–Əgər uşaq vaxtı özünü ədəbləndirsən, yaşa dolduqda bundan bəhrələnərsən.
–Süstlük və tənbəllikdən çəkin. Ömrünün bir hissəsini elmə sərf et, inadkar şəxslərlə danışıb höcətləşmə.
–Fəqihlərlə mübahisə etmə, günahkarla dost olma. Günahkarı özünə qardaş seçmə, ittiham olunanlarla yaxınlıq etmə.
–Yalnız Allahdan qorx və ümidini Ona bağla. Qəlbində Allah qorxusu və Allaha ümid bərabər olsun.
–Dünyaya güvənmə, ona könül vermə. Dünyaya bir körpü kimi bax.
–Bil ki, Qiyamətdə səndən dörd şey haqqında soruşular: gəncliyi hansı yolda sərf etməyin barədə, ömrünü nəyə xərcləməyin barədə, var-dövləti hansı yolla əldə etməyin haqqında, var-dövlətini hansı yolda xərcləməyin barədə.
–Xalqın əlində olana göz dikmə, hamı ilə xoş keçin.
–Səfər yoldaşlarınla tez-tez məsləhətləş və azuqəni onlar arasında bölüşdür.
–Əgər səninlə məsləhətləşsələr, səmimiyyətlə canıyananlıq göstər. Əgər səndən kömək və ya borc istəsələr əliaçıq ol. Özündən yaşlını dinlə.
–Namazını əvvəl vaxtda qıl, ən çətin şəraitlərdə cəmiyyət namazını tərk etmə.1
–Namazda qəlbini hifz et.
–Yemək yeyərkən hülqumunu hifz et.
–Xalq arasında dilini gözlə.
–Heç vaxt Allah və ölümü yaddan çıxarma. Başqalarına etdiyin ehsanı və ya sənə edilən pisliyi unut.2
Dostları ilə paylaş: |