Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə31/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   91

Nöqtələr


●“Yətəl” sözü “əlv” kökündən olduqda “səhlənkarlıq”, “əla” kökündən olduqda “and içmək” mənasını bildirir. Fiqhi mövzulara aid “ila” sözü də bu mənadadır.1 “Əfv” sözü bağışlamaq mənasını bildirir. “Səfh” dedikdə “görməməzliyə vurmaq” mənası anlaşılır. Bu isə əfvdən də yuxarı mərhələdir. Belə ki, bu mərhələdə qarşı tərəf məzəmmət olunmur.

●Ötən ayədə böhtan atanlar tənqid olundu. Səhabələrdən bəziləri and içdilər ki, bir daha böhtan atanlara infaq etməyəcəklər. Ayədə bildirildi ki, keçmiş büdrəmələrinə görə məhrumları əliboş qoymayın.


Bildirişlər


1. Rifah içində yaşayanlar məhrumlara münasibətdə məsuliyyət daşıyırlar.

2. İnfaqdan da mühümü onun davamlı olması, bu işdə süstlük göstərilməməsidir.

3. Yardım edərkən həm var-dövlətinizdən, həm də digər imkanlarınızdan istifadə edin.

4. Yardım vaxtı öncə yaxınlar nəzərə alınmalıdır.

5. Təkamül yolunda əldə etdiklərinizlə kifayətlənməyin, səy göstərin.

6. Başqalarını bağışlayan daha tez bağışlanar. (Əfv və güzəşt Allahın mərhəmətini cəlb edən vasitədir.)

7. Bağışlayarkən yeganə məqsəd Allahın əfvi olmalıdır.

8. Təbliğdə insanların daxili hisslərindən faydalanaq.

9. Dini rəhbərlər xalqı infaqa və əfvə həvəsləndirməlidirlər.

Ayə 23:


﴿إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ﴾

Həqiqətən, pak (günahdan) xəbərsiz və imanlı qadınlar haqqında pis danışanlar dünya və axirətdə Allahın mərhəmətindən uzaqdırlar və onlar üçün böyük əzab var.”



Nöqtələr


●Quranda kafir, əhdi pozan, qatil, zalım hakimlərə tərəfdar, münafiq, fəsadçı, müşrik, təkəbbürlü, zalım, haqqı gizlədən, yalançı şəxslər lənətlənsə də, böyük əzabla müşayiət olunan dünya və axirət lənəti yalnız pak insanların şəxsiyyətini alçaldanlara aiddir.

●İmam Sadiq (ə) bu ayəni iffətli qadınların ittihamının kəbirə (böyük) günah olması dəlili sayır.2


Bildirişlər


1. Qadını ləkələmək daha asandır. İffətli qadınları ittiham edənlərə xəbərdarlıq lazımdır.

2. Böhtan pak insan üçün daha qorxuludur.

3. Fəsad, fəsad mərkəzi və fəsadçı insanlardan xəbərsizlik qadın üçün bir dəyərdir.

4. Böhtanın axirət əzabından əlavə dünya əzabı da var.

5. Qadın hüquqlarının himayəsi Quran proqramlarında nəzərdə tutulur.

Ayə 24:


﴿يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا يَعْمَلُونَ﴾

Həmin gün dilləri, əlləri və ayaqları onların ziddinə şəhadət verər.”



Nöqtələr


●Bədən üzvlərinin şəhadəti Quranda dəfələrlə bəyan olunmuş xəbərdir. “Fussilət” surəsində oxuyuruq: “Cəhənnəmə çatdıqları vaxt onların qulağı, gözü, dərisi günahlarına şəhadət verər.”1 Başqa bir ayədə oxuyuruq: “Həmin gün kafirlərin ağzına sükut möhürü vurarıq, əlləri bizimlə danışar, ayaqları gördükləri işə şəhadət verər.”2

●Şahidlik birinin başqasına qarşı şəhadətindən ibarətdirsə, demək, insanın şəxsiyyəti ona qarşı şəhadət verən üzvlərdən fərqlidir. Şahid və müttəhim ayrı-ayrı fərdlər olmalıdır.

●İmam Baqir (ə) buyurur: “Bədən üzvlərinin şəhadəti möminə yox, əzab hökmü qətiləşmiş kəsə aiddir.”3

Bildirişlər


1. Pak qadınlara böhtan atanlar Qiyamət günü məhkum olunacaq.

2. Qiyamət mühakiməsində insan öz bədən üzvlərinin sahibi deyil.

3. Şahidlik üçün elm, şüur, hafizə və sədaqətə ehtiyac var. Biz anlamasaq da, bədən üzvlərimizdə bu səciyyələr var.

4. Qiyamətdə bütün söz və rəftara şəhadət verilər.



Ayə 25:


﴿يَوْمَئِذٍ يُوَفِّيهِمُ اللَّهُ دِينَهُمُ الْحَقَّ وَيَعْلَمُونَ أَنَّ اللَّهَ هُوَ الْحَقُّ الْمُبِينُ﴾

Həmin gün Allah onların haqqı olan cəzanı artırıb-əskiltmədən verəcək. Onlar biləcəklər ki, Allah həmin aşkar həqiqətdir.”



Nöqtələr


●Ayədəki “din” sözü ya “cəza”, ya da “şəriət” mənasını bildirir. Demək, ayədə ya Qiyamət cəzasının tam verilməsi, ya da həqiqi şəriətin bəyan olunması nəzərdə tutulur. Həmin gün bütün yanlış ideoloji məktəblər anlayacaq ki, Allah həmin gerçək məbuddur.1

Müəyyən məhdudiyyətlər səbəbindən dünya cəzası kamil olmur. Məsələn, bir bomba atıb minlərlə insanı məhv edən təyyarəçini dünyada layiqincə cəzalandırmaq mümkünsüzdür. Qiyamətdə isə heç bir məhdudiyyət yoxdur və günahkar təkrar-təkrar yandırılıb dirildilə bilər.


Bildirişlər


1. İnsan yalnız Qiyamətdə kamil cəzalandırıla bilər.

2. Qiyamət cəzası şəhadətə və həqiqətə əsaslanır.

3. Allah kimsənin cəza və mükafatını əskiltmir.

4. Qiyamət günü bütün qəflət, qürur, cəhalət, yalan təbliğat, boş həvəs pərdələri götürüldüyündən insanlar həqiqəti anlayırlar.


Ayə 26:


﴿الْخَبِيثَاتُ لِلْخَبِيثِينَ وَالْخَبِيثُونَ لِلْخَبِيثَاتِ وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ أُوْلَئِكَ مُبَرَّؤُونَ مِمَّا يَقُولُونَ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ﴾

Alçaq qadınlar alçaq kişilərə, alçaq kişilər alçaq qadınlara, pak qadınlar pak kişilərə və pak kişilər pak qadınlara layiqdir. Onlar haqlarında danışılandan uzaqdırlar. Onlar üçün bağışlanma və gözəl ruzi var.”



Nöqtələr


●Bu ayə ümumi bir prinsipi bəyan edir. Bu o demək deyil ki, insan yaxşıdırsa, onun həyat yoldaşı da hökmən yaxşı olmalı, bağışlanmalı və gözəl ruziyə çatmalıdır. Quran behişt üçün iman, təqva və saleh əməli meyar sayır. Həzrət Nuh və Həzrət Lut pak insanlar olduqları halda onların zövcələri günahkar idi. Təbii ki, bu qadınlar cəhənnəm əhlidirlər.

●“Təyyib” dedikdə xoşagəlimlik mənası anlaşılır. Quranda var-dövlət, övlad, kəlam, şəhər, zövcə, ruzi, külək, məskən, mələk, ağac və salam bu sözlə vəsf olunur. Bu sözün antonimi “xəbis” sözüdür. Bəzən var-dövlət, insan, ailə-övlad bu sözlə tanıtdırılır.

●Hazırkı ayə bir neçə cür mənalandırıla bilər:

a) Pak qadınlara qarşı ittiham, «ifk» macərası haqqında danışan ötən ayələrə əsasən, onu belə mənalandırmaq olar: böhtan və iftira kimi çirkin sözlər çirkin insanlara, pak sözlər isə pak insanlara layiqdir.

b) Ayədə müəyyən şəri hökm bəyan oluna bilər. Məsələn, pakların qeyri-paklarla izdivacı, evlənməsi qadağandır. Necə ki, surənin əvvəlində bu məsələyə toxunuldu: “Zinakar kişi zinakar qadınla evlənə bilər.” İmam Baqirdən (ə) nəql olunmuş rəvayət də bu mənanı təsdiqləyir.1

v) Ola bilsin ki, ayədə düşüncə, əqidə, əxlaq, şən uyğunluğu nəzərdə tutulmuşdur. Yəni hər kəs təbii olaraq öz həmfikrini soraqlayır.

Torpaqda, səmada hər nə zərrə var

Hər zaman, hər yerdə tayın soraqlar.

Od əhli od əhlin arayar əlbət,

Nur əhli nur əhlin bilər səadət.

●Quranda ruzinin bəzi səciyyələri zikr olunmuşdur: Gözəl ruzi, bol ruzi, pak ruzi, halal ruzi, gözlənilməyən ruzi, hesabsız ruzi.2


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin