Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə38/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   91

Nöqtələr


●Ötən dörd ayədə münafiqlərin İslam Peyğəmbərinin (s) mühakiməsinə münasibəti açıqlandı. Bu ayədə isə uyğun mühakiməyə möminlərin münasibətindən danışılır. Bu bildirişlər əsasında xalq hansı dəstədən olduğunu müəyyənləşdirməlidir.

Bildirişlər


1. Möminin sözü və tutduğu yol birdir.

2. Haqq qarşısında təslimçilik möminlərin daimi qaydasıdır.

3. Mömin dəvət edənə yox, dəvət olunduğu yola diqqətlidir.

4. Mömin üçün ən mühüm iş ilahi vəzifəsinə əməl etmək, Allah və Onun rəsulunun mühakiməsinin qəbuludur. (Bu mühakimə onun həm xeyrinə, həm də zərərinə ola bilər.)

5. Mühakimə peyğəmbərlik şənindəndir.

6. Mühüm məsələ təkcə eşitmək yox, həm də əməl etməkdir.

7. Həqiqi möminlər peyğəmbərə agahlıqla itaət edirlər.

8. İnsan Allah qarşısında təslim olub Ona itaət göstərməklə doğru yola yetişir.

9. Dindarlıq Allah və Onun rəsulunun mühakiməsinə münasibətdə müəyyənləşən səciyyədir.

Ayə 52:


﴿وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِ فَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ﴾

Allaha və Onun rəsuluna itaət edən, Allahdan qorxub-çəkinənlər həmin nicat tapanlardır.”



Nöqtələr


●Fəxr Razi öz təfsirində deyir: “Qurtuluş üç şeydədir:

1. Şadlıq və qəm-qüssə zamanı Allah və Onun rəsuluna itaət;

2. Keçmiş əməllərə görə Allahdan qorxmaq;

3. Ömrün qalan hissəsində təqvaya riayət;


Bildirişlər


1. Xoşbəxtlik irqdən, millətdən, yaşdan, cinsdən asılı deyil. Yalnız Allaha təslim olanlar nicat tapır.

2. Peyğəmbər məsumdur. Çünki ona qeyd-şərtsiz itaət göstərişi verilmişdir.

3. Daxili “xəşyət” (əzəmət qorxusu) və zahiri çəkinmə bir dəyərdir.

4. İnsan həm Allaha, həm də Onun rəsuluna itaət etməlidir. Bu istiqamətdə qürura yer yoxdur, xəşyət və təqva ruhiyyəsi hakim olmalıdır.

5. Təqva yolunu seçmiş və Allahdan qorxan möminlər Allah və Onun rəsuluna tabedirlər və hökmən nicat tapasıdırlar.

Ayə 53:


﴿وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ قُل لَّا تُقْسِمُوا طَاعَةٌ مَّعْرُوفَةٌ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾

Allah adına ən möhkəm andlarını içdilər ki, əgər göstəriş versən, hökmən (cihad üçün) evdən çıxarlar. De ki, and içməyin, bəyənilmiş itaət (boş-boş danışıqlardan yaxşıdır). Əlbəttə, Allah gördüyünüz işlərdən agahdır.”



Nöqtələr


●Ayə belə mənalandırıla bilər ki, and içməyin, sizin itaətiniz hamıya məlumdur, mənfi keçmişiniz var. Ayəni başqa cür də mənalandırmaq olar: Bizim üçün ən düzü dil andları yox, əməldə itaətdir.

Bildirişlər


1. Hər anda əmin olmayın. Çünki münafiqlər müqəddəsliklərdən sui-istifadə edirlər.

2. İçiboş insan özünü daha çox göstərməyə can atır.

3. Müsəlmanlıq təkcə sözdə yox, həm də əməldədir.

4. Münafiqlərin andını rədd etməklə onların sui-istifadəsinin qarşısını alın.

5. Allah münafiqləri onların danışıq və rəftarlarından xəbərdar olması ilə hədələyir.

Ayə 54:


﴿قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ فَإِن تَوَلَّوا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ﴾

De ki, itaət edin Allaha, itaət edin peyğəmbərə. Əgər boyun qaçırsanız (ona bir zərər gəlməz). Onun işi yalnız öz öhdəsinə qoyulan, sizin işiniz isə sizin öhdənizə qoyulandır. İtaət etsəniz hidayət taparsınız. Peyğəmbərin aşkar təbliğdən savay məsuliyyəti yoxdur.”



Nöqtələr


●“İtaət edin” əmrinin iki dəfə təkrarlanması göstərir ki, Peyğəmbərin (s) iki şəni olmuşdur: İlahi vəhyin bəyanı və hökumətlə bağlı göstərişlər.

●Quranda belə hallarla rastlaşmaq olar ki, Allahın iki göstərişi yanaşı zikr olunur. Bu göstərişlərin hər ikisinə əməl olunmalıdır və onlardan birinə əməl olunması məqbul sayılmır. İman və əməl göstərişi buna misal ola bilər.

–Namaz və zəkat;

–Allah və valideynə təşəkkür;

–Allaha və Onun rəsuluna itaət;

●Quranda “fə in təvəlləv” cümləsi dəfələrlə işlədilmişdir. Hər dəfə Peyğəmbərə (s) təsəlli verilir ki, xalqın etinasızlığı onu təbliğdə həvəsdən salmasın.


Bildirişlər


1. Peyğəmbərə əmr olunub ki, münafiqləri itaətə dəvət etsin.

2. Peyğəmbərin əmr və qadağalarına itaət Allaha itaət qədər vacibdir.

3. Peyğəmbərin göstərişləri Allahın əmrlərinə uyğundur. Allah buyurmayıb ki, Mənə və Mənə zidd göstərişlərə itaət edin.

4. Xalqın peyğəmbər göstərişlərinə itaət edib-etməməsi o böyük elçilərin vəzifəsinə təsirsizdir.

5. Hər fərdin vəzifəsi onun özünə aiddir.

6. İnsan itaət sayəsində hidayət olur, doğru yolu tapır.

7. Peyğəmbərlərin işi xalqı məcbur etmək yox, doğru yola çağırmaqdır. Bəli, xalqın qəbul etməməsi təbliğçinin susmasına dəlil ola bilməz.

Ayə 55:


﴿وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ﴾

Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd etmişdir ki, onlardan öncə bəzilərini canişin etdiyi kimi, onları da yer üzündə canişin qərar versin, onlar üçün bəyəndiyi dini hökmən möhkəmləndirsin, qorxudan sonra onlar üçün əmin-amanlıq gətirsin. Belə ki, (yalnız) Mənə pərəstiş etsinlər və Mənə şərik qoşmasınlar. Bundan sonra kimlər küfrə uğrasa, əsil fasiqlər də onlardır.”



Nöqtələr


●İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunmuş çoxsaylı rəvayətlərdə oxuyuruq: «Bu ayənin kamil nümunəsi həzrət Mehdinin (ə) hakimiyyət günüdür.»1

●Quranda salehlərin sonda hakimiyyətinə dəfələrlə işarə olunmuşdur. Üç ayədə belə buyurulur: «İslam bütün dinlərə qalib gələcək.»2 Digər bir ayədə oxuyuruq: «Yer üzündə Mənim saleh bəndələrim varis olaqcaq.»3 Qurani-Kərimdə sonda hakimiyyətin təqva əhlinə məxsus olacağı vəd olunur.4

●Ayədə möminlərin canişinliyi deyərkən ya Allah tərəfindən canişinlik, ya da həlak edilmiş qövmlər tərəfindən canişinlik nəzərdə tutulur.

●Qurtəbi öz təfsirində İslamın tam qələbəsi ilə bağlı bir neçə hədis nəql edir. Bildirir ki, yer üzündə İslamın daxil olmadığı bircə ev qalmayacaq.

●Həzrət Peyğəmbər (s) son Həcc səfərində Məkkədən geri dönərkən Qədiri-Xum adlı məntəqədə Allahın əmri ilə Həzrət Əlini (ə) özünə canişin təyin etdi. Ayə nazil oldu ki, «bu gün Mən sizin üçün İslamı bəyəndim.»5 Bu ayədə də dinin qələbəsi ilə bağlı Allahın vədi bəyan olunur. Allahın bəyənib elan etdiyi din həmin Qədiri-Xum məktəbidir.


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin