “hərs” qadınlara işarə ola bilər. Onlar buna “Bəqərə” surəsinin 223-cü ayəsini dəlil göstərmişlər. Onların fikrincə, “nəsil” sözü övladlara işarədir. Yəni zalım hakimlər (tağut) ailə nizamını və övladların tərbiyəsini məhv edirlər.
Dostları ilə paylaş: |