Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə29/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   91

Bildirişlər


1. Peyğəmbərin səhabələri arasında ədalətsiz olanlar da vardı.

2. Bəzən şayiə təşkilati qaydada, fitnə törətmək məqsədi ilə ortaya atılır. (“Usbə”) dedikdə təşkilatlanmış və məqsədli bir qrup nəzərdə tutulur.)

3. Şayiə düzəldənlər sizin öz aranızdadır.

4. Bəzən qarşıya çıxan hadisələr və yersiz böhtanlarda müəyyən faydalar olur. (Məsələn, müxaliflərin iç üzü açılır, insan qəflətdən oyanır, məzluma ilahi yardımlar nazil olur.)

5. Bədxahların fitnə və böhtanları qarşısında yaxınlara ümid vermək lazımdır.

6. İlahi cəzalar ədalətlidir və öz əməllərimizə münasibdir.

7. Qrup tərəfindən baş vermiş günahda hər qrup üzvünün öz payı var.

8. İnsan günaha bilərəkdən yol verdikdə müqəssir sayılır.

9. Hər bir insanın günahı onun öz yaxasından yapışır.

10. Birinci dərəcəli məsuliyyət daşıyanların cəzası da böyük olur.


Ayə 12:


﴿لَوْلَا إِذْ سَمِعْتُمُوهُ ظَنَّ الْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بِأَنفُسِهِمْ خَيْرًا وَقَالُوا هَذَا إِفْكٌ مُّبِينٌ﴾

Nə üçün böhtanı eşitdiyiniz vaxt imanlı kişilər və qadınlar özlərinə münasibətdə yaxşı düşünmədilər və demədilər ki, bu, böyük və aşkar bir böhtandır?”



Nöqtələr


●Allah-təala bu ayədə müsəlmanları Peyğəmbərin (s) zövcəsinə münasibətdə bədgümanlıq və şayiəyə uyduqlarına görə məzəmmət edir.

●Quran bəzən «başqaları» sözü əvəzində «siz» sözünü işlədir. Bununla da bütün müsəlmanların bir olmasına işarə edilir. Məsələn, «başqasına tənə etməyin» əvəzində, «özünüzə tənə etməyin» deyilir.1 Başqa bir ayədə otağa daxil olduqda «başqalarına salam verin» əvəzinə özünüzə salam verin buyurulur.2

Bu ayədə də «başqalarına qarşı xoşgüman olun» əvəzinə «özünüzə münasibətdə xoşgüman olun» söylənilir.

●Qurani-Kərimdə «lov la» sözü çoxsaylı məqamlarda məzəmmət məqsədi ilə işlədilir. Bu hallardan bəzilərini nəzərdən keçirək:

1. “Nə üçün alimlər nəhy əz münkər (pisliyə qadağa) etmirlər?! 3

2. “Nə üçün hər eşitdiyinizi qəbul edirsiniz?!”4

3. “Nə üçün rəva olmayan sözünüzə dörd şahid gətirmirsiniz?5

4. “Nə üçün Allahdan bağışlanma diləmirsiniz?”6

5. “Nə üçün onlara əzab yetişdiyi vaxt yalvarıb-yaxarmadılar?”7

6. “Nə üçün şükür etmirsiniz?”8

7. “Nə üçün təsdiq etmirsiniz?”9

8. “Nə üçün ibrət götürmürsünüz?”10

9. “Nə üçün hər firqədən bir dəstəsi dində agahlıq əldə etmək üçün köçmür?”11

Bildirişlər


1. Şayiə düzəltmək və onu yaymaq qadağandır.

2. İslam cəmiyyətinə xoşgümanlıq ruhiyyəsi hakim olmalıdır. (Xoş güman iman əsərlərindən biridir.)

3. Bir fərdin şəxsiyyəti üçün bütün xalq məsuliyyət daşıyır.

4. Adəm övladları bir bədənin əzaları kimidir. İnsan cəmiyyətinin hər hansı üzvünə böhtan bütün cəmiyyətə qarşı böhtandır.

5. Günah dəlillərlə sübuta yetişsə, müsəlmanın əməli ilkin olaraq düzgün sayılır.

6. Peyğəmbər (s) və onun ailəsinin hörmətinin hifzi hər bir möminə vacibdir.

7. Möminlər haqqında ləyaqətsiz sözlər danışılarkən susmaq qadağandır.

Ayə 13:


﴿لَوْلَا جَاؤُوا عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَاء فَإِذْ لَمْ يَأْتُوا بِالشُّهَدَاء فَأُوْلَئِكَ عِندَ اللَّهِ هُمُ الْكَاذِبُونَ﴾

Nə üçün həmin böhtanı təsdiq edəcək dörd şahid göstərmədilər? Yetərli şahid gətirmədiklərindən onlar Allah yanında yalançılardır.”


Bildirişlər


1. Sadəlövh, tez inanan və hədyan danışan cəmiyyət məzəmmət olunur.

2. Zina ittihamı sübuta yetməsə, ittihamı irəli sürən yalançıdır.


Ayə 14:


﴿وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ لَمَسَّكُمْ فِي مَا أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ﴾

Əgər sizə dünya və axirətdə ilahi fəzl və rəhmət olmasaydı, dediyiniz sözlərin cəzası olaraq hökmən böyük bir əzaba düçar olardınız.”


Nöqtələr


●“İfazə” sözündən olan “əfəztum” sözü bir mövzu ətrafında çox danışılmasına işarədir. Məlum olur ki, Peyğəmbər (s) zövcəsinə böhtan gündəmdə idi və hamı bu barədə danışırdı.

Bildirişlər


1. Tez inanan və etinasız insan üçün daim böhtanın qəbulu və çətin əzab təhlükəsi var.

2. İslam ümməti Allahın himayəsi və lütfü altındadır.

3. Kimsənin Allahdan alacağı yoxdur. İlahi rəhmət və lütf bizim haqqımız yox, Onun fəzlidir.

4. Şayiələr bəzilərinin qərq olduğu bir girdab kimidir.


Ayə 15:


﴿إِذْ تَلَقَّوْنَهُ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَتَحْسَبُونَهُ هَيِّنًا وَهُوَ عِندَ اللَّهِ عَظِيمٌ﴾

O zaman ki, bir-birinizin dilindən söz alır, elminiz olmadığı halda ağızdan-ağıza ötürür və bunu kiçik iş sayırdınız. Amma bu iş Allahın yanında böyükdür.”


Nöqtələr


●Dil ömür boyu işdən yorulmayan, xəstəliyə düçar olmayan yeganə üzvdür. Onun boyu balaca, günahı isə ölçüsüzdür. Bir çox kafir insanlar şəhadət kəlmələrini dilə gətirməklə müsəlman olub paklanır, bəzi müsəlmanlar isə Allaha qarşı küfr danışmaqla, dini hökmləri inkar etməklə kafir olub murdarlanır. Dil zikr, dua və nəsihətlə səfa da verə bilər, tikanlı danışıq, qeybət və böhtanla aranı qata da bilər. Dil ağılın açarı, elmin çırağı, elmin ötürülməsi üçün ən sadə və ən dəyərli vasitədir.

Əxlaq alimləri dil haqqında bir çox araşdırmalar aparmış, çoxsaylı kitablar yazmışlar.


Bildirişlər


1. Dildə gəzən sözü araşdırma aparmadan qəbul etmək yolverilməzdir.

2. Dildən çıxan söz elmə əsaslanmalıdır.

3. Xalqın şəxsiyyətinə qarşı diqqətli olaq.

4. Böhtan və şayiələri yaymaq kəbirə günahlardandır.

5. Günahın kiçik-böyüklüyünü Allah təyin etməlidir.

6. Peyğəmbərin (s) bəzi səhabələri ədalətli olmamış, onun zövcəsinə böhtan kimi böyük günaha yol vermişlər.

7. İnsanın bəzi hesablamaları həqiqətdən uzaq olur.

Ayə 16:


﴿وَلَوْلَا إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا يَكُونُ لَنَا أَن نَّتَكَلَّمَ بِهَذَا سُبْحَانَكَ هَذَا بُهْتَانٌ عَظِيمٌ﴾

Nə üçün (bu böhtanı) eşitdiyiniz zaman demədiniz ki, «bu əsassız böhtanı danışmaq bizə yaraşmaz, (Pərvərdigara,) Sən pak-pakizəsən, bu çox böyük böhtandır.»




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin