Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə35/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   91

Bildirişlər


1. Allah insanlara yetərli dəlillər gətirir, höccəti tamamlayır.

2. Quran ayələri nur və aydınladandır.

3. Keçmişdəkilərin tarixi gələcəkdəkilərin yolu üçün çıraqdır.

4. Quran əhatəli bir kitabdır.

5. Nəsihətin qəbulu üçün hazırlıqlı qəlb lazımdır.

6. Təqva əhli də moizəyə ehtiyaclıdır.



Ayə 35:


﴿اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَارَكَةٍ زَيْتُونِةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُّورٌ عَلَى نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَن يَشَاء وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

Allah göylərin və yerin nurudur. Onun nuru çırağı olan qəndil kimidir. Bu çıraq şüşə arasındadır və o şüşə parlaq bir ulduz kimidir. Bu çıraq çox bərəkətli zeytun ağacının yağından şölələndirilmişdir. O (ağac) nə şərqdə, nə də qərbdədir. (Onun yağı o qədər saf və şəffafdır ki,) az qalır od toxunmamış işıqlana. O digər bir nur üstə nurdur. Allah istədiyini Öz nuru ilə hidayət edər. Allah insanlar üçün məsəllər çəkir və hər şeydən agahdır.”



Nöqtələr


●“Mişkat” dedikdə qəndil, çıraq qəfəsəsi nəzərdə tutulur. “Durriyy” sözü çox nurlu mənasını bildirir. “Zeyt” dedikdə zeytun yağı mənası anlaşılır. (Bu maddə işıqlandırma vasitəsidir.)

●Nur həm özü işıqlıdır, həm başqa əşyaların işıqlanma səbəbidir. İslam leksikonunda bir neçə şey “nur” adlandırılmışdır. O cümlədən: Quran, hədis, elm, əql, iman, hidayət, İslam, Peyğəmbər (s) və məsum imamlar (ə).

●Həzrət Əli (ə) buyurur: “Elə bir şey görmədim ki, ondan öncə, ondan sonra və onunla birlikdə Allahı görməmiş olam.”

Səhraya boylandım, danışdı Səndən,

Suya nəzər saldım, yenə öndə Sən,

Göylərə, yerlərə, baxdımsa hara,

Gördüyüm hər zərrə Səninlə həmdəm.
●“Allah göylərin və yerin nurudur”, yəni Allah göyü və yeri hidayət edəndir. Aydınladan, zinət verən, hadi kimi nura aid bütün səciyyələrdən “üstün hidayət” mənası anlaşılır. Çünki digər ayələrdə də varlığın hidayəti qeyd olunmuşdur. “Nur üzərində nur” dedikdə daimi və ardıcıl hidayət nəzərdə tutulur.

Bildirişlər


1. Varlıq aləmi Allahın feyzi, Onun nurundan bir işartıdır. Varlığın möhkəmliyi və davamı Ondan asılıdır.

2. Allahın nuru həm çox, həm də sabitdir. (Şüşə həm nuru çoxaldır, həm də nuru sönməyə qoymur.)

3. Allah nurunun işığı xarici qığılcımdan yox, Onun Öz zatındandır.

4. Zeytun mübarək bir ağacdır.

5. Zeytun ağacı bağın ortasında olsa və bütün gün günəş işığından faydalansa, onun yağı daha çox olar.

Ayə 36:


﴿فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ﴾

(Bu hidayət nuru) ucaldılmasına Allahın izin verdiyi və Allah adı zikr olunan evlərdədir. Onlarda səhər-axşam Allaha təsbih deyərlər.”



Nöqtələr


●“Cameə” ziyarətində şiə imamlarına xitab edərkən uyğun nöqtəyə toxunulur. Aydın olur ki, məsum imamların evi ayədə nəzərdə tutulan ev nümunələrindəndir.

●“Turfə” sözü ayədə məkan yüksəkliyini bildirir. “Bəqərə” surəsinin 127-ci ayəsində də uyğun təbirlə rastlaşırıq: “Həzrət İbrahim Kəbə sütunlarını uca tikdi.”

●İmam Baqir (ə) buyurur: “Ayədə nəzərdə tutulan evlər peyğəmbərlərin, hikmət sahiblərinin və məsum imamların evləridir.”1 Sələbi öz təfsirində belə nəql edir: «Bir gün həzrət Peyğəmbər (s) bu ayəni oxuyurdu. Əbu-Bəkr ayağa qalxıb soruşdu: ”Fatimə və Əlinin evi bu ayəyə nümunə ola bilərmi?” Həzrət buyurdu: “Bəli, bu ayə üçün ən yaxşı nümunə onların evidir.»2

●İmam Kazim (ə) buyurur: “Səhər-axşam dedikdə, ayədə namazın ilkin vaxtı nəzərdə tutulmuşdur.”3

●Quran leksikonunda “namaz” əvəzinə dəfələrlə “təsbih” sözü işlədilir.4

Bildirişlər


1. Allah nuruna hər yerdə yox, xüsusi məkanlarda və xüsusi yollarla yetişmək olar.

2. Məscidləri və ibadət mərkəzlərini uca tikməyin eybi yoxdur.

3. Məkanlar eyni olmur, onların biri o birindən üstün ola bilər.

4. Məscidlərə get-gəl vasitəsi ilə Allahın hidayət nurunu sezmək olar.

5. Məscidlər istənilən bir cəhətdən başqa tikililərdən üstün olmalıdır.

6. Böyüklük və əzəmət Allaha məxsusdur və onun icazəsi ilə mümkün olur.

7. Məscidlərin tikintisində əsas məqsəd hansısa mərasimlər yox, Allah zikridir.

8. Məscidin qapıları namaz vaxtı açılmalıdır və kimsə bu qapıları bağlaya bilməz.

9. Allaha təsbih, Onun zikri sübh-axşam təkrarlanmalıdır. (Zaman və məkan ünsürləri ibadətdə təsirlidir.)

Ayə 37:


﴿رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ﴾

O kişilər ki, heç bir ticarət, alış-veriş onları Allah zikrindən, namaz qılınmasından və zəkat ödəməkdən yayındırmaz, onlar qəlb və gözlərin pərişan olacağı gündən qorxarlar.”



Nöqtələr


●“Ticarət” dedikdə fayda əldə etmək üçün aparılan daimi alış-veriş, “bəyun” dedikdə gündəlik ehtiyacların aradan qaldırılması üçün müvəqqəti alver nəzərdə tutulur.1

●Ayədə “kişilər” deyərkən istər kişi, istər qadın, bütün Allah bəndələri nəzərdə tutulur.

●Hədisdə oxuyuruq: “Ayədə azan səsini eşitdiyi vaxt ticarəti buraxıb namaza tələsən tacirlər nəzərdə tutulur.”2

●İnsanın başını qatıb onu Allah zikrindən uzaqlaşdıran amil təkcə ticarət yox, həm də Quranın buyurduğu kimi, sərvət toplamaq həvəsi, uzun-uzadı arzular, pis övlad və dostlardır.


Bildirişlər


1. Ticarətin qəflətdə saxlamadığı insanlar böyük insanlardır.

2. Allah zikrindən uzaq olan səy və iqtisadiyyat puç və dəyərsizdir.

3. Ticarət və iqtisadiyyatda böyük büdrəmələr təhlükəsi var.

4. İman və iradə güclü olduqda yayındırıcı vasitələr təsirsiz qalır.

5. Müsəlman bazarında namaz vaxtı iş dayandırılmalıdır.

6. İslam baxımından təkcə məkruh və haram yox, həm də halal və mübah işlər insanı Allah zikrindən yayındırmamalıdır.

7. Ticarətdən uzaqlıq dəyər sayılmır, əslində Allah zikri, namaz və zəkatla müşayiət olunan ticarət dəyərlidir. (İlahi insanlar həm maddi ehtiyacların təmini üçün çalışır, həm də axirətdən qəflətdə qalmırlar.)

8. Axirətə iman insanın gözündə dünyanı kiçildir.

9. Namaz Allah zikri olsa da, böyük əhəmiyyət daşıdığından Allah zikri təbiri ilə yanaşı ayrıca qeyd olunur.

10. Namaz və zəkat yanaşı faydalıdır. Hər iki ilahi hökmə əməl edən tacirlər tərifə layiqdirlər.

11. Dünya sizi axirətdən qəflətdə saxlamasın.

12. Qiyamətdə gözlər bəzən iti, bəzən müti, qəlblər isə pərişan olur. Qiyamət qorxulu, hövlnak bir səhnədir.

13. Qiyamətdə meyarlar dəyişir. Dünyada gözü və qəlbi oxşayan şey axirətdə başqa şəkil alır. (Bu gün həsrətlə sorağına getdiyimiz şeydən sabahı gün baş götürüb qaçasıyıq.)

Ayə 38:


﴿لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُم مِّن فَضْلِهِ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ﴾

(Qorxub-çəkinmələrinin səbəbi budur ki,) Allah onlara gördükləri işdən daha yaxşı mükafat versin, Öz fəzl və rəhməti ilə mükafatlarını artırsın. Allah istədiyi kəsə hesabsız ruzi verər.”



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin