Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə30/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   91

Nöqtələr


●Günah bəzən təsirlərinə, bəzən isə ona yol verənə görə böyük və ya kiçik sayılır.

●“Əzim” sözü üç ayədə ardıcıl təkrarlanır. Bununla da bildirilir ki, böyük günahın böyük cəzası var.

●Xalq haqqında danışılan yersiz söz insanları heyrətə gətirdiyindən (“boht”), onu “böhtan” adlandırmışlar.

Bildirişlər


1. Nəhy əz münkər, yəni pisliyə qadağa qoymaq vacibdir. (Müsəlmanların şəxsiyyətini qorumaq üçün danışmaq vacibdir.)

2. İnsan dinlədiyi sözlərə görə məsuliyyət daşıyır.

3. Mühüm məsələləri dinləyərkən “sübhanəllah” deyin.

4. Bütün dünya əhəmiyyətsiz bir matahdır. Müsəlmanlara qarşı böhtan isə Allah yanında böyük günah sayılır.


Ayə 17:


﴿يَعِظُكُمُ اللَّهُ أَن تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَ﴾

Allah sizə nəsihət verir ki, əgər imanınız varsa, heç vaxt bu sayaq böhtanları təkrarlamayın.”


Ayə 18:


﴿وَيُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾

Allah Öz ayələrini sizin üçün bəyan edir. O, biləndir və hikmət sahibidir.”



Bildirişlər


1. Xalqın moizəyə, öyüd-nəsihətə ehtiyacı var.

2. Əsil vaiz (moizə edən, nəsihət verən) Allahdır.

3. Moizənin (öyüd-nəsihətin) təsiri üçün iman şərtdir.

4. Moizə xalqın şəxsiyyətini qorumağa və sui-zənnin qarşısını almağa yönəlməlidir.

5. Sui-zənn və iftiraya aludəlik imanın məhvinə aparır.

6. Peşmanlıq kifayət etmir, günah da təkrarlanmamalıdır.

7. Xilaf işin təkrarlanmaması iman nişanəsidir.

8. Böhtan atmayın. Dəlil yoxsa, müsəlmanın əməlini düzgün sayın.

9. Günahkarları günahdan tövbəyə çağırın.

10. İslam göstərişlərinin qaynağı ilahi elm və hikmətdir.

11. İlahi elm və hikmət ayələrin xalqa bəyanını və onların bir kənara qoyulmamasını tələb edir.

Ayə 19:


﴿إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ﴾

Həqiqətən, iman əhli haqqında pis söz yaymaq istəyənləri dünya və axirətdə dərdli əzab gözləyir. Allah bilir, siz bilmirsiniz.”



Nöqtələr


●Pis söz bəzən dil və qələmlə, bəzən fəsad mərkəzləri və günah şəraiti yaratmaqla, başqalarını günaha təşviq etməklə yayılır.

İmam Sadiq (ə) buyurur: “Bir möminlə bağlı nəsə görüb eşidən kəs onu başqalarına danışarsa, bu ayə ona ünvanlanmış olar.”1

Bir hədisdə oxuyuruq: «Pis bir işi yayan kəs həmin işi görən kəs kimidir.»2

Bildirişlər


1. Biz qəlb bağlılıqlarımıza görə məsuliyyət daşıyırıq.

2. Günaha maraq günah üçün müqəddimədir. Nəhy əz münkər, pisliyə qadağa yolunda pisliyə marağı aradan qaldıraq.

3. Böhtan elə bir günahdır ki, hətta ona xoş münasibət də böyük günahdır.

4. Başqalarının şəxsiyyətini alçaltmağın elə bu dünyadaca cəzası var.

5. İnsanların şəxsiyyətini alçaldan kəslər İslam hökuməti tərəfindən tənbeh olunmalıdır.

6. Biz böhtanın necə bir dərin faciə olduğunu bilmirik.

7. Dünyada qarşılaşdığımız bir çox əzab və çətinliklərin səbəbi başqalarını hörmətdən salmağımız ola bilər.

8. Əgər pisliyə maraq bu qədər təhlükəlidirsə, görün onu yaymağın cəzası necə böyükdür?!



Ayə 20:


﴿وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّه رَؤُوفٌ رَحِيمٌ﴾

Allah sizə fəzl və rəhmət göstərməsəydi (sizi ağır cəzalandırardı), Allah rəuf və mehribandır.”


Ayə 21:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ وَمَن يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاء وَالْمُنكَرِ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَا مِنكُم مِّنْ أَحَدٍ أَبَدًا وَلَكِنَّ اللَّهَ يُزَكِّي مَن يَشَاء وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ﴾

Ey iman gətirənlər! Şeytanın ardınca getməyin. Hər kəs şeytanın ardınca getsə, həqiqətən də, o, pisliyə çağırır. Əgər Allah sizə fəzl və rəhmət göstərməsəydi, heç vaxt heç biriniz paklanmazdınız. Amma Allah istədiyi kəsi pak edər. Allah eşidən və biləndir.”



Nöqtələr


14, 2021-ci ayələrdə üç dəfə Allahın fəzl və rəhmətindən danışıldı. Bildirildi ki, Allahın fəzli olmasaydı, sizin vəziyyətiniz çətin olardı!

“Xütut” sözünün cəm forması olan “xütuvat” sözü “addımlar” mənasını bildirir. Quran şəhvət, qidalanma və böhtandan danışarkən “şeytanın addımları” sözünü işlədir. Məlum olur ki, şeytan insanı addım-addım günaha sövq edir.

Quranda “şeytanın addımları” təbiri bir neçə dəfə işlədilmişdir. Vəhdət haqqında buyurulur: “Birlikdə sülhə gəlin. Şeytanın addımlarını izləməyin.”1 Qidalanma ilə bağlı buyurulur: “Halal və pak şeylərdən yeyin, şeytanın addımlarını izləməyin.”2 Bu ayədə isə pisliyin yayılması ilə bağlı möminlərə buyurulur: “Şeytanın addımlarını izləməyin (ona tabe olmayın).”

Şeytana itaət, onun addımlarını izləmə nümunələrinə nəzər salaq: fəsad əhli ilə dostluq, onların məclislərində iştirak etmək, öncə günah fikri, sonra kiçik günahlara batmaq, daha sonra böyük günahlara yol vermək və sonda daşqəlblilik, bədbəxtlik, puçluq.


Bildirişlər


1. İmanımıza güvənməyək, ardıcıl xəbərdarlıqlara diqqətli olaq.

2. Şeytan möminləri azdırmaq üçün hamıdan çox çalışır.

3. Tədrici, addım-addım nüfuz şeytanın siyasətidir. (Elə ilk addımda ehtiyatlı olaq.)

4. İnsan bir yol seçib addım atmağa məcburdur. Ona görə də doğru yol seçmək və şeytanın addımlarından uzaq olmaq lazımdır.

5. Pisliyin yayılması şeytan addımlarındandır.

6. Danışanda dəlillərə əsaslanaq. Allah-təala buyurur ki, «şeytana tabe olmayın.» Sonra uyğun buyruğu dəlil göstərir: «çünki o, günaha çağırır.»

7. Şeytan ona tabe olanlara əmr edir.

8. Şeytanın işi namazın təsirləri ilə ziddiyyət təşkil edir. Şeytan insanı günaha çağırır, amma namaz insanı günahdan uzaqlaşdırır.1

9. İlahi tövfiq (yardım) olmadan paklanmaq mümkünsüzdür.

10. İnsan hər an Allahın lütfünə ehtiyaclıdır.

11. İnsanın qarşısında yalan və pislik var. Amma tövbə və qurtuluş yolu da açıqdır.

12. Allahın övliyaları da ilahi tövfiqə ehtiyaclıdır.

13. Hikmət sahibi olan Allah insanların hazırlığı, ləyaqəti və tutumu həddində xeyir nazil edir.

14. Allahın hər şeyi eşidib görməsi insanı pis işlərdən uzaqlaşdıran ən əsas amildir.


Ayə 22:


﴿وَلَا يَأْتَلِ أُوْلُوا الْفَضْلِ مِنكُمْ وَالسَّعَةِ أَن يُؤْتُوا أُوْلِي الْقُرْبَى وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ﴾

Aranızdakı var-dövlət və rifah sahibləri and içməməlidirlər ki, yaxınlara, miskinlərə və Allah yolunda hicrət edənlərə bir şey verməyəcəklər. Əksinə, güzəşt etməli, bağışlamalıdırlar. Yoxsa istəmirsiniz ki, Allah sizi bağışlasın? Allah bağışlayan və mehribandır.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin